Nokia 2310 User's Guide [az]

Nokia 2310 istifadəçisinin təlimatı
9248608
Nəşr 2
UYĞUNLUQ BƏYANNAMƏSİ
0434
Bununla, NOKİA KORPORASIYASI bildirir ki, bu RM-189 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinini surətini aşağıda göstərilən internet saytında əldə etmək olar: http://www.nokia.com/phones/declaration_of_conformity/.
Üstündən xət çəkilmiş çarxli zibil qutusu işarəsi onu bildirir ki, Avropa birliyi daxilində məhsulun istifadə müddəti bitdikdən sonra o ayrıca kolleksiyada saxlanmalıdır. Bu sizin cihazınıza, həmçinin bu rəmzlə nişanlanmış hər hansı bir cihaza aiddir. Bu məhsulları çeşidlənməmiş şəhər tullantıları kimi tullamayın.
Copyright © 2006 Nokia. Bütün hüquqlar mühafizə edilir. Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir
qismi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.
US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2006. Tegic Communications, Inc. All rights reserved.
“Nokia” və “Nokia Connecting People” NOKİA Korporasiyasının qeydiyyata alınmış əmtəə nişanlarıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.
Nokia melodiyası Nokia Korporasiyasının səsli əmtəə nişanıdır.
Nokia sabit inkişaf strategiyasını tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıg etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.
Nokia heç bir halda məlumatın və ya gəlirin itirilməsinə yaxud hər hansı xüsusi, təsadüfi və ya dolayı ya da birbaşa zərərə görə məsuliyyət daşımır.
Bu sənədin mətni “olduğu kimi” təqdim edilir. Müvafiq ganunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya əlaqələndirilmiş zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlığına dair əlaqələndirilmiş zəmanət verilmir. Nokia bu sənədin istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən dəyışdırılməsi və ya istifadədən çıxarılması hüququna malikdir.
Xüsusi məhsulların mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş edirik, Sizə yaxın olan Nokia dileri ilə əlaqə saxlayın.
Bu cihazda ABŞ və digər ölkələrdən eksportu tənzimləyən qanunvericiliyin subyekti olan mallar, texnologiyalar və ya programlar ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
9248608/ Nəşr 2
Məzmun
Sizin təhlükəsizliyiniz üçün ............................................................................................ 5
Ümumi məlumat............................................................................................................... 8
Giriş kodları .........................................................................................................................................8
Bölünən yaddaş ...................................................................................................................................8
İnternetdə Nokia dəstəyi ......................................................................................................................8
1. Cihazın işə salınması ................................................................................................... 9
SIM kartın və batareyanın quraşdırılması ...........................................................................................9
Batareyanın doldurulması .................................................................................................................10
Yandırılması və söndürülməsi ...........................................................................................................10
Düymələr və hissələr ......................................................................................................................... 11
Gözləmə rejimində qısaldılmış klaviatura kombinasiyası ..................................................................12
Klaviaturanı kilidləyin ......................................................................................................................... 12
2. Zəng funksiyaları ....................................................................................................... 13
Zəng et və zəngə cavab ver .............................................................................................................13
Mikrofon .............................................................................................................................................13
Səslı mesajlar .................................................................................................................................... 13
3. Mətn yaz ...................................................................................................................... 14
4. Menyu funksiyaları .....................................................................................................
Mesajlar ............................................................................................................................................. 15
Kontaktlar ..........................................................................................................................................17
Zənglər ..............................................................................................................................................19
Tənzimləmələr ................................................................................................................................... 19
Zəngli saat ......................................................................................................................................... 23
Radio .................................................................................................................................................24
Yadasalmalar .....................................................................................................................................25
15
Copyright © 2006 Nokia. All rights reserved.
3
Oyunlar .............................................................................................................................................. 25
Əlavə funksiyaları ..............................................................................................................................25
SIM xidmətləri ....................................................................................................................................27
5. Batareya haqqında məlumat ..................................................................................... 28
Batareyanın doldurulması bə boşaldılması .......................................................................................28
Nokia batareyasının identifikasiyası qaydaları ..................................................................................29
6. Aksessuarlar .............................................................................................................. 31
Baxım və texniki qulluq ................................................................................................ 32
Təhlükəsizliklə bağlı əlavə məlumat ............................................................................ 33
Copyright © 2006 Nokia. All rights reserved.
4
Sizin təhlükəsizliyiniz üçün
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumar üçün istifadəçinin təlimatının təm mətnini oxuyun.
TƏHLÜKƏSİZLIKLƏ İŞƏ SALINMASI
Simsiz telefonların istifadəsi qadağan edilidiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RİAYƏT OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilir və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.
XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.
TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilir.
YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN
Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.
PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN
Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.
MƏQSƏDƏ MÜVAFİQ İSTİFADƏ EDİN
Telefondan məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.
Copyright © 2006 Nokia. All rights reserved.
5
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.
TƏKMİLLƏŞDİRMƏLƏR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş təkmilləşdirilmiş qurğuları və batareyaları istifadə edin. Uyğun olmayan məhsullara qoşulmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
REZERV SURƏTLƏR
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.
DİGƏR XİDMƏTLƏRƏ QOŞULMAQ
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.
TƏCİLİ ZƏNGLƏR
Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekranı təmizləmək və başlanğıc vəziyyətə qayıtmaq üçün son düyməsini tələb olunan qədər basın. Təcili yardım nömrəsini daxil edin və zəng düyməsini basın. Öz yerinizi bildirin. İcazə verilənədək zəngi bitirməyin.
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və GSM 1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazın imkanlarından istifadə edərkən qanunvericiliyə riayət edin və digər şəxslərin səxsi həyat və qanuni hüquqlarına hörmət edin.
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
Copyright © 2006 Nokia. All rights reserved.
6
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bu cihazın imkanlarının əksəriyyəti simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər və ya şəbəkə xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq əldə etməlisiniz. Sizin xidmət provayderinis onların istifadəsi üşün Sizə əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər haqqında məlumat verə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Həmçinin Sizin cihazınız xüsusi konfiqurasiyaya malik ola bilər. Bu konfiqurasiya menyu adlarında, menyu sırasında və nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.
