Nokia 2626 User's Guide [az]

Nokia 2626 istifadəçisinin təlimatı
9200007
Nəşr 1
UYĞUNLUQ BƏYANNAMƏSİ Bununla, NOKİA KORPORASIYASI bildirir ki, bu RM-291 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinini surətini aşağıda göstərilən internet saytında əldə etmək olar: http://www.nokia.com/phones/declaration_of_conformity
/.
0434
Copyright © 2007 Nokia. Bütün hüquqlar mühafizə edilir.
Üstündən xətt çəkilmiş çarxlı zibil vedrəsinin şəkli ifadə edir ki, Avropa İttifagı çərçivəsində bu məhsulun istehlak müddəti bitdikdə bu məhsul xüsusi kolleksiyaya alınmalıdır. Bu gayda sizin cihazınıza, habelə bu simvolla işarə edilmiş bütün məhsullara da şamil edilir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Daha geniş məlumat almaq üçün www.nokia.co
m saytında məhsulun Ekoloji Bəyannaməsinə, ya da olkə haqqında xüsusi məlumata baxın.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə muəyyən bir qismi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.
Nokia”, “Nokia Connecting People” və “Xpress-on” NOKİA Korporasiyasının qeydiyyata alınmış əmtəə nişanlarıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.
Nokia melodiyası Nokia Korporasiyasının səsli əmtəə nişanıdır.
US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2007. Tegic Communications, Inc. All rights reserved.
Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.
Java is a trademark of Sun Microsystems, Inc.
Nokia sabit inkişaf strategiyasını tətbiq edir. Nokia bu sənəddə təsvir edilən istənilən məhsula əvvəlcədən xəbərdarlıg etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.
MÜVAFİQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏYƏ ƏSASƏN NOKİA, YA DA ONUN HƏR-HANSI BİR ŞƏHADƏTNAMƏ VERƏN MÜƏSSİSƏSİ HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.
BU SƏNƏDIN MƏTNI “OLDUĞU KIMI” TƏQDIM EDILIR. MÜVAFIQ GANUNVERICILIYIN TƏLƏBLƏRI ISTISNA OLMAQLA, BU SƏNƏDIN DƏQIQLIYI, ETIBARLILIĞI VƏ YA MƏTNINƏ DAIR HEÇ BIR BIRBAŞA VƏ YA ƏLAQƏLƏNDIRILMIŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ VƏZIYYƏTI VƏ XÜSUSI MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAIR ƏLAQƏLƏNDIRILMIŞ ZƏMANƏT VERILMIR. NOKIA BU SƏNƏDIN ISTƏNILƏN VAXT ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYIŞDIRILMƏSI VƏ YA ISTIFADƏDƏN ÇIXARILMASI HÜQUQUNA MALIKDIR.
Xüsusi məhsulların mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş edirik Sizə yaxın olan Nokia dileri ilə əlaqə saxlayın.
Bu cihaz elektrik və elektron avadanlıqlarda muəyyən təhlukəli əşyalardan istifadənin qadağan olunması haqqında 2002/95/EC tarixli Fərmana uyğundur.
Bu cihazda ABŞ və digər ölkələrdən qanun və qaydaları ixrac etmək üçün əşya, hər-hansı bir texnologiya, və ya kompüter proqramı ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
9200007/Nəşr 1
5
Mə zm un
Məzmun
Sizin təhlükəsizliyiniz üçün .............................................7
Ümumi məlumat .............................................................13
Giriş kodları ...................................................................................13
Nokia dəstəyi və əlaqə məlumatı .................................................. 14
1. Cihazın işə salınması .................................................15
SIM kartın və batareyanın quraşdırılması ..................................... 15
Batareyanın doldurulması ............................................................. 17
Normal iş vəziyyəti ........................................................................ 18
2. Sizin telefon ................................................................19
Düymələr və hissələr ..................................................................... 19
Gözləmə rejimi .............................................................................. 20
Nümayiş rejimi ............................................................................... 21
Klaviaturanın blokirovkası ............................................................. 22
3. Zəng funksiyaları ........................................................23
Zəng et və zəngə cavab ver ......................................................... 23
Mikrofon .........................................................................................23
4. Mətn yaz ......................................................................24
6
Mə zm un
5. Menyu funksiyaları .....................................................26
Mesaj .............................................................................................26
Əlaqələr ......................................................................................... 35
Jurnal .............................................................................................37
Parametrlər ....................................................................................38
Operator menyusu .........................................................................44
Qalereya ........................................................................................45
Medya ............................................................................................46
Radio ............................................................................................. 47
Gündəlik ........................................................................................49
Qoşma proqramlar ........................................................................ 52
İnternet ..........................................................................................53
SIM xidmətləri ................................................................................58
6. Batareya haqqında məlumat .....................................59
Batareyanın doldurulması bə boşaldılması ...................................59
Nokia batareyasının identifikasiyası qaydaları .................................
61
7. Aksesuarlar .................................................................66
Baxım ve texniki qulluq .................................................67
Təhlükəsizliklə bağlı əlavə məlumat ...............................69
7
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
Sizin təhlükəsizliyiniz üçün
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumar üçün istifadəçinin təlimatının təm mətnini oxuyun.
TƏHLÜKƏSİZLIKLƏ İŞƏ SALINMASI
Simsiz telefonların istifadəsi qadağan edilidiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə telefonu işə salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RİAYƏT OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizlik qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilir və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.
8
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.
TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilir.
YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN
Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.
PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN
Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.
MƏQSƏDƏ MÜVAFİQ İSTİFADƏ EDİN
Telefonu məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.
9
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.
АKSESUАRLАR
Yalnız təsdiq edilmiş aksesuar və batareyaları istifadə edin. Uyğun olmayan məhsullara qoşulmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
REZERV SURƏTLƏR
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.
DİGƏR XİDMƏTLƏRƏ QOŞULMAQ
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.
10
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
TƏCILI YARDIM ZƏNGLƏRI
Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekranı təmizləmək üçün son duyməsini lazım olan qədər basın və gozləmə vəziyyətinə qayıdın. Təcili yardım nömrəsini daxil edin və zəng düyməsini basın. Öz yerinizi bildirin. İcazə verilənədək zəngi bitirməyin.
 Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və GSM 1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazdakı imkanlardan istifadə edərkən bütün qanunlara riayət edin və muəllif hüquqları da daxil olmaqla, yerli gömrük, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hormət edin.
11
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu
cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
 Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Xususiyyətlərin çoxu xüsusi şəbəkə xususiyyətləri tələb edir. Bu xususiyyətlər bütün şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən oncə digər şəbəkələr Sizdən xidmət təminatcınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Xidmət təminatcınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı hesabın tətbiq olunmasını izah edə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.
12
Si zi n tə hl ük əs iz li yi ni z üç ün
Sizin xidmət provayderiniz tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və təsvirlərdə dəyişiklər kimi xüsusi konfiqurasiyalara da malik ola bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP and SSL) dəstəkləyir. Mətn mesajları, multimediya mesajları və mündəricatın və əlavə proqramın yüklənməsi kimi imkanların istifadə edilməsi üçün şəbəkə təminatı zəruridir.
13