Copyright © 2006 Nokia. All rights reserved.
7
Ümumi məlumat
Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonun digər şəxslər tərəfindən istifadə edilməsinin qarşısını alır. Əvvəlcədən quraşdırılmış kod - 12345.
Sizin SİM kartınızda təchiz edilmiş PIN kodu SİM kartınızın icazəsiz istifadəsinin qarşısını almağa kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PİN2 kod müəyyən xidmətlərdən istifadə üçün lazımdır. Əgər siz PİN və ya PİN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunacaq. Əgər sizdə bu kodlar yoxdursa, yerli xidmət provayderinə müraciət edin.
Menyu > Tənzimləmələr > Təhlükəs. seçimləri seçərək telefonunuzun giriş kodları və
təhlükəsizlik parametrləri ilə tanış olun.
Bölünən yaddaş
Yaddaş bu cihazdakı aşağıdakı funksiyalar arasında bölünə bilər: MesajlarBəstəkar. Bu funksiyalardan birindən, ya da bir neçəsindən istifadə yaddaşı bölüşən digər funksiyalar üçün yaddaşın həcmini azalda bilər. Məsələn, çoxlu mətn mesajlarının yaddaşda saxlanılması bütün yaddaşı zəbt edə bilər. Siz yaddaşı bölüşən funksiyadan istifadə etmək istədiyiniz zaman, sizin cihaz sizə yaddaşın dolması haqqında mesaj göstərə bilər. Bu halda, davam etməzdən əvvəl, yaddaşı bölüşən funksiyalarda saxlanılan bəzi məlumatları, və ya qeydləri pozun. Kontaktlar kimi bəzi funksiyalar başqa funksiyalarla bölüşülən yaddaşdan əlavə, onlar üçün xüsusi ayrılmış müəyyən yaddaş həcminə malik ola bilər.
İnternetdə Nokia dəstəyi
Bu təlimatın son versiyası, əlavə malumat, yüklənilən programlar və sizin əldə etdiyiniz Nokia məhsulu ilə bağlı xidmətlərlə bağlı www.nokia.com/support t və ya Sizin yerli Nokia İnternet Saytını yoxlayın.
Copyright © 2006 Nokia. All rights reserved.
8
1. Cihazın işə salınması
SIM kartın və batareyanın quraşdırılması
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Bütün SIM kartları kiçik uşaqlardan uzaq saxlayın. SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün Sizin SIM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı
xidmət provayderi, şəbəkə operatoru və digər subyekt ola bilər.
Bu cihaz BL-5C batareyası ilə istifadə ьзьn nəzərdə tutulmuşdur.
Qapağı açan düyməni basın və arxa qapağı çıxarmaq üçün onu sürüşdürün (1). Batareyanı
1. götürün və çıxarın (2).
SIM kartı saxlayan qurğunu ehtiyatla qaldırın və əks qapağı açın (3). SIM kartı elə salın ki,
2. kəsilmiş bucağı yuxarı sağ tərəfdə və qızılı rənglənmiş tərəfi isə üzü aşağı yerləşsin (4). SİM kartı saxlayanı bağlayın, və onu yerinə bağlamaq üçün basın (5).
Batareyanı və arxa qapağı çıxarın (6, 7).
3.
Copyright © 2006 Nokia. All rights reserved.
9
Qeyd: Qapaqları dəyişdirərkən həmişə telefonu söndürün və enerji qurğusundan ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə toxunmayın. Həmişə telefonu qapaqlı vəziyyətdə saxlayın və istifadə edin.
Batareyanın doldurulması
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən xüsusi model üçün təsdiq edilmiş batareyaları, enerjı qurğularını və təkmilləşdirilmiş qurğuları istifadə edin. Hər hansı digər növün istifadəsi təminat və zəmanətlərin qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Bu cihazda istifadə etməmişdən əvvəl hər hansı enerji qurğusunun model nömrəsini yoxlayın. Bu cihaz AC-2 enerjı qurğusundan doldurularaq istifadə üçün nəzərdə tutlmuşdur.
Təsdiq edilmiş təkmilləşdirilmiş qurğuların mövcudluğuna dair məlumat əldə etmək üçün dilerinizlə əlaqə saxlayın.
1.
Enerji qurğusunu elektrik cərəyanına birləşdirin. Adapteri telefona qoşun. Batareyanı bildirən sütun hərəkət
2. etməyə başlayır. Batareya tam dolduğu zaman sütun pillələrinin hərəkəti dayanır.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Yandırılması və söndürülməsi
Başa çatdırma düyməsini basın və saxlayın. Cihazdan yalniz normal iş vəziyyətində istifadə edin.
Sizin cihazın daxili antenası var.
Copyright © 2006 Nokia. All rights reserved.
10
Qeyd: Digər radio ötürücü cihazlarında olduğu kimi telefon işləyərkən zərurət olmadıqda antenaya toxunmayın. Antena ilə kontakt zəngin keyfiyyətinə təsir edir və cihazın daha çox enerji sərf etməklə işləməsinə səbəb ola bilər. Cihazı işlədərkən antenaya toxunmamaq antenanın iş keyfiyyətini və batareyanın istehlak müddətini artırır.
Qeyd: Bu birləşdiriciyə ancaq texniki servis mərkəzinin işçiləri toxuna bilər.
Düymələr və hissələr
Telefon istifadə üçün hazır olduqda, hər hansı simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir.
Şəbəkənin adı və ya operatorun loqosu (1) Şəbəkə siqnalının gücü (2) Batareyanın doldurulma səviyyəsi (3) Qulaqlıq (4) Mikrofon (5) Düymə funksiyalarının seçimi (6) Seçim düymələri (7) Keçid düyməsi (8) Zəng düyməsi (9) Son və işə salmaq/söndürmək düyməsi (10) Klaviatura (11) Enerjı qurğusu ilə birləşdirici (12) Qulaqlıqların birləşdiricisi (13)
Copyright © 2006 Nokia. All rights reserved.