Üm um i mə lu ma t

Ümumi məlumat
 Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonun digər şəxslər tərəfindən istifadə edilməsinin qarşısını alır. Əvvəlcədən quraşdırılmış kod - 12345.
Sizin SİM kartınızda təchiz edilmiş PIN kodu SİM kartınızın icazəsiz istifadəsinin qarşısını almağa kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PİN2 kod müəyyən xidmətlərdən istifadə üçün lazımdır. Əgər siz PİN və ya PİN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunacaq. Əgər sizdə bu kodlar yoxdursa, yerli xidmət provayderinə müraciət edin.
PIN modulu Sizin SİM kartın təhlükəsizlik modulunda olan məlumata çixiş üçün istifadə edilir. İmzalı PİN2 kodu rəqəmli imzanı yaratmaq üçün lazım ola bilər. Qadağan parolu
Zənglərin qadağan olunması xidməti istifadə edildikdə tələb
olunur.
14
Üm um i mə lu ma t
Menyu > Parametrlər > Təhlükə/-sizlik seçərək
telefonunuzun giriş kodları və təhlükəsizlik parametrləri ilə tanış olun.
 Nokia dəstəyi və əlaqə məlumatı
Bu təlimatın son versiyası, əlavə malumat, yüklənilən programlar və sizin əldə etdiyiniz Nokia məhsulu ilə bağlı xidmətlərlə bağlı www.nokia.com/support və ya Sizin yerli Nokia İnternet Saytını yoxlayın.
İnternet səhifədə, Nokia məhsullarının və xidmətlərinin istifadəsinə aid məlumat əldə edə bilərsiniz. Əgər müştəri xidmətləri ilə əlaqə saxlamağa ehtiyac olarsa, www.nokia.com/customerservice ünvanında yerli Nokia əlaqə mərkəzlərinin siyahısını nəzərdən keçirin.
Texniki xidmətlər üçün www.nokia.com/repair ünvanında ən yaxın Nokia xidmət mərkəzini tapın.
15
Ci ha zı n iş ə sa lı nm as ı

1. Cihazın işə salınması

 SIM kartın və batareyanın
quraşdırılması
Bütün SIM kartları balaca uşaqlardan uzaq saxlayın. SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün
Sizin SIM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı xidmət provayderi, şəbəkə operatoru və digər subyekt ola bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Qeyd: Qapaqları dəyişərkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə bağlı qapaqla saxlayın və istifadə edin.
1. Telefonun panelini çıxarmaq üçün arxa paneli basın və telefonun aşağı istiqamətində çəkin (1).
16
Ci ha zı n iş ə sa lı nm as ı
2. Batareyanı göstyərildiyi kimi qaldıraraq telefondan ayırın (2).
3. SIM kartı saxlayan qurğunu ehtiyatla qaldırın və əks qapağı açın (3).
4. SIM kartı elə salın ki, kəsilmiş bucağı yuxarı sağ tərəfdə və qızılı rənglənmiş tərəfi isə üzü aşağı yerləşsin (4). SİM kartı saxlayan qurğunu bağlayın və basın ki, əvvəlki vəziyyətinə qayıtsın (5).
5. Batareyanı batareya yerinə qoyun (6).
6. Telefonun arxa qapağını arxa hissəsiylə üst-üstə qoyun və yuxarıya sürüşdürün. Arxa qapağı telefonun yuxarı hissəsinə basın ki, qapaq bağlansın (7).
17
Ci ha zı n iş ə sa lı nm as ı
Batareyanın doldurulması
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən xüsusi model üçün təsdiq edilmiş batareyaları, enerjı qurğularını və təkmilləşdirilmiş qurğuları istifadə edin. Hər hansı digər növün istifadəsi təsdiq və zəmanətlərin qüvvədən düşməsinə səbəb olur və təhlükəli ola bilər.
Bu cihazda istifadə etməmişdən əvvəl hər hansı enerji qurğusunun model nömrəsini yoxlayın. Bu cihaz ACP-7, ACP-12 və ya AC-2 enerjı qurğularından doldurularaq istifadə üçün nəzərdə tutlmuşdur. Bu cihazla BL-5C batareyasının istifadəsi nəzərdə tutlmuşdur. Təsdiq edilmiş təkmilləşdirilmiş qurğuların mövcudluğuna dair məlumat əldə etmək üçün dilerinizlə əlaqə saxlayın.
1. Enerji qurğusunu elektrik
cərəyanına birləşdirin.
2. Adapteri telefona qoşun.
18
Ci ha zı n iş ə sa lı nm as ı
 Normal iş vəziyyəti
Sizin cihazın daxili antenası var.
Qeyd: Digər radio ötürücü cihazlarında olduğu kimi telefon işləyərkən zərurət olmadıqda antenaya toxunmayın. Antena ilə kontakt zəngin keyfiyyətinə təsir edir və cihazın daha çox enerji sərfi ilə işləməsinə səbəb ola bilər. Cihazı işlədərkən antenaya toxunmamaq antenanın iş keyfiyyətini və batareyanın istehlak müddətini artırır.
19
Si zi n te le fo n

2. Sizin telefon

 Düymələr və hissələr
● Qulaqlıq (1)
● Mikrofon (2)
● Seçim düymələri (3)
● Səyyar düyməsi (keçid düyməsi) (4)
● Zəng düyməsi (5), zəng düyməsini
bir dəfə basmaqla son yığılmış telefon nömrələrini görə bilərsiniz.
● Son və işə salmaq/söndürmək
düyməsini (6), basıb saxlamaqla telefonu işə salmaq və söndürmək, basıb buraxmaq isə telefon danışığını bitirməyi və ya hər hansı funksiyadan çıxışı nəzərdə tutur
● Enerjı qurğusu ilə birləşdirici (7)
● Qulaqlıqların birləşdiricisi (8)
20
Si zi n te le fo n
Qeyd: Bu birləşdiriciyə ancaq
texniki servis mərkəzinin işçiləri toxuna bilər.
Xəbərdarlıq: Bu qurğunun keçid düyməsinin tərkibində nikel ola bilər. Dərinin onlarla uzunmüddətli təmasda olması məsləhət görülmür. Nikelin dəriyə davamlı təsiri nikelə qarşı allergiyaya səbəb ola bilər.
 Gözləmə rejimi
Telefon istifadə üçün hazır olduqda, hər hansı simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir:
21
Si zi n te le fo n
Şəbəkənin adı və ya operatorun loqosu (1)
Şəbəkə siqnalının gücü (2) Batareyanın doldurulma səviyyəsi (3)
Sol Get (4) seçim düyməsi sizin şəxsi qısa komandalar siyahınızın funksiyalarını nəzərdən keçirmək üçündür. Seçim imkanları sıyahısına əlavə edə biləcəyiniz mövcud funksiyalara baxmaq üçün Seçim > Seçmə seçimləri seçin. Qısa komandalar siyahınızın funksiyalarını dəyişmək üçün
Təşkil et > Köçür və istədiğiniz yeri seçin. Menyu (5) və Adlar (6)
 Nümayiş rejimi
Telefonu SIM kart olmadan başlatmaq üçün, Telefon SIM kart
olmadan açılsın? komandasını qəbul edin. Onda, telefonun
SIM kart tələb etməyən funksiyalarından istifadə edin.
22
Si zi n te le fo n
 Klaviaturanın blokirovkası
Düymələrin təsadüfən basılmasının qarşısını almaq üçün
Menyu > * düymələrini basın ki, düymələri bloklayasınız və
ya blokdan çıxarasınız. Blokirovka rejimində zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəng qurtardıqda və zəng qəbul edilmədikdə klaviatura yenə blokirovka rejimində işləyir.
Menyu > Parametrlər > Telefon > Avtomatik klaviatur kilidi > Aktivləşdir telefon gözləmə rejimində olduqda
və telefonun heç bir funksiyası istifadə edilmədikdə əvvəlcədən quraşdırılmış vaxt bitdikdə klaviaturanı avtomatik blokirovkaya salır.
Klaviatura blokirovka rejimində olduqda Sizin cihazınızda proqramlaşdırılmış rəsmi qəza telefonlarına zəng edə bilərsiniz.
23
Zə ng f un ks iy al ar ı

3. Zəng funksiyaları

 Zəng et və zəngə cavab ver
Zəng etmək üçün, əgər lazım gələrsə ölkə və şəhər kodlarını da əlavə etməklə telefon nömrəsini daxil edin. Zəng üçün zəng düyməsini basın. Zəng edərkən qulaqcıqlarda və ya telefonda səsi artırmaq üçün diyircəyi sağa, azaltmaq üçün isə sola çevirin.
Daxil olan zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəngi cavab vermədən rədd etmək üçün «son» düyməsini basın.
 Mikrofon
Mikrofon və ya qulaqcıqlar varsa Səsuc.Normal düymələrindən istifadə edərək danışa bilərsiniz.
Xəbərdarlıq: Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.
24
Mə tn y az

4. Mətn yaz

Siz intellektual və ya adi mətnlər funksiyasını istifadə edərək mətni daxil edə bilərsiniz. Adi qaydada mətn daxil etmək istədikdə, düyməni lazımi hərf ekranda görünənə qədər təkrar basın. Mətn yazarkən intellektual mətn yığım üsulundan istifadə etmək üçün Seçim > Proqnoz aktivləş.; rədd etmək üçün isə Seçim > Proqnoz ləğv ed. seçin.
Intellektual mətn yığımı üsulundan istifadə edərkən, istədiyiniz sözü daxil etmək üçün, hər hərf üçün düyməni bir dəfə basın, əgər ekrana çıxmış söz sizə lazım olan sözdürsə, 0, düyməsini basın və növbəti sözü yazmağa başlayın. Sözü dəyişmək üçün sizin axtardığınız söz ekranda görünməyənə qədər * düyməsinin təkrarən basın. Əyər sözdən sonra ? simvolu peyda olursa sizin söz lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün, Hərfbəh. funksiyasını seçin, sözü daxil edin (ənənəvi mətn girişindən istifadə etməklə) və Saxla funksiyasını seçin.
Mətni yazmaq üçün məsləhətlər: Boşluq əlavə etmək istədikdə 0. düyməsini basın. Mətn daxil etmə üsulunu
25
Mə tn y az
sürətlə dəyişmək üçün təkrarən # düyməsini basın və ekranın yuxarı hissəsindəki indikatora diqqət yetirin. Nömrə əlavə etmək üçün lazımi nömrənin düyməsini basın və saxlayın. Adi mətn daxil edərkən xüsusi işarələr siyahısına baxmaq üçün * düyməsini basın; intellektual mətn yığım üsulu istifadə edərkən isə * düyməsini basın və saxlayın.
26
Me ny u fu nk si ya la rı