11
Xəbərdarlıq: Bu qurğunun keçid düyməsinin tərkibində nikel ola bilər. Dərinin onlarla uzunmüddətli təmasda olması məsləhət görülmür. Nikelin dəriyə davamlı təsiri nikelə qarşı allergiyaya səbəb ola bilər.
Gözləmə rejimində qısaldılmış klaviatura kombinasiyası
Daxil olmaq üçün yuxarı fırlayın Zənglər. Yaddaşa verilmiş ad və nömrələrə daxil olmaq üçün aşağı fırlayın Mesaj yazmaq üçün sola fırlayın. Təqvimə daxil olmaq üçün sağa fırlayın. Radionu aktivləşdirmək üçün düyməsini basıb saxlayın. Düymələrin qısaldılmış siyahısında olan funksiyalara baxmaq üçün sağ tərəfdə olan (Get)
düyməsini basın. Yığılmış nömrələr siyahısına çıxmaq üçün zəng knopkasını bir dəfə basın. İstədiyiniz nömrənin
və ya adın üzərində durun və həmin nömrəyə zəng vurmaq üçün zəng düyməsini basın.
Klaviaturanı kilidləyin
Gözləyən rejimdə düymələrin təsadüfən basılmasının qarşısını almaq üçün Menyu seçin və tez * basın; kilidi açmaq üçün Bl. açm., seçin və tez * basın.
telefon gözləmə rejimində olduqda və telefonun heç bir funksiyası istifadə edilmədikdə əvvəlcədən quraşdırılmış vaxt bitdikdə klaviaturanı avtomatik blokirovkaya salmaq üçün
Menyu > Tənzimləmələr > Tel. seçimləri > Klaviat. blokirovkas. seçimləri > Klaviat. avtom. blokirovkası > Qoşmaq seçin. Telefonu blokirovkadan çıxararkən telefonun təhlükəsizlik kodunu
tələb etmək funksiyasının quraşdırılması üçün Klaviat. blokirov. kodu seçin.
Klaviatura blokirovka rejimində olduqda Sizin cihazınızda proqramlaşdırılmış rəsmi qəza telefonlarına zəng edə bilərsiniz. Təcili yardım nömrəsini daxil edin və zəng knopkasını basın. Sizin daxil etdiyiniz təcili yardım nömrəsi ekranda göstərilməyə də bilər.
Copyright © 2006 Nokia. All rights reserved.
Kontaktlar.
12
2. Zəng funksiyaları
Zəng et və zəngə cavab ver
Zəng etmək üçün telefon nömrəsini və ehtiyac varsa ərazi kodunu da daxil edin. Zəng üçün zəng düyməsini basın. Zəng edərkən qulaqcıqlarda və ya telefonda səsi artırmaq üçün diyircəyi sağa, azaltmaq üçün isə sola çevirin.
Konfrans zəngində (şəbəkə xidməti) beş nəfərədək adam iştirak edə bilər. Yeni iştirakçıya zəng etmək üçün Seçimlər > Yeni zəng seçin; ekranı təmizləmək lazımdırsa Silinsin seçin. İstədiyiniz nömrəni daxil edin və zəng düyməsini basın. İstədiyiniz nömrəni daxil edin və zəng et düyməsinə basın. Yeni zəngə cavab verilən zaman, onu konfrans zənginə əlavə etmək üçün
Seçimlər > Konferensiya seçin.
Daxil olan zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəngi cavab vermədən rədd etmək üçün «son» düyməsini basın.
Mikrofon
Mikrofon və ya qulaqcıqlar varsa Səsucal. və ya Telefon istifadə edərək danışa bilərsiniz.
Xəbərdarlıq: Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.
Səslı mesajlar
Səsli poçt qutusuna zəng vurmaq üçün gözləmə rejimində (şəbəkə xidməti) 1 basın və saxlayın. İlk dəfə zəng etdiyiniz zaman, nömrəni daxil etməli ola bilərsiniz. Səsli poçt qutunuzun nömrəsini əldə etmək üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Copyright © 2006 Nokia. All rights reserved.
13
3. Mətn yaz
Siz adi və ya şablon mətnlər funksiyasını istifadə edərək mətni daxil edə bilərsiniz. Adi qaydada mətn daxil etmək istədikdə, düyməni lazımi hərf ekranda görünənə qədər təkrar basın. Mətn yazarkən intellektual mətn yığım üsulundan istifadə etmək üçün Seçimlər > Lüğət və istədiyiniz dili seçin; rədd etmək üçün isə Seçimlər > Lüğət söndür. seçin.
Qısaldılmış mətn yığımından istifadə edərkən, bir hərf üçün hər düyməni bir dəfə basın. Əgər ekrana çıxmış söz sizə lazım olan sözdürsə, 0 düyməsini basın və növbəti sözü yazmağa başlayın. Sözü dəyişmək üçün sizin axtardığınız söz ekranda görünməyənə qədər * düyməsinin təkrarən basın. Əyər sözdən sonra ? simvolu peyda olursa sizin söz lüğətdə yoxdur. Bu sözü lüğətə əlavə etmək üçün Hərfbəhərf seçin, sözü daxil edin (adi mətn funksiyasını istifadə etməklə) və OK seçin.
Mətni yazmaq üçün məsləhətlər boşluq əlavə etmək istədikdə 0 düyməsini basın. Mətn daxil etmə üsulunu sürətlə dəyişmək üçün təkrarən # düyməsini basın və ekranın yuxarı hissəsindəki indikatora diqqət yetirin. Nömrə əlavə etmək üçün lazımi nömrənin düyməsini basın və saxlayın. Adi mətn daxil edərkən xüsusi işarələr siyahısına baxmaq üçün * düyməsini basın; intellektual mətn yığım üsulu istifadə edərkən isə * düyməsini basın və saxlayın. Mesajın redaktə pəncərəsində silinməsinin qarşısını almaq üçün Seçimlər > Geriyə qaytar seçin.
Copyright © 2006 Nokia. All rights reserved.
14
4. Menyu funksiyaları
Telefonun funksiyaları menyulara qruplaşdırılmışdır. Menyunun bütün funksiyaları və imkanları burada əhatə edilməmişdir.