5. Menyu funksiyaları

Telefonun funksiyaları menyulara qruplaşdırılmışdır. Menyunun bütün funksiyaları və imkanları burada əhatə edilməmişdir.
Gözləmə rejimində olarkən Menyu, menyudan isə istədiyiniz menyunu və altmenyunu seçin. Menyunun hazırkı səviyyəsindən çıxmaq üçün Çıx və ya Geri seçin. «Son» düyməsini basın və gözləmə reciminə qayıdın. Menyunun görünüşünü dəyişmək üçün Seçim > Əsas mnyu görnş >
Siyahı yaxud İşarələr seçin.
 Mesaj
Mesaj xidməti yalnız şəbəkəniz və ya xidmət provayderiniz tərəfindən dəstəkləndiyi halda istifadə edilə bilər.
27
Me ny u fu nk si ya la rı
Mətn və multimedia parametrləri
Menyu > Mesajlar > Mesaj parametrləri > Mətn mesajları >
Mesaj mərkəzləri seçin. Sizin SİM kartınızı birdən artıq mesaj
mərkəzi dəstəkləyir,onlardan birini seçin və ya əlavə edin, çünki xidmət provayderinizdən mesaj mərkəzinin nömrəsini almağa ehtiyacınız ola bilər.
Menyu > Mesajlar > Mesaj parametrləri > Multimedia msjlar
və aşağıdakı parametrləri seçin:
Şəklin ölçüsü (multimedia) vasitəsilə siz şəkli multimediya
mesajına daxil edərkən, onun ölçülərini müəyyən edə bilərsiniz.
Multimedia qəbuluna icazə ver, funksiyasında Xeyr, Bəli,
yaxud Daxili şəbəkə seçərək multimediya xidmətindən istifadə edin.
Konfiqurasiya parametrləri seçin və Multimediya mesajlarının
bərpası üçün razılaşdırılmış xidmət provayderini seçin.
Hesab funksiyasını ekrana gətirin, xidmət provayderinin
təmin etdiyi və istifadə etmək istədiyiniz hesablardan birini seçin. Siz bu funksiyaları xidmət provayderinizdən konfiqurasiya mesajı kimi ala bilərsiniz.
28
Me ny u fu nk si ya la rı
Reklam qəbulu funksiyası reklam kimi müəyyən edilmiş
mesajların alınmasına tərəfinizdən icazə verildikdə istifadə edilir. Bu funksiya Multimedia qəbuluna icazə ver funksiyası
Xeyr istifadə edilmir.
Mətn mesajları
Menyu > Mesajlar > Mesaj yarat > Mətn mesajı seçin.
Qeyd: Sizin cihaz mesajınızın, nömrəsi cihazda
proqramlaşdırılan mesaj mərkəzinə göndərildiyini göstərə bilər. Sizin cihazınız mesajın göndərilən ünvanda qəbul edilib-edilməməsini göstərməyə bilər. Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Qısa mesaj xidmətindən istifadə edərkən (SMS) sizin telefon bir neçə adi mətn mesajlarından ibarət olan çoxhissəli mesajlar qəbul edib göndərə bilər (şəbəkə xidməti). Hesab­faktura çoxhissəli mesaj üçün tələb olunan adi mesajların sayı əsasında tərtib olunacaq.
29
Me ny u fu nk si ya la rı
Unutmayın ki, xüsusi (Unicode) simvolların istifadəsi daha çox yer tələb edir.
Sizin cihaz bir mesaj üçün nəzərdə tutulan simvol limitindən artıq həcmdə mesajların göndərilməsi təmin edir. Uzun mesajlar iki və daha çox mesaj şəklində göndəriləcək. Sizin xidmət provayderiniz müvafiq xərclərin ödənilməsini tələb edə bilər. Vurğu və digər durğu işarələrini istifadə edən simvollar və çin dili kimi müəyyən dillərin simvolları daha çox yer tələb edir və bir mesajda göndərilə biləcək simvolların sayını məhdudlaşdırır.
Sayrışma göstərir ki, mesaj yaddaşı doludur. Yeni mesajları almamışdan əvvəl bir neçə köhnə mesajlarınızı pozun.
Multimediya mesajları
Menyu > Mesajlar > Mesaj yarat > Multimedia funksiyasını
seçin.
30
Me ny u fu nk si ya la rı
Qeyd: Yalnız müvafiq elementləri olan cihazlar
multimediya mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünь məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu limiti aşırsa cihaz onu MMS-lə gondərilə biləcək olcuyə qədər balacalaşdıra bilər.
Multimediya mesajı mətn, səs və şəkildən ibarət ola bilər. Telefonla danışdığınız, telefonda oyun oynadığınız və
ya digər Java programlarını istifadə etdiyiniz zaman Siz multimediya mesajını qəbul edə bilməzsiniz. Multimediya mesajlarının göndərilməsi müxtəlif səbəblərdən çətinləşdirildiyi üçün onu əhəmiyyətli əlaqələr üçün istifadə etməyin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının və digər məzmunlu funksiyaların üzünün çıxarılmasına, dəyişdirilməsinə, köçürülməsinə və ya göndərilməsinə mane ola bilər.
Sizin telefonunuz bur neçə vərəqdən ibarət multimediya mesajlarının (slaydların) göndərilməsini və alınmasını təmin
31
Me ny u fu nk si ya la rı
edir. Mesaja slayd daxil etmək üçün Seçim > Daxil et >
Slayd seçin. Slaydlar arasında intervallar müəyyən etmək
üçün Slayd vaxtı seçin. Əgər gözləyən yeni multimediya mesajınız varsa və mesajları
mühafizə edən qurğu doludursa ekranda sayrışmalar və Yaddaş doludur. Mesajlar qəbul edilmir. göstərilir. Mesaj almaq üçün OK > Bəli seçin və köhnə mesajları silmək üçün qovluq göstərin.
Təcili mesajlar
Təcili mesajlar (şəbəkə xidməti) dərhal ekranda peyda olan mətn mesajlarıdır.
Menyu > Mesajlar > Mesaj yarat > Fləş mesajı funksiyasını
seçin.
Qeyd: Yalnız müvafiq funksiyalara malik olan cihaz təcili mesajları qəbul və nümayiş edə bilər.
32
Me ny u fu nk si ya la rı
Audio mesaj
Səsli mesaj yazıb yükləmək üçün multimedia mesaj xidmətindən istifadə edin. Multimedia mesaj xidməti sizin audio mesajlar göndərib qəbul etmənizdən əvvəl aktivləşdirilməlidir.
Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj funksiyasını
seçin. Səs yazan açılır. Siz səsli mesajı yazıb qurtarandan sonra, onu göndərmək üçün resipientin telefon nömrəsini
Kimə: bəndinə daxil edin. Telefondakı seçimlərlə tanış olmaq
üçün Seçim bəndini seçin. Telefon nömrəsini Kontaktlar-lardan çıxarmaq üçün Əlavə et > Kontakt funksiyasını seçin.
Telefonunuz audio mesajları qəbul etdikdə, 1 audio mesaj
qəbul edildi və ya qəbul edilmiş mesajların sayı və mesaj qəbul edildi göstərilir. Mesajı açmaq üçün Çal; yaxud birdən
artıq mesaj qəbul edilmişsə Show > Çal funksiyasını seçin. Mesajı sonra dinləmək üçün Çıx funksiyasını seçin. Müvafiq seçimləri nəzərdən keçirmək üçün Seçim seçin. Səsli mesaj qulaqlıq vasitəsilə səslənir, əgər onun səsucaldan vasitəsilə səsləndirmək istəyirsinizsə Seçim > Səsucaldan bəndini seçin.
33
Me ny u fu nk si ya la rı
Səslı mesajlar
Səsli poçt qutusu şəbəkə xidmətidir və siz bu xidmətə abunə olmalısınız. Səsli məktub qutusunun nömrəsini və tam məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Menyu > Mesajlar > Səsli mesajlar funksiyasını seçin.
Elektron poçt xidməti
Elektron poçt xidməti (şəbəkə xidməti) sizin telefonunuzla uyğunlaşan e-mail hesabınızıtelefonunuzda açmağa imkan verir. E-mail yükləmək və qəbul etmək üçün, siz e-mail hesabı açmalısınız və telefonunuz tələb olunan parametrlərə malik olmalıdır. Siz elektron poçt formasında göndərilmiş müxtəlif konfiqurasiyalı mesajlar ala bilərsiniz.
E-mail yazıb yükləmək üçün Menyu > Mesajlar > E-poçt >
Yeni e-poçt yaz funksiyasını seçin. Əgər birdən artıq
e-mail hesabı müəyyən edilərsə, hansı hesabdan e-mail göndərəcəyinizi dəqiqləşdirin. Elektron mesajına fayl əlavə etmək üçün Seçiml. > Fayl qoş funksiyasını və Qalereya-dan fayl seçin. Elektron mesajını yazdıqdan sonra Göndər >
İndi göndər funksiyasını seçin.
34
Me ny u fu nk si ya la rı
Sizə göndərilmiş elektron mesajları yükləmək üçün Menyu >
Mesajlar > E-poçt > Yeni e-poçt yoxla funksiyasını və
istədiyiniz hesabı seçin; əvvəl elektron mesajların yalnız başlıqları yüklənir. Elektron mesaj mətnini tam yükləmək üçün Geri > Gələnlər funksiyasını seçin, yeni mesajı və
Gətir funksiyasını seçin.
Zəruri məlumat: Mesajları ehtiyatla açın. Elektron poçt, və ya multimedia mesajlarının tərkibində zərərli proqramlar ola bilər, və ya onlar sizin cihaz, ya da şəxsi kompüteriniz üçün zərərli ola bilər.
Sizin telefonunuz elektron mesaj hesabından yüklənmiş elektron mesajı
Gələnlər qovluğunda saxlayır. Digər qovluqlar
aşağıdakılar ola bilər: Qaralamalar qaralama elektron mesajlar üçün, Arxiv elektron mesajların təşkil edilib yaddaşda qalması üçün, Gedən göndərilməmiş elektron mesajlar üçün Göndərilənlər göndərilmiş elektron mesajlar üçün yaranmış qovluqlardır. Qovluqlar və onların ibarət olduğu elektron mesajları idarə etmək və hər bir qovluğun malik olduğu seçimləri nəzərdən keçirmək üçün Seçiml. seçin.
35
Me ny u fu nk si ya la rı
 Əlaqələr
Siz adları və telefon nömrələrini telefonun yaddaşında və ya SİM kartın yaddaşında mühafizə edə bilərsiniz. Telefonun yaddaşında əlaqələr nömrələr və mətnlə mühafizə edilə bilər. SİM kartın yaddaşında mühafizə edilmiş adlar və nömrələr kimi qeyd edilir.
Hər hansı bir nömrəni axtarmaq üçün Menyu > Kontaktlar >
Adlar > Seçim > Axtar funksiyasını seçin. Axtardığınız adı
tapmaq üçün əlaqələr siyahısına baxın və ya adın ilk hərfini yazın. Telefon kitabçanıza yeni nömrə əlavə etmək üçün
Menyu > Kontaktlar > Adlar > Seçim > Yeni kont. əl. et
funksiyasını seçin. Əlaqələrə yeni nömrələr əlavə edərkən yaddaşın Telefon və ya Telefon və SIM funksiyasında olduğuna əmin olun. Yeni nömrə və ya mətn əlavə etmək istədiyiniz adı tapın və Detallar > Seçim > Detal əlavə et seçin. Əlaqənin surətini çıxarmaq üçün Seçim > Kontaktı
kopyala funksiyasını seçin. Siz telefonun yaddaşından
36
Me ny u fu nk si ya la rı
adları və nömrələri SİM kartın yaddaşına və əksinə köçürə bilərsiniz. SİM kartın yaddaşında bir nömrə ilə olan adlar mühafizə edilə bilər. Sürətli yığma düyməsinə nömrə təyin etmək üçün, Menyu > Kontaktlar > Tez zənglər funksiyasını seçin. Sürətli yığma düyməsinə təyin etmək istədiyiniz nömrənin üzərinə gəlin və Təyin et funksiyasını seçin. Telefon nömrəsini daxil edə və ya telefon kitabçasından telefon nömrəsini seçmək üçün Axtar funksiyasını seçə bilərsiniz.
Siz biznes kartları kimi Kart standartlarını dəstəkləyən müvafiq qurğudan şəxsin əlaqə məlumatını göndərə və ala bilərsiniz. Biznes kartını göndərmək üçün məlumatını göndərmək istədiyiniz əlaqəni axtarın və Seçim > Vizit kart
göndər > Multimedya ilə və ya Mətn mesajı ilə seçin. Biznes
kartını telefonun yaddaşında mühafizə etmək üçün biznes kartı aldıqda Göstər > Saxla seçin. Vizit kartından imtina etmək üçün Çıx > Bəli seçin.
Aşağıdakıları əlaqələr üçün qeyd etmək məqsədilə Menyu >
Kontaktlar > Parametrlər seçin: Sizin əlaqələrinizi sim kart
və ya telefonun yaddaşına yerləşdirmək üçün İstifadədə
olan yaddaş seçin. Hər iki yaddaşda olan adlara və
37
Me ny u fu nk si ya la rı
nömrələrə zəng vurmaq üçün Telefon və SIM seçin. Adların və nömrələrin ekranda necə göstəriləcəyini görmək üçün
Kontaktlar görüntüsü seçin. Boş və istifadə edilmiş yaddaş
həcminə baxmaq üçün Yaddaşın statusu seçin.
 Jurnal
Telefon buraxılmış, qəbul edilmiş, və yığılmış zəngləri, habelə sizin zənglərinizin təxmini ölcüsü qeydə alır. Şəbəkə bu funksiyaları dəstəkləməlidir və telefon şəbəkə xidməti dairəsi daxilində işləməlidir.
Siz zəngin tarixini və saatını görə bilərsiniz, telefon nömrəsini siyahıdan silə bilərsiniz, həmçinin onu düzəldə bilərsiniz, nömrəni Kontaktlar-da yaddaşda saxlaya bilərsiniz və ya bu nömrəyə mesaj göndərə bilərsiniz.
Son zənglərinizlə bağlı təxmini məlumat almaq üçün
Menyu > Zəng tarixçəsi > Zəngin müddəti, Paket məlumat sayğacı, və ya Paket məlumat bağ. taymerləri seçin.
38
Me ny u fu nk si ya la rı
Qeyd: Xidmət provayderiniz tərəfindən təmin
edilən zənglər və xidmətlər üçün həqiqi hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabın yazılması üçün cəmləşdirmələrdən, vergilərdən və sair faktorlardan asılı olaraq fərqlənir.
Menyu > Zəng tarixçəsi ə uyğun olan siyahını seçin: Cavabsız zənglər siyahısı zənglərin hansı telefon
nömrələrindən edildiyini və onların sayını göstərir, Qəbul
edilən zənglər yaxın zamanlarda sizin qəbul və ya rədd
etdiyiniz zənglərin siyahısını göstərir, Yığılan nömrələr son zamanlarda etdiyiniz zənglərin siyahısını göstərir.
Tarixçə siyahılarını sil funksiyası son zənglər siyahısını silir.
Bu əməliyyat ləğv edilə bilməz.
 Parametrlər
Bu menyuda siz müxtəlif telefon parametrlərini nizamlaya bilərsiniz. İstənilən menyu parametrlərinin ilkin vəziyyətinin bərpa edilməsi üçün Menyu >
Parametrlər > Zvod parmt. bərpa et seçin.
39
Me ny u fu nk si ya la rı
Melodiya parametrləri
Menyu > Parametrlər > Melodiyalar seçin və malik
olduğunuz seçimləri dəyişin. Sizin telefonunuz MP3 zəng formatını dəstəkləyir. Siz yazdığınız səsləri zəng səslərinə də qoya bilərsiniz.
Telefonun yalnız seçilmiş zəng edənlər qrupu üçün çalınmasını təmin etmək üçün Qrup üçün siqnal funksiyasını seçin. Seçmək istədiyiniz abonent qrupunu tapın və ya
Bütün zənglər > İşarələ seçin.
Mənim qısa komandalarım
Fərdi qısaldılmış klaviatura kombinasiyası funksiyası ilə siz tez-tez istifadə edilən telefon funksiyalarına tez çıxışı əldə edirsiniz.
Sağ seçim düyməsinə telefonun funksiyalarından birini təyin etmək üçün Menyu > Parametrlər > Qısa yollarım >
Sağ seçim düyməsi seçin.
Səyyar düyməsi üçün qısaldılmış klaviatura kombinasiyası funksiyasını seçmək üçün Menyu > Parametrlər >
40
Me ny u fu nk si ya la rı
Qısa yollarım > Naviqasiya düyməsi seçin. Arzuladığınız
istiqamət düyməsinə keçin Dəyiş və siyahıdan funksiya seçin. Qısaldılmış klaviatura kombinasiyası funksiyasından düyməni çıxarmaq üçün (boş) seçin. Düymə üçün funksiyanı təkrar təyin etmək üçün Təyin et seçin.
Telefonun və zəngin parametrləri
Menyu > Parametrlər > Zəng və bu imkanlardan birini seçin:
Zəng yönləndirməsi (şəbəkə xidməti) sizə gələn zəngləri
başqa nömrəyə keçirmək üçün. Ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Avtomatik təkrar zəng > Aktivləşdir uğursuz cəhddən sonra
zəng vurmaq üçün 10 cəhd etmək üçün.
Gözləyən zəng xidməti > Aktivləşdir telefonla danışdığınız
zaman nömrənizə daxil olan zənglər haqqında şəbəkədən xəbərdarlıq almaq üçün (şəbəkə xidməti).
Nömrəmi göndər (şəbəkə xidməti) > Şəbəkə ilə qoş, Bəli
ya Xeyr. Telefonunuzun ekran dilini seçmək üçün Menyu >
41
Me ny u fu nk si ya la rı
Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili
funksiyasını seçin. Əgər siz Avtomatik seçsəniz telefon SİM kartda olan məlumata müvafiq olaraq dil seçəcək.
Ekran, vaxt və tarix funksiyaları.
Telefonun batareyasının enerjisini qorumaq üçün Menyu >
Parametrlər > Displey > Enerjiyə qənaət edən > Aktivləşdir
seçin. Müəyyən müddətdə telefonun heç bir funksiyası istifadə edilmədikdə rəqəmli saat təsviri ekranda nümayiş etdiriləcək.
Menyu > Parametrlər > Vaxt və tarix funksiyasını seçin.
Gözləmə rejimində saatı göstərmək, saatı və saat zonasını, o cümlədən saat formatını nizamlamaq üçün Saat funksiyasına keçin. Gözləmə rejimində tarixi göstərmək, nizamlamaq, tarix formatını və bölgü işarəsini seçmək üçün Tarix funksiyasına keçin. Telefonda cari saat zonasına müvafiq olaraq vaxtın və tarixin avtomatik yeniləşdirilməsi funksiyasının ışə salınması üçün Tarix və saatın avt. yenilənməsi (şəbəkə xidməti) seçin.
42
Me ny u fu nk si ya la rı
Əlaqəlilik - GPRS əlaqəsi