Gözləmə rejimində olarkən Menyu menyudan isə istədiyiniz menyunu və altmenyunu seçin. Menyunun hazırkı səviyyəsindən çıxmaq üçün Çıxmaq və ya Geriyə seçin. «Son» düyməsini basın və gözləmə reciminə qayıdın.
Mesajlar
Mesaj xidməti yalnız şəbəkəniz və ya xidmət provayderiniz tərəfindən dəstəkləndiyi halda istifadə edilə bilər.
Mesaj seçimləri
Mesajın parametrlərini redaktə etmək üçün Menyu > Mesajlar > Mesaj seçimləri seçin və:
Göndər. rejimi – Mətn və şəkilli mesajları göndərmək üçün lazım olan telefon nömrəsini yaddaşa
vermək üçün Mesaj mərkəzinin adı seçin. Siz bu nömrəni xidmət təminatçınızdan əldə edirsiniz. Mesaj növünü (Mətn, Faks, Peycinq və ya E-poçt) seçmək üçün Mesaj göndər. formatı (şəbəkə xidməti) seçin. Şəbəkənin mesajınızı hansı müddətə kimi çatdırmağını seçmək istəyirsinizsə,
Mesajın göndər.müd. (şəbəkə xidməti) seçin. Simvolların dəstəklənməsi (şəbəkə xidməti) Mətn mesajını göndərərkən Tamamilə və ya
Azaldılmış kodundan istifadə olunur. Nömr. filtirləşdiril. – qeydiyyata alınmış nömrələrin siyahısına baxmaq, ya da onu redaktə etmək
üçün. Qeydiyyata alınmış nömrələrdən gələn mesajlar birbaşa Qadağan mesajlar qovluğunda saxlanılır.
Copyright © 2006 Nokia. All rights reserved.
15
Yeni mesaj
Sizin cihaz bir mesaj üçün nəzərdə tutulan simvol limitindən artıq həcmdə mesajların göndərilməsi təmin edir. Uzun mesajlar iki və daha çox mesaj şəklində göndəriləcək. Sizin xidmət provayderiniz müvafiq xərclərin ödənilməsini tələb edə bilər. Vurğu və digər durğu işarələrini istifadə edən simvollar və çin dili kimi müəyyən dillərin simvolları daha çox yer tələb edir və bir mesajda göndərilə biləcək simvolların sayını məhdudlaşdırır.
Təqdim olunan simvolların sayı/çoxhissəli mesajın göndərilən hissəsinin nömrəsi ekranın yuxarı sağ hissəsində göstırilir (misal üçün 918/1).
Menyu > Mesajlar > Yeni mesaj seçin.
1.
2.
Mesaj yazın. Mesajı göndərmək üçün Seçimlər > Göndərmək seçin, mesajı qəbul edənin nömrəsini daxil
3. edin və OK seçin.
Qeyd: Mesaj göndərmə vaxtı, sizin telefonda Mesaj göndərildi göstərilə bilər. Bu sözlər təsdiq edir ki, mesaj sizin cihaz tərəfindən cihazınızda proqramlaşdırılmış mesaj mərkəzi nömrəsinə göndərilmişdir. Bu mesajın istənilən təyinatda alındığına dəlalət etmir. Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Gədul edilən, Göndərilmiş mesajlar, və Qaralamalar
Siz mətn mesajları aldığınız zaman yeni mesajların sayı və gözləmə rejimində göstərilir. Mesajlara dərhal baxmaq üçün Göst. seçin, ya da onlara sonra Menyu > Mesajlar > Gədul
edilən-
da baxmaq üçün Çıxmaq seçin.
Siz Qaralamalar-də yaddaşda Msjı saxlatmaq-la saxladığınız mesajlara baxa bilərsiniz. Siz
Göndərilmiş mesajlar-də göndərdiyiniz mesajların surətlərinə baxa bilərsiniz.
Copyright © 2006 Nokia. All rights reserved.
16
Çat
Çat-dən (şəbəkə xidməti) istifadə edərək siz digər adamlarla danışmaq imkanını əldə edə
bilərsiniz. Hər bir danışıq mesajı ayrıca bir mətn mesajı kimi göndərilir. Danışıq zamanı alınan və göndərilən mesajlar yaddaşda saxlanılmır.
Danışıq seansına başlamaq üçün Menyu > Mesajlar > Çat seçin; və ya alınmış mətn mesajını oxuyarkən Seçimlər > Çat seçin.
Şəkilli mesajlar
Siz şəkilli mesajları həm qəbul edə, həm də göndərə bilərsiniz (şəbəkə xidməti). Alınmış şəkilli mesajlar Gədul edilən saxlanılır. Hər şəkilli mesaj bir neçə mətn mesajından ibarətdir. Deməli, bir şəkilli mesajı göndərmək bir mətn mesajının göndərilmə qiymətindən baha ola bilər.
Qeyd: Şəkilli mesaj funksiyasından yalnız bu xidmətin şəbəkə operatorunuz, və ya xidmət təminatçınız tərəfindən dəstəkləndiyi halda istifadə etmək olar. Yalnız şəkilli mesaj funksiyasına malik cihazlar şəkilli mesajları qəbul edə və göndərə bilər. Mesajın görünüşü onu qəbul edən cihazdan asılı olaraq dəyişilə bilər.
Mesajlar silinsin
Bütün oxunulmuş mesajları, və ya qovluqda olan mesajları silmək üçün Menyu > Mesajlar >
Mesajlar silinsin > Hamısı oxunub və ya istədiyiniz qovluğu seçin.
Kontaktlar
Siz adları və telefon nömrələrini telefonun yaddaşında və ya SİM kartın yaddaşında mühafizə edə bilərsiniz. Daxili telefon kitabçası 200-ə qədər ad yadda saxlamaq imkanına malikdir.
Copyright © 2006 Nokia. All rights reserved.
17
Hansısa bir adı axtarmaq üçün gözləmə rejimində aşağı fırlayın və adın ilk hərflərini daxil edin. İstədiyiniz adın üzərində dayanın.