General Packet Radio Service (GPRS) (şəbəkə xidməti) İnternet kimi məlumat şəbəkələri ilə simsiz əlaqə təmin edən məlumat daşıyıcısıdır. GPRS istifadə edə biləcək proqram qoşmaları MMS, browsing, və Java proqramının yüklənməsidir.
GPRS texnologiyasını istifadə etməzdən əvvəl GPRS xidmətinin mövculduğu və abunə şərtləri haqqında məlumat almaq üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın. GPRS vasitəsilə istifadə edilən hər proqram qoşması üçün GPRS parametrlərini yaddaşa mühafizə edin. Qiymətlə bağlı məlumat üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın.
Menyu > Parametrlər > Bağlantı > Paket məlumat > Paket məlumat bağlantısı funksiyasını seçin. Telefon işə salınan
kimi GPRS şəbəkəsində avtomatik qeydiyyatdan keçməsi üçün Həmişə onlayn funksiyasını seçin. Ehtiyac olduqda seçin və GPRS qeydiyyatı və əlaqənin yaradılması GPRS istifadə edən proqram qoşması bunu tələb etdikdə aparılacaq və həmin proqramın istifadəsi bitdikdə bağlanacaq.
43
Me ny u fu nk si ya la rı
Təkmilləşdirmə parametrləri
Uyğun mobil aksessuar işarəsi ancaq telefon ona qoşulduqda əks olunur.
Menyu > Parametrlər > Aksesuar və müvafiq aksessuarı
seçin. Qulaqlığı telefonunuza qoşduğunuz zaman telefonun gələn zənglərə avtomatik cavab verməsini təmin etmək istəyirsinizsə Avtomatik cavab bəndini seçə bilərsiniz Əgər Daxil olan zəng siqnalı funksiyası Tək bip və ya
Ləğv et rejimindədirsə, avtomatik cavab vermə funksiyası
işləməyəcək.
Konfiqurasiya parametrləri
Müəyyən şəbəkə xidmətləri sizin telefonunuzda düzgün konfiqurasiya parametrlərini tələb edir. Parametrləri SİM kartınızdan, xidmət provayderinizdən konfuqurasiya mesajı kimi alın və ya şəxsi parametrlərinizi əl ilə daxil edin.
Menyu > Parametrlər > Konfiqurasiya və aşağıdakı
funksiyaları seçin: Defolt konfiqurasiya parametrləri telefonun yaddaşında mühafizə edilmiş xidmər provayderlərinin siyahısına baxmaq üçün (razılaşdırılmış xidmət provayderi
44
Me ny u fu nk si ya la rı
nişanlanmışdır) və digər xidmət provayderini razılaşdırılmış xidmər provayderi kimi seçmək üçün. Təmin edilən qoşma proqramlar siyahısına baxmaq üçün provayderi və Detallar funksiyasını seçin; ilkin təyin edilmiş xidmət provayderinin təklif etdiyi parametrləri qoşma proqramlarda istifadə etmək üçün Büt. proqramlarda defolt aktivləşdir seçin; digər əlaqə nöqtəsini, adətən sizin seçdiyiniz şəbəkə operatorunun təmin etdiyi əlaqə nöqtəsini seçmək üçün Üstün tutulan giriş
nöqtəsi istifadə edilir; xidmət provayderinizdən konfiqurasiya
parametrləri yükləmək üçün Servis provayder dəstəyinə
bağlan seçin.
Parametrləri əl ilə daxil etmək, baxmaq və ya dəyişmək üçün
Menyu > Parametrlər > Konfiqurasiya > Şəxsi konfiqurasiya parametrləri seçin.
 Operator menyusu
Bu menü vasitəsilə siz şəbəkə operatoru tərəfindən təmin edilmiş xidmətlərdən istifadə etmək imkanını əldə etmiş olursunuz. Bu menyu operatordan asılıdır. Xidmətin adı və nişanı operatordan asılıdır. Operator, xidməti mesaj vasitəsilə
45
Me ny u fu nk si ya la rı
bu menünü yeniləyə bilər. Daha ətraflı məlumat üçün şəbəkə operatoru ilə əlaqə saxlayın.
 Qalereya
Bu menyu çərçivəsində siz mövzular, qrafika və melodiyaları dəyişdirə bilərsiniz. Bu fayllar qovluqlarda nizamlanmışdır.
Sizin telefon alınan məzmunu qorumaq üçün rəqəmli hüquqların idarə edilməsi (DRM) sistemini dəstəkləyir. Həmişə almamışdan əvvəl hər hansı məzmunun çatdırılma şərtlərini və aktivasiya düyməsini yoxlayın, çünki onlar ödənişli ola bilər.
Menyu > Qalereya seçin Mövzular, Qrafiklər, Melodiyalar, Musiqi fayl., Səsyazmalar və Qəb. ed. fyl. ilkin qovluqlardır.
46
Me ny u fu nk si ya la rı
 Medya
Səs yazan
Siz nitq, səs və ya telefon danışığını yaza bilərsiniz. Bu ad və telefon nömrəsini söyləyərək yazmaq, sonra isə qeyd etmək üçün əlverişlidir. Səs yazandan istifadə, informasiya çağırışı və ya GPRS əlaqəsi qurulduqda mümkün deyil.
Menyu > Medya > Səs yazan > Səs yazan funksiyasını
seçin və yazmağa başlayın. Seçim > Səs yaz funksiyasını seçin və söhbət zamanı danışığı yazmağa başlayın. Danışığı yazarkən, telefonu normal vəziyyətdə qulağınıza yaxın saxlayın. Yazılmış danışıq Qalereya > Səsyazmalar-də yaddaşda saxlanılmışdır. Son yazılmış danışığı dinləmək üçün Seçim > Son yazılanı çal funksiyasını seçin. Multimedia mesajdan istifadə edərək son yazılmış danışığı göndərmək üçün Seçim > Son yazılanı gönd. funksiyasını seçin.
47
Me ny u fu nk si ya la rı
 Radio
FM radio simsiz cihaz antenasından fərqli olan antenadan asılıdır. Düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya FM radiosu üçün tələb olunan aksesuar qoşulmalıdır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.
Radioya qulaq as
1. Menyu > Radio seçin və ya gözləmə rejimində *
düyməsini sıxın və saxlayın. Kanalın yerləşdiyi nömrə. Radio kanalın adı (əyər siz kanalı mühafizə etmişsinizsə) və radio kanalın tezliyi ekranda göstrəilir.
2. Əgər siz artıq kanalları yaddaşda mühafizə etmişsinizsə
qulaq asmaq istədiyiniz kanalın üzərində durun. Siz müvafiq nömrə düymələrinə basaraq da radio
kanalını seçə bilərsiniz.
48
Me ny u fu nk si ya la rı
Radio kanalını qur
1. Radio qoşulu olan zaman, radionun tezliyini 0.10 MHs sıçrayışlarla dəyişmək üçün və ya seçin və ya kanal axtarışına başlamaq üçün və ya seçib saxlayın. Axtarış kanal tapıldıqda dayanır.
2. 1 - 9 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün müvafiq nömrə düymələrinə basın və saxlayın.
10 - 20 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün 1 və ya 2 qısa şəkildə basın, sonra istənilən nömrə düyməsini basın və saxlayın 0 - 9.
3. Kanalın adını daxil edin və OK seçin.
Əsas radio funksiyaları
Radio qoşulu olanda aşağıdakı seçimlərdən istifadə etmək mümkündür: Söndür, Stansiyanı saxla, Stansiyalar,
Tezliyi qoş, və Səsucaldan və ya Qulaqlıq.
Siz 20-yə qədər kanal yaddaşda mühafizə edə bilərsiniz. Radio kanalı qur bəndinə baxın, səh. 48.
49
Me ny u fu nk si ya la rı
Siz radioya qulaq asarkən zəng edə və ya zəng qəbul edə bilərsiniz. Zəng vaxtı radionun səs dərəcəsi səssiz rejimə salınır.
GPRS əlaqəsini istifadə edən qoşma proqram məlumat göndərərkən və ya qəbul edərkən radioya maniə törədə bilər.
 Gündəlik
Zəngli saat təqvim və kalkulyatordan ibarətdir
Siz telefonda istənilən vaxt zəng siqnalını səsləndirmək funksiyasını quraşdıra bilərsiniz. Menyu > Gündəlik >
Zəngli saat funksiyasını seçin, Siqnal vaxtı funksiyasına
keçərək, zəngli saat üçün vaxtı qeyd edin. Həftənin müəyyən günlərində siqnal səsi vermək ücün Təkrarlanan siqnal funksiyasını və siqnal səsini seçmək ücün Siqnal melodiyası funksiyasından istifadə edin. Oyanmaq üçün müəyyən edilmiş vaxt rejimindən çıxmaq üçün Mürgüləmə fasiləsi və vaxt seçin.
50
Me ny u fu nk si ya la rı
Telefon siqnal melodiyasını səsləndirəcək və Alarm! yazısı və cari vaxt ekranda çıxacaq, hətta telefon söndürülmüş vəziyyətdə olsa da. Siqnalı kəsmək üçün Dayan seçin. Siz telefona bir dəqiqə siqnalı səsləndirmək imkanını versəniz və ya Mürgülə seçsəniz, siqnalın səsləndirilməsi 10 dəqiqəlik dayanacaq sonra yenidən səslənəcək.
Əgər telefon söndürülmüş vəziyyətdə olduqda siqnal vaxtı çatsa cihaz özü işə salınır və siqnal melodiyasını səsləndirməyə başlayır. Əgər siz Dayan seçsəniz cihaz sizə telefonun zənglər üçün iş rejiminə salınmasına dair sual verəcək. Cihazı söndürmək üçün Xeyr seçin və ya zəng etmək və zəngləri qəbul etmək üçün Bəli seçin. Simsiz telefonun istifadəsi maneə və ya təhlükə törədə biləcəyi halda Bəli seçməyin.
Menyu > Gündəlik > Təqvim funksiyası hazırkı günün tarixini
haşiyədə göstərir. Bu gün üçün qeydləriniz varsa gün qara şriftlə qeyd edilir. Günün qeydinə baxmaq üçün Göstər seçin. Təqvimdə bütün qeydləri silmək üçün, ayı seçin, sonra
Seçim > Bütün qeydləri sil seçin. Mətn və ya multimediya
mesajlarını öz sisteminə uyğun olan digər bir telefonun yaddaşına qeyd formasında birbaşa göndərmək, qeydlər
51
Me ny u fu nk si ya la rı
yaratmaq, onları pozmaq, yerini dəyişmək və ya onları başqa bir günə keçirmək kimi funksiyalara malik ola bilər.
Kalkulyator
Telefonunuzda olan kalkulyator üstə gəlmək, cıxmaq, vurmaq, bölmək, kvadrata yüksəltmə, kvadrat kök və valyuta dəyərləri ilə bağlı əməliyyatları edir.
Qeyd: Bu kalkulyator məhdud dəqiqliyə malikdir və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.
Menyu > Gündəlik > Kalkulyator funksiyasını seçin. Ekranda
0 göstərildikdə hesablamanın ilk rəqəmi daxil edin, kəsir üçün # basın. Onluq kəsrdə nöqtə qoymaq üçün # basın.
Seçim > Topla, Çıx, Vur, Böl, Square, Kvadrat kök və ya İşarəni dəyiş seçin. İkinci rəqəmi daxil edin. Cavab almaq
üçün Bərabər seçin. Yeni hesablamaya başlamaq üçün əvvəl Sil basın və saxlayın.
Valyuta mübadiləsini həyata keçirmək üçün Menyu >
Gündəlik > Kalkulyator seçin. Valyuta kursunu yaddaşda
saxlamaq üçün Seçim > Valyut. məzənnəsi seçin.
52
Me ny u fu nk si ya la rı
Ekranda göstərilən imkanlarıdan birini seçin. Valyuta kursunu seçin, kəsir üçün # seçin və OK basın. Valyutanın konversiyasını icra etmək üçün müvafiq məbləği daxil edin,
Seçim > Yerli ilə və ya Xarici ilə seçin.
Qeyd: Əsas valyutanı konversiya etdikdə siz
yeni kurs tariflərini daxil etməlisiniz, çünki bütün əvvəlki valyuta kursları sıfra cevriləcək.
 Qoşma proqramlar
Telefonunuzun proqramı Nokia telefonu üçün hazırlanmış müəyyən oyunlar və Java qoşma proqramlarını əhatə edir.
Oyun və qoşma proqramlara görə yaddaşın həcminə baxmaq üçün Menyu > Proqramlar > Seçim > Yaddaşın
statusu seçin. Oyun oynamaq və ya qoşma proqramlar
üçün Menyu > Proqramlar > Oyunlar və ya Kolleksiya seçin. Oyunun və ya qoşma proqramın üzərində durun və seçin. Oyun və ya qoşma proqram yükləmək üçün Menyu >
Proqramlar > Seçim > Yükləmələr > Oyun yükləmələri və ya
53
Me ny u fu nk si ya la rı
Proq. yükləmələri seçin. Sizin telefonunuz supports J2ME™
Java qoşma proqramlarını dəstəkləyir. Yükləməkdən əvvəl əmin olun ki, qoşma proqram sizin telefonunuza uyğundur.
Zəruri məlumat: Yalnız zərərli proqramlardan müvafiq qorunmanı təmin edən qoşma proqramlarını yükləyin.
Nəzərə alın ki, qoşma proqram yüklənərkən o, Proqramlar menyusunun əvəzinə Oyunlar menu.
 İnternet
Siz telefon brauzeri ilə müxtəlif mobil İnternet xidmətlərinə çıxa bilərsiniz. Bu xidmətlərin mövcudluğu, qiyməti və tarifləri haqqında məlumat almaq üçün xidmər provayderinizlə əlaqə saxlayın.
Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlardan müvafiq gorumanı təklif edən xidmərlərdən istifadə edin.
54
Me ny u fu nk si ya la rı
Xidmət əlaqəsi
Xidmət parametrlərinin yaddaşda saxlanılmasını və aktivləşməsini yoxlayın.
Menyu > İnternet > Baş səhifə seçməklə xidmətlə əlaqə
saxlayın, ilkin səhifəsini məsələn xidmət provayderinin ana səhifəsini, açın, yaxud gözləmə rejimində 0 düyməsini basın və saxlayın. Menyu > İnternet > Əlfəcinlər vasitəsilə siz nişan seçə bilərsiniz. Nişan cari aktiv xidmət parametrləri ilə işləmirsə, digər quraşdırma parametrləri seçin və yenidən cəhd edin. Siz həmçinin son URL Menyu > İnternet > Son
veb ünvanı, yaxud Menyu > İnternet > Ünvana getOK
seçərək xidmətin ünvanını daxil edə bilərsiniz. Brauzerlə baxışı bitirmək və əlaqəni kəsmək üçün Seçim >
Çıx seçin. Eyni zamanda başa çatdırma knopkasını iki dəfə
basın və ya basın və saxlayın. Xidmət ilə əlaqə qurduqdan sonra onun səhifələrinə baxa
bilərsiniz. Müxtəlif xidmətlərdə telefonun knopkalarının funksiyaları dəyişə bilər. Telefonun ekranında olan mətn göstərişlərinə riayət edin.
55
Me ny u fu nk si ya la rı
Nəzərə alın ki, məlumat daşıyıcısı kimi GPRS seçildikdə baxış zamanı indikator ekranın yuxarı sol hissəsində göstəriləcək. GPRS əlaqəsi zamanı zəng və ya mətn mesajı alındıqda və ya zəng edildikdə indikator ekranın yuxarı sol hissəsində göstərilərək GPRS əlaqəsinin dayandırılması və ya davam etdirilməsi barədə məlumat verəcək. Zəngdən sonra telefon GPRS əlaqəsini qurmağa təkrar cəhd göstərəcək.
Baxış zamanı Baş səhifəƏlfəcinlər kimi seçim imkanları təqdim oluna bilər. Xidmət provayderi əlavə seçim imkanları təklif edə bilər.
Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.
56
Me ny u fu nk si ya la rı
Brauzerin görünüş parametrləri
Gözləmə rejimində Menyu > İnternet > Parametrlər >
Görüntü parametrləri seçin. Mətnin növbəti sətirdən
başlaması üçün Sətirdən keçirmə > Aktivləşdir seçin. Əgər siz Ləğv et funksiyasını seçsəniz mətn qısaldılacaq.
Şəkilləri göstər > Xeyr seçin və səhifədə görünən şəkillər
göstərilməyəcək. Brauzerlə baxış zamanı mühafizə edilən əlaqə mühafizə edilməmiş əlaqə ilə əvəz edildkdə siqnal vermək funksiyasının quraşdırılması üçün Siqnallar >
Təhlükəli bağlantı üçün siqnal > Bəli seçin. Təhlükəli elementlər üçün siqnal > Bəli mühafizə edilmiş səhifədə
mühafizə edilməmiş element göründükdə telefonun siqnal vermək funksiyasını quraşdırır. Bu siqnal mühafizə edilmiş əlaqəni təmin etmir. Brauzer səhifələrini göstərmək üçün
Simvol şifrələmə seçin və ya uyğun telefona İnternet
şəbəkəsinin ünvanını göndərərkən həmişə UTF-8 kodunun istifadə edilməsi funksiyasını seçin.
57
Me ny u fu nk si ya la rı
Kukilər və keş-yaddaş
Kuki saytın telefonun brauzerinin keş yaddaşında mühafizə etdiyi məlumat deməkdir. Bu məlumat sizin istifadəçi məlumatınız ola bilər və ya brauzerlə bağlı üstünlük verdiyiniz məlumat ola bilər. Kukilər keş- yaddaşı təmizlənənədək yaddaşda mühafizə edilir. Gözləmə rejimində Menyu > İnternet > Parametrlər > Təhlükəsizlik
parametrləri > Kukilər seçin. Telefonun məsləhətləri almasını
qəbul və ya rədd etmək üçün İcazə ver və ya Rədd et seçin. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd
göstərmişsinizsə və ya cıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Keş-yaddaşı təmizləmək üçün
Menyu > İnternet > Keşi sil seçin.
Xidmət poçt qutusu
Telefon xidmət provayderiniz tərəfindən göndərilmiş xidmət mesajlarını (şəbəkə xidməti) qəbul edə bilər. Bu xidmət mesajını oxumaq üçün Göstər seçin. Əgər Siz Çıx seçsəniz mesaj Servis poçtu qovluğuna yerləşdiriləcək. Menyu >
İnternet > Parametrlər > Servis poçtu parametrləri >
58
Me ny u fu nk si ya la rı
Servis mesajları > Aktivləşdir (yaxud Ləğv et) funksiyasının
köməyi ilə telefonunuzun xidmət mesajlarını qəbul etmək (və ya etməmək) üçün kökləyin.
Brauzerin təhlükəsizliyi
Müəyyən xidmətlər üçün, misal üçün bank xidmətləri və ya online alış-veriş üçün təhlükəsizlik elementləri tələb oluna bilər. Bu növ əlaqələr üçün sizin SİM kartınızda təqdim oluna bilən təhlükəsizlik sertifikatlarına və ola bilsin təhlükəsizlik moduluna ehtiyacınız var. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
 SIM xidmətləri
Sizin SİM kart əlavə xidmətlər təmin edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.1.
59
Ba ta re ya h aq qı nd a mə lu ma t