Siz həmçinin Menyu > Kontaktlar və aşağıdakı seçimləri seçə bilərsiniz: Adları və telefon nömrələrini telefon kitabçasında saxlamaq üçün – Kontaktı əlavə et. Adları və telefon nömrələrinin hamısını daxili telefon kitabçasından SİM telefon kitabçasına, ya
da əksinə, hamısını birdən və ya bir-bir köçürmək üçün – Kopiya etmək. Adları və telefon nömrələrini telefon kitabçasından fərdi qaydada və ya hamısını birdən silmək
üçün – Silinsin. Sürətli yığma funksiyasını fəallaşdırmaq və sürətli yığma düymələrinə qeyd olunmuş nömrələri
redaktə etmək üçün – Tez zəng. Sizin SİM kartınıza qeyd olunmuş telefon nömrələrini görmək üçün, əgər bu nömrələr sizin SİM
kartınıza daxil olunubsa – Mənim nömrələrim.
Təmaslar üçün parametrlər
Menyu > Kontaktlar > Tənzimləmələr və mövcud olan seçimləri seçin:
Adların və telefon nömrələrinin Telefon və ya SİM kart axlandığını seçmək üçün Yaddaşı seç seçin. Siz SİM kartı dəyişdikdə, avtomatik olaraq SİM kart yaddaşı seçiləcək.
Adların və nömrələrin ekranda necə göstəriləcəyini görmək üçün Kont. görün-mə rej. seçildi seçin. Siz hansısa kontaktın Məlum. baxdığınız zaman, SİM kart yaddaşında olan ad, və ya telefon nömrəsi ilə, telefon yaddaşında saxlanılan ad və ya telefon nömrəsi isə ilə göstərilir.
Hər telefon kitabçasında neçə ad və telefon nömrəsinin saxlanıldığını və nə qədər boş yerin qaldığını yoxlamaq üçün Yaddaşın vəziy. seçin.
Copyright © 2006 Nokia. All rights reserved.
18
Zənglər
Telefon buraxılmış, qəbul olunmuş və yığılmış zənglərin sayını, sizin zənglərinizin təqribi müddətini, göndərilmiş və alınmış mesajların sayını qeyd edir. Şəbəkə bu funksiyaları dəstəkləməlidir və telefon şəbəkə xidməti dairəsi daxilində işləməlidir.
Zəngin vaxtına baxmaq üçün; qeyd olunmuş telefon nömrəsini redaktə etmək, görmək, və ya həmin nömrəyə zəng etmək üçün; onu telefon kitabçasına, və ya ekranda göstərilən nömrələrin siyahısına əlavə etmək üçün; və ya onu son dəfə yığılmış zənglər siyahısından silmək üçün
Menyu > Zənglər > Cavabsız zənglər, Qəb. edil. zənglər və ya Yığılan nömrələr > Seçimlər
seçin. Siz həmçinin mətn mesajı da göndərə bilərsiniz. Son dəfə yığılmış zənglər siyahısını əvvəlki boş vəziyyətə qaytarmaq üçün Menyu > Zənglər > Son zənglər silinsin və istədiyiniz siyahıları seçin.
Sonuncu zəngin, bütün cavab verilmiş zənglərin, bütün yığılmış zənglərin, və ya bütün digər zənglərin davamlılıq müddətinə baxmaq üçün Menyu > Zənglər > Zənglərin müddəti seçin.
Vaxt sayğaclarını əvvəlki vəziyyətə qaytarmaq üçün təhlükəsizlik kodunu daxil edin və OK seçin.
Qeyd: Sizin xidmət təminatçınızdan olan zənglər və sair xidmətlər üçün olan hesab faktura şəbəkənin xüsusiyyətlərindən, siyahının yuvarlanmasından, vergidən və sairədən asılı olaraq dəyişilə bilər.
Tənzimləmələr
Bu menyuda siz müxtəlif telefon parametrləri qura bilərsiniz. Bəzi menyu parametrlərini əvvəlki vəziyyətinə qaytarmaq üçün Zavod seçim-lərini bərpa et seçin.
Taymerin göstəricisi silinsin seçin,
Copyright © 2006 Nokia. All rights reserved.
19
Melodiyaların seçimləri
Menyu > Tənzimləmələr > Melodiyaların seçimləri və mövcud olan seçimlərdən seçin:
Daxil olan zənglər üçün ton qurmaq üçün – Melodiya Zəng və mesajların daxil olmasını bildirən tonlar üçün səs dərəcəsini qurmaq üçün – Zəngin
ucalığı. Əgər siz Zəngin ucalığı ikinci, və ya daha yüksək dərəcəyə qursanız, sizin telefon 1-ci
dərəcədən - daxil olan zənglər üçün seçilən dərəcəyə kimi artan səslə çalacaq. Zəng, və ya mətn mesajı qəbul etdiyiniz zaman telefonu vibratora qoşmaq üçün – Vibrasiyalı
zəng
Mətn mesajı aldığınız zaman tonu melodiyaya qurmaq üçün – Mesajın siqnalı Məsələn, batareyanın gücü sona çatan zaman zəng çalması üçün telefonu səs tonlarına
qurmaq üçün - Xəbərdrl. siqnalı
Ekranın seçimləri
Menyu > Tənzimləmələr > Ekranın seçimləri və aşağıdakılardan seçin:
Mövzular – İstədiyiniz mövzunun üstünə gəlin və mövzunu fəallaşdırmaq, ya redaktə etmək
üçün Seçimlər > Aktivləşdirilsin və ya Dəyişmək seçin. İstifadə olunan mövzunun rəng sxemini
qurmaq üçün – Rəngli sxemlər Telefonda rəqəmsal və ya klassik saatın və bütün əsas ekran nişanlarının ekran qoruyucusu
kimi göstərilməsini təmin etmək üçün – Ekran qoruyucu saat Arxadan işıqlandırmanı 15 saniyəlik vaxta qurmaq üçün – Altdan işıqlan. vaxtı (Normal), 30
saniyəlik vaxta qurmaq üçün – (Uzadılmış), ya da ümumiyyətlə ləğv etmək üçün – (Söndürmək) seçin. Əgər Söndürmək seçilərsə belə, arxadan işıqlandırma telefon yandırılan zaman 15 saniyə işləyir.