6. Batareya haqqında məlumat

 Batareyanın doldurulması bə
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüz dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq üçün elektrik cərəyanına qoşun.
60
Ba ta re ya h aq qı nd a mə lu ma t
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
61
Ba ta re ya h aq qı nd a mə lu ma t
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanılması batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərarət dərəcəsində saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.
 Nokia batareyasının identifikasiyası
qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin olmaq üçün batareyanı səlahiyyətli Nokia dilerindən alın, aşağıdakı
62
Ba ta re ya h aq qı nd a mə lu ma t
addımları tətbiq edərək paketin üzərində Nokia Orijinal Aksesuarlar Loqosunu və holoqram etiketini yoxlayın:
Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.
Orijinal holoqram
1. Etiketdə olan holoqrama baxarkən siz bir bucağdan Nokianın birləşdirən əllər simvolunu, digər bucağdan Nokia Orijinal Aksesuarlar.2.
63
Ba ta re ya h aq qı nd a mə lu ma t
2. Holoqramı sol tərəfə əydikdə
siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.3.
3. Etiketin qırağını cızın və 20-
rəqəmli kodu tapın, misal üçün
12345678919876543210. Batareyanı elə çevirin ki nömrələr yuxarı düşsün. 20­rəqəmlı kod yuxarı cərgədə olan nömrədən başlayaraq aşağı cərgəyədək oxunur.
64
Ba ta re ya h aq qı nd a mə lu ma t
4. www.nokia.com/batterycheck ünvanında olan göstərişlərə riayət edərək 20 rəqəmli kodun həqiqiliyini təsdiq edin.
Mətn mesajını yazmaq üçün 20-rəqəmli kodu daxil edin, misal üçün, 12345678919876543210, və +44 7786 200276 göndərin.
Mətn mesajı yazmaq üçün aşağıdakıları edin:
Hindistanı çıxmaq şərtilə Asiya Sakit okean
ölkələri üçün: 20 rəqəmli kodu daxil edin, məsələn, 12345678919876543210 və +61 427151515 nömrəsinə göndərin.
Ancaq Hindistan üçün: «Batareya» sözünü və ondan
sonra gələn 20-rəqəmli batareya kodunu daxil edin, məsələn Batareya 12345678919876543210, və 5555-ə göndərin.
65
Ba ta re ya h aq qı nd a mə lu ma t
Milli və beynəlxalq operator xərcləri əlavə ediləcəkdir. Siz kodunuzun doğruluğunu təyin edə biləcək mesaj
almalısınız.
Batareyanız orijinal deyilsə?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. Istehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.
66
Ak se su ar la r

7. Aksesuarlar

Aksessuarlarla bağlı bir neçə praktiki qaydalar:
Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə
saxlayın.
Hər hansı aksesuarın güc şnurunu ayırırkən, şnurdan
deyil ştepseldən yapışın.
Avtomobildə quraşdırılmış aksesuarların düzgün
quraşdırılmasını və işləməsini mütəmadi olaraq yoxlayın.
Mürəkkəb avtomobil aksesuarları professional personal
tərəfindən quraşdırılmalıdır.
67

Ba xı m ve t ex ni ki q ul lu q

Baxım ve texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ
mayelər və ya nəmliklərin tərkibində minerallar ola bilər. Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız nəm olmuşdursa batareyanı çıxarın və onu təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət
edən hissələri və elektron komponentləri zədələnə bilər.
Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron
cihazların istehlak müddətini qısalda, batareyanı zədələyə və müəyyən plastikları əyə və ya əridə bilər.
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə
qayıtdıqda onun içərisindəki nəmlik əmələ gələ və elektron sxemləri zədələyə bilər.
Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
68
Ba xı m ve t ex ni ki q ul lu q
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin.
Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları,
təmizləyici həllediciləri və ya güclü tozları istifadə etməyin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya
bilər və müvafiq əmələyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenaları istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xıdmət şəbəkəsinə aparın.
69

Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t

Təhlükəsizliklə bağlı əlavə məlumat
Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
 İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı söndürün. Cihazı yalniz normal iş vəziyyətində istifadə edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 2.2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda
70
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
 Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Tibb müəssisələrində tələb olunduqda telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlığı istifadə edə bilər.
71
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 düym) məsafə saxlanılmalıdır. Bu tövsiyyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:
həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 düym)
aralı saxlamalıdırlar
Cihazı döş cibində daşımayın
müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün
cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralandırın.
Qulaq aparatları
Müəyyən qulaq aparatları müəyyən rəqəmli simsiz cihazlara müdaxilə edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
72
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi ilə təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava kisəsinin olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində
73
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
simsiz avadanlığın düzgün quraşdırılmaması və hava kisəsinin şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
 Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazı adətən avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyyə edilər ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazılərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasada çox vaxt aşkar qeyd edilirlər. Bu qeydlər gəmilərin aşağı
74
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
göyərtələrində, kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda, mayeləşdirilmiş neft qazını (propan və butan kimi) istifadə edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə göstərilir.
 Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
75
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və başlanğıc vəziyyətə qayıtmaq üçün
son düyməsini tələb olunan qədər basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın. Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən
əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Cihaz avtonom və ya uçuş rejimində olduqda təcili zəngdən əvvəl telefonu işə salmaq üçün həmin prifillər dəyişdirilməlidir. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
76
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
 Sertifikatlaşdırma məlumatı (SAR)
BU MOBIL QURĞU RADIODALĞALARIN TƏSIRI HAQDA RƏHBƏR TƏLIMAT TƏLƏBLƏRINI ÖDƏYIR.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimat müstəqil elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşından, sağlamlığından asılı olmayaraq, bütün şəxslərin müdafiəsini təmin edəcək təhlükəsizlik həddini nəzərə alır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD
üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri
77
Tə hl ük əs iz li kl ə ba ğl ı əl av ə mə lu ma t
ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0.68 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca www.nokia.com saytında verilə bilər.
Loading...