Copyright © 2006 Nokia. All rights reserved.
20
Ekran qoruyucuları – Ekranın qoruyucusunu yandırmaq/söndürmək üçün,ekran qoruyucusunun
yandırılması üçün vaxt təyin etmək üçün (Fasilə), və ya ekran qoruyucunuza şəkil seçmək üçün (Ekran qoruyuc.)
Rejimlər
Siz zəng tonları, ekran qoruyucusu kimi müəyyən funksiyalar üçün profilləri dəyişdirə bilərsiniz.
Menyu > Tənzimləmələr > Rejimlər, dəyişdirmək istədiyiniz profili və Seçmək seçin.
Saatı quraşdırmaq
Saatı gizlətmək, və ya onu göstərmək üçün, vaxt qurmaq, və ya vaxt formatını tənzimləmək üçün Menyu > Tənzimləmələr > Saatı quraşdırmaq > Saat seçin. Tarixi qurmaq üçün Tarixin
seçilməsi seçin.
Əgər batareya telefondan çıxarılmışdırsa, siz vaxt və tarixi yenidən tənzim etməli olacaqsınız.
Zəngləri tənzimləmək
Menyu > Tənzimləmələr > Zəngləri tənzimləmək və aşağıdakı seçimlərdən seçin:
Sizə daxil olan zəngləri sizin səsli poçt qutunuza, və ya başqa telefon nömrəsinə yönəltmək üçün Zənglərin yeni ünvana keçirilməsi (şəbəkə xidməti) seçin. İstədiyiniz yönəltmə seçiminin üstünə gəlin və həmin zəng yönəltmə seçimini fəallaşdırmaq üçün Aktivləşdirilsin eçin, onu söndürmək üçün isə Ləğv edilsin seçin. Seçilmiş seçimin fəal olub-olmamasını yoxlamaq üçün
Statusu yoxla seçin. Müəyyən yönəltmələr üçün gözləmə ayırmaq üçün Gecik. vaxt. seç (bütün
yönəltmə seçimləri üçün uyğun deyil) seçin. Eyni zamanda bir neçə yönəltmə seçimlərinin fəal olması mümkündür. gözləmə rejimində görünəcək. Bütün zəng yönəltmələrini söndürmək üçün Yeni ünv. bütün
keçirilm. ləğv edilsin seçin.
Bütün səsli zəng. yeni ünva. keçirilsin fəlallaşdırılan zaman, ekranda
Copyright © 2006 Nokia. All rights reserved.
21
Telefon nömrənizin zəng etdiyiniz şəxsdə görünüb-görünməməsini müəyyənləşdirmək üçün –
Nömrəmi göndərmək (şəbəkə xidməti)
Telefonunuzun alınmayan zəngdən sonra sizi yenidən birləşdirmək üçün 10-a qədər cəhd etməsini təmin etmək üçün – Avtomatik təkrar zəng
Şəbəkəyə sizi zəng etdiyiniz zaman sizə yeni daxil olan zəngdən xəbərdar etmək imkanını vermək üçün – Gözləyən zəng xidməti (şəbəkə xidməti)
Əgər sizin SİM kart buna imkanı verirsə, zəng etmək üçün 1 və ya 2 telefon xəttlərindən istifadə etmək, ya da xətt seçiminin qarşısını almaq üçün – Çıxış zənglər üçün xətt (şəbəkə xidməti).
Tel. seçimləri
Ekran mətnləri üçün dil seçmək üçün Menyu > Tənzimləmələr > Tel. seçimləri > Dil seçin, telefonu avtomatik, və ya mexaniki surətdə sizin ərazidə mövcud olan mobil şəbəkə seçmə rejiminə qurmaq üçün Şəbəkənin seçilməsi, telefonunuzun açılan zaman musiqi çalıb çalmamasını seçmək üçün Başlanma melod. və ya telefon açılan zaman ekranda qısa şəkildə göstərilən mesajı daxil etmək üçün Salamlama seçin.
Qiymətləri seçmək
Qeyd: Sizin xidmət təminatçınızdan olan zənglər və sair xidmətlər üçün olan hesab faktura şəbəkənin
xüsusiyyətlərindən, siyahının yuvarlanmasından, vergidən və sairədən asılı olaraq dəyişilə bilər.
Qabaqcadan ödənilmiş kreditlər haqqında məlumata baxmaq üçün Menyu > Tənzimləmələr >
Qiymətləri seçmək > Ödənilmiş kredit (şəbəkə xidməti) seçin, zəng vaxtını göstərən ekranı
yandırıb və ya söndürmək üçün Zənglərin taymeri, təqribi zəng vaxtı Müddət cəmi haqqında olan məlumatı yandırıb söndürmək üçün.
Qeyd: Konturların və ya valyuta vahidlərinin qurtardığı zaman, ancaq bu cihazda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng etmək mümkündür.
Copyright © 2006 Nokia. All rights reserved.
22
Aksessuarların seçilməsi
Güclənmə parametrini bildirən işarələr yalnız gücləndirmə cihazlarından birinin telefona birləşməsindən sonra görünəcək.
Menyu > Tənzimləmələr > Aksessuarların seçilməsi > Qulaqlıq və ya Qulaq apparatı seçin.
Telefonu daxil olan zəngə avtomatik cavab vermə rejiminə qurmaq üçün Əgər zəng musiqisi Qısa və ya fəal telefon profili Səssiz seçilibsə, avtomatik cavabvermə rejimi söndürülür.
Avtomatik cavab seçin.
Sağ tərəf düymə seçim parametləri
Gözləmə rejimində olarkən, siz sürətli düymələr siyahısına daxil olmaq üçün Get seçə bilərsiniz. Sürətli düymələri müəyyənləşdirmək, və ya təşkil etmək üçün Menyu > Tənzimləmələr > “Sağ”
düym. seçimləri seçin. Sürətli düymələr üçün funksiyalar seçmək üçün Funks. seçmək seçin,
siyahıda sürətli düymələrin düzülüş qaydasını dəyişmək üçün Təşkil etmək seçin.
Zəngli saat
Zəngli saata vaxt qurmaq üçün Menyu > Zəngli saat > Siqnal vaxtı seçin. Zəngli saata ton seçmək üçün Melodiya seçin. Zəngli saatın həftənin seçilmiş günlərində bir dəfə, və ya təkrar zəng çalmasını təmin etmək üçün Təkrar siqnal seçin. Zəngli saat zəng çalan zaman zəngi söndürmək üçün Stop seçin, və ya zəngi dayandırıb onun 10 dəqiqədən sonra yenidən çalmasını qurmaq üçün Təkrar seçin.
Əgər zəngli saatın qurulduğu vaxtda cihaz söndürübsə, cihaz özü işə düşür və zəng melodiyasını səsləndirməyə başlayır. Əgər siz Stop seçsəniz, cihaz sizin onu zənglər üçün fəallaşdırmaq istəyinizi soruşacaq. Cihazı söndürmək üçün Xeyir, və ya zəng etmək və zəngləri qəbul etmək üçün Bəli seçin. Simsiz telefonun istifadəsinə maneə və ya təhlükə olduğu zaman Bəli seçməyin.
Copyright © 2006 Nokia. All rights reserved.
23
Radio
Siz qulaqcıq, ya da mikrofonla radioya qulaq asa bilərsiniz. Qulaqcığı telefona birləşdirin. Qulaqcığın simi radio antenna funksiyası daşıyır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində istifadə sizin eşitmə qabiliyyətinizə təsir edə bilər. Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.
Radionu yandırmaq üçün Menyu > Radio seçin. Kanalın yerləşdiyi nömrə. Radio kanalın adı (əyər siz kanalı mühafizə etmişsinizsə) və radio kanalın tezliyi ekranda göstrəilir. Əgər siz artıq radio dalğaları yaddaşa vermisinizsə, bu halda yuxarı ya aşağı fırlayaraq, və ya radio dalğanın yerləşdiyi nömrəyə müvafiq olan rəqəmi basaraq qulaq asmaq istədiyiniz radio dalğanı seçin.
Radio funksiyaları
Radio işləyərkən dalğa axtarışına başlamaq üçün fırlayan düymələri yuxarı, ya aşağı basıb saxlayın. Dalğa tapılanda axtarış dayanacaq. Dalğanı yaddaşa vermək üçün OK seçin, tezliyi yaddaşa vermək üçün dalğanın adını daxil edin və onun yadda saxlanması üçün yer seçin.
Radio işləyərkən onun səsini tənzimləmək üçün sola və sağa fırlayın.
Seçimlər və aşağıdakılardan birini seçin:
Radionu söndürmək üçün – Söndür
Görüntü
üçün – Qoş. Dəyişikliklərin görüntüsünün növünü dəyişmək üçün Görüntünün növü seçin.
Kanalı yad. yaz – tapdığınız radio kanalını yaddaşda mühafizə etmək üçün
Dalğanı avtomatik, ya əllə axtarmaq üçün – Avto nizam. və ya Əllə nizamlama Hansısa dalğanı ləğv etmək,və ya onun adını dəyişmək üçün – Kanalı ləğv et və ya Adını
dəyişdir Tezliyi təyin et
> Görüntünü göstər > Radionun səsinin dəyişməsini telefonda vizual surətdə görmək
– istənilən radio kanalı tezliyini daxil etmək üçün
Copyright © 2006 Nokia. All rights reserved.
24
Səsucaldan və ya Qulaqlıq – reproduktoru və ya qulaqlıqları istifadə edərək radioya qulaq
asmaq üçün Radionun zəngli saat kimi işə düşməsinə vaxt qurmaq üçün – Saat radiosu Siz radioya qulaq asarkən zəng edə və ya zəng qəbul edə bilərsiniz. Zəng vaxtı radionun səs
dərəcəsi səssiz rejimə salınır.
Yadasalmalar
Qısa bir mətn qeydini xəbərdarlıq zəngi ilə yaddaşa vermək üçün Menyu >
Yadasalmalar > Yenisini əlavə etmək seçin. Yadasalma vaxtı yetişəndə, xəbərdarlıq
səsini dayandırmaq üçün Çıxmaq ya da telefonun 10 dəqiqədən sonra yenidən zəng çalması üçün Keçirilib seçin.
Oyunlar
Hər oyun üçün qısa kömək mətni var. Ümumi oyun parametrlərini tənzimləmək üçün Menyu > Oyunlar > Tənzimləmələr seçin.
Siz oyun üçün səs (Oyun səsləri) və vibrasiyalar (Vibrasiya) tənzimləyə bilərsiniz.
Əlavə funksiyaları
Kalkulyator
Qeyd: Bu kalkulyatorun dəqiqliyi məhduddur və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.
Menyu > Əlavə funksiy. > Kalkulyator seçin.
Rəqəm daxil etmək üçün 0 - 9 və onluq kəsr nöqtəsi daxil etmək üçün # basın. Daxil edilmiş
1. nömrənin işarəsini dəyişmək üçün * basın.
Copyright © 2006 Nokia. All rights reserved.
25
2.
Ekranın sağ tərəfində +, -, x, və ya / seçmək üçün yuxarı ya aşağı fırlayın.
3.
Əgər lazım olarsa, 1 və 2 addımları təkrarlayın. Nəticəni əldə etmək üçün Bərabər seçin.
4.
Konverter
Müxtəlif ölçü vahidlərinin parametrlərini çevirmək üçün Menyu > Əlavə funksiy. > Konverter seçin. Etdiyiniz son 5 çevirməyə daxil olmaq üçün Son 5 konver. seçin. Siz həmçinin istifadə etmək üçün qabaqcadan müəyyənləşdirilmiş 6 kateqoriya vahidi: Temperatur, Çəki, Uzunluq,
Sahə, Həcm, və Valyuta seçə bilərsiniz.
Öz şəxsi konversiyalarınızı əlavə etmək üçün Konversiya-rım seçin. Konversiya edərkən, konversiyadakı vahidlərin yerini dəyişmək üçün yuxarı, və ya aşağı fırlayın.
Təqvim
Təqvimi 2 həftəlik görüntüdə açmaq üçün Menyu > Əlavə funksiy. > Təqvim seçin.
Bəstəkar
Menyu > Əlavə funksiy. > Bəstəkar və melodiya seçin. Özünüzə xüsusi zəng
melodiyaları yaratmaq üçün not daxil edin. Məsələn,f notu üçün 4 basın. Notun uzunluğunu, və ya fasiləni qisaltmaq üçün (-) 8 və uzatmaq (+) üçün 9 basın. Bir fasilə daxil etmək üçün 0 basın, oktava qurmaq üçün *, və notu kəskinləşdirmək üçün # seçin (e and b notları üçün uyğun deyil).
Melodiya tamamlananda Seçimlər > Çalınsın, Saxlanılsın, Temp, Göndərmək, Ekranı təmizlə, və ya Çıxmaq seçin.
Arxa planda davam edən əlavə sorğu saxlamaq batareya enerjisinə olan tələbatı artırır, və batareyanın ömrünü qısaldır.
Copyright © 2006 Nokia. All rights reserved.
26
SIM xidmətləri
Sizin SİM kart əldə edə biləcəyiniz əlavə xidmətləri də təqdim edə bilər. Bu menyu yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə göstərilir. Menyunun adı və məzmunu SİM kartdan asılıdır.
Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Copyright © 2006 Nokia. All rights reserved.
27
5. Batareya haqqında məlumat
Batareyanın doldurulması bə boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüz dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğulardan istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq üçün elektrik cərəyanına qoşun.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik cərəyahından və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini azalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğudan istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Yayda və ya qışda bağlı avtomobil kimi isti və soyuq yerdə saxlanılması batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərarət dərəcəsində saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə, müvəqqəti işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Copyright © 2006 Nokia. All rights reserved.
28
Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.
Nokia batareyasının identifikasiyası qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin olmaq üçün batareyanı səlahiyyətli Nokia dilerindən alın, aşağıdakı addımları tətbiq edərək paketin üzərində Nokia Orijinal Aksesuarlar Loqosunu və holoqram etiketini yoxlayın:
Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.
Orijinal holoqram
Etiketdə olan holoqrama baxarkən siz bir bucağdan Nokianın birləşdirən əllər
1. simvolunu, digər bucağdan Nokia Orijinal Aksesuarlar.
Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə
2. görməlisiniz.
Copyright © 2006 Nokia. All rights reserved.
29
Etiketin qırağını cızın və 20-rəqəmli kodu tapın, misal üçün
3.
12345678919876543210. Batareyanı elə çevirin ki nömrələr yuxarı düşsün. 20-rəqəmlı kod yuxarı cərgədə olan nömrədən başlayaraq aşağı cərgəyədək oxunur.
www.nokia.com/batterycheck ünvanında olan göstərişlərə riayət edərək 20 rəqəmli
4.
kodun həqiqiliyini təsdiq edin.
Mətn mesajı yaratmaq üçün 20 rəqəmli kodu daxil edin, məsələn: 12345678919876543210, və +44 7786 200276 göndərin.
Milli və beynəlxalq operator xərcləri əlavə ediləcəkdir. Siz kodunuzun doğruluğunu təyin edə biləcək mesaj almalısınız.
Batareyanız orijinal deyilsə?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. Istehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər vura bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün www.nokia.com/battery.
Copyright © 2006 Nokia. All rights reserved.
30
6. Aksessuarlar
Aksessuarlarla bağlı bir neçə praktiki qaydalar:
Aksessuarları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
Hər hansı aksessuarın güc naqilini ayırırkən, naqildən deyil ştepseldən yapışın.
Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini mütəmadi olaraq
yoxlayın. Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən quraşdırılmalıdır.
Copyright © 2006 Nokia. All rights reserved.
31
Baxım və texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ mayelər və ya nəmliklərin tərkibində minerallar ola
bilər. Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız nəm olmuşdursa, batareyanı çıxarın və onu təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
Cihazdan tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət edən hissələri və elektron komponentləri
zədələnə bilər. Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron cihazların istehlak müddətini qısalda, batareyanı
zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər. Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə qayıtdıqda onun içərisində rütubət əmələ gələ və
elektron sxemləri zədələyə bilər. Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq
mexanika elementlərini qıra bilər. Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan
istifadə etməyin. Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əmələyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların,
modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) surətini çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xıdmət şəbəkəsinə aparın.
Copyright © 2006 Nokia. All rights reserved.
32
Təhlükəsizliklə bağlı əlavə məlumat
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı söndürün. Cihazdan yalniz normal iş vəziyyətində istifadə edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı
2.2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini
ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə, bu əşyalarda metal olmamalı və cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan istifadə edə bilər.
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 düym) məsafə saxlanılmalıdır. Bu
Copyright © 2006 Nokia. All rights reserved.
33
tövsiyyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:
Həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 düym) aralı saxlamalıdırlar
Cihazı döş cibində daşımayın
Müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə
tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralayın.
Qulaq aparatları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava balıçının şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
Copyright © 2006 Nokia. All rights reserved.
34
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bu qeydlər gəmilərin aşağı göyərtələrində, kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda, mayeləşdirilmiş neft qazını (propan və butan kimi) istifadə edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə göstərilir.
Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
1. Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza düzgün salınmasını tələb edə bilər.
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün son düyməni lazım olan qədər basın.
2. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
3. fərqlənir.
Zəng düyməsini basın.
4.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
Copyright © 2006 Nokia. All rights reserved.
35
Sertifikatlaşdırma məlumatı (SAR)
Bu mobil qurğu radiodalğaların təsiri haqda rəhbər təlimat tələblərini ödəyir. Sizin mobil telefon radio siqnallarının ötürücüsü və qəbuledicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən
tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimat müstəqil elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşından, sağlamlığından asılı olmayaraq, bütün şəxslərin müdafiəsini təmin edəcək təhlükəsizlik həddini nəzərə alır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0.64 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca www.nokia.com. saytında verilə bilər.
Copyright © 2006 Nokia. All rights reserved.
36
Loading...