Nokia C2-00 User's Guide [az]

Nokia C2-00 İstifadəçi təlimatı
Məsələ 1.1
2 Mündəricat

Mündəricat

Təhlükəsizlik 4
Telefonunuz haqqında qısaca 5
İki SİM kartlı telefonunuz 5 Düymələr və hissələr 5
Cihazın işə salınması 6
Əsas istifadə 12
Dəstək 12 Giriş kodları 13 Hansı SIM kartdan istifadə etməyi seçin 13 Düymələri kilidləmək 14 Kontaktları və ya şəkilləri köhnə telefondan nüsxələmək 14 Telefonunuzdan SIM kartsız istifadə etmək 15
Zənglər 15
Zəng etmək 15 Buraxılmış zənglərə baxmaq 15 Son yığılmış nömrəyə zəng etmək 16 Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək 16
Kontaktlar 16
Ad və telefon nömrəsini saxlayın 16 Sürətli yığımdan istifadə 17 Əlaqə məlumatınızı göndərmək 17
Mətn yazılması 18
Mətn daxiletmə rejimləri arasında keçid 18 Ənənəvi mətn daxiletməsi ilə yazmaq 18 Proqnozlu mətn daxil edilməsindən istifadə 19
Mesajlaşma 19
Mesaj göndərmək 19 Qoşmanı saxlamaq 20 Multimedia mesajı əldə et 20 Səs mesajlarına dinləmək 21 Audio mesajı göndərmək 21
Bağlantı 22
Bluetooth 22 USB məlumat kabeli 24
Saat 24
Vaxtı və tarixi dəyişmək 24 Zəngli saat 25
şəkillər və videolar 25
Şəkil çekmək 25 Video çəkilişi 26 Şəkli yaxud videonu göndərmək 26 Faylları qaydaya salmaq 26
Musiqi və audio 27
Media pleyer 27 FM radio 28
İnternet 30
Veb-brauzer haqqında 30 İnternetdə naviqasiya 30 Brauzerin tarixçəsini silmək 30
Telefonun idarə edilməsi 31
Telefonunuzun proqram təminatını yeniləyin 31 Kompüterlə telefonunuzun proqram təminatını yeniləyin 32
İlkin parametrlərin bərpası 32 Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın. 32
Ətraf mühiti qoruyun 33
Enerjiyə qənaət 33 Tullantıların təkrar istifadəsi 33
Məhsul və təhlükəsizlik üzrə məlumat 34
Mündəricat 3
4 Təhlükəsizlik

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri­qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DiGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksessuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.

CİHAZINIZI QURU SAXLAYIN

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

EŞiTMƏ QABiLiYYƏTiNiZi QORUYUN

Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.
Telefonunuz haqqında qısaca 5

Telefonunuz haqqında qısaca

İki SİM kartlı telefonunuz Siz iki SIM kart daxil edə bilərsiniz.
İki SİM kartlı telefonunu bəzi üstünlükləri
Müxtəlif xidmət təchizatçılarının xidmətlərindən istifadə edərkən qənaət edə bilərsiniz.
Bir telefon nömrəsini fərdi zənglər üçün, obirisini isə iş üçün istifadə edin, ancaq bir telefon içində.
Xidmət təchizatçıları arasında şəbəkənin əhatə dairəsi dəyişmələrindən çəkinin.
Cihaz istifadədə olmadıqda hər iki SIM kart eyni vaxtda mümkün olur, lakin SIM kartın biri aktiv olduqda, məsələn, zəng etmək üçün, digər kartdan istifadə mümkün olmur.
Yalnız bir SIM kartınız varsa, onu SIM1 kart yerinə daxil edin. Bəzi xüsusiyyətlər və xidmətlər yalnız SIM1 saxlayıcısındakı SIM kartdan istifadə etdikdə mövcud ola bilər. Yalnız SIM2 saxlayıcısında SIM kart varsa, siz yalnız fövqəladə zənglər edə bilərsiniz.
GPRS bağlantısını arxa planda açmaq mümkün deyil. Proqram GPRS bağlantısından istifadə edirsə və siz iş masasına geri qayıdırsınızsa və ya başqa bir proqrama, menyuya və ya digər görünüşə keçirsinizsə, bağlantı avtomatik bağlanır.

Düymələr və hissələr

1 Qulaqlıq birləşdiricisi/Nokia AV konnektoru (3,5 mm) 2 Qulaqlıq 3 Ekran 4 Seçim düymələri 5 Navi™ düyməsi (seçim düyməsi) 6 Zəng düyməsi 7 Tamamlama/işəsalma düyməsi
6 Cihazın işə salınması
8 Klaviatura
9 Adapter birləşdiricisi 10 Mikro USB konnektor 11 SIM kartın oyuğu (SIM 2) 12 Dinamik 13 Kamera linzaları 14 Mikrofon

Cihazın işə salınması

SIM kart və batareyanın daxiledilməsi

Mühüm: Mikro-SIM kart kimi tanınan mini-UICC SIM kartını, mikro-SIM kartını adapter ilə və ya bu cihazda mini-UICC qoruyucusu (şəklə baxın) olan SIM kart ilə istifadə etməyin. Mikro SIM kart standart SIM kartdan kiçikdir. Bu cihaz mikro-SIM kartlardan istifadəni dəstəkləmir və uyğun olmayan SIM kartlardan istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
Bu telefon BL-5C batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.
Əgər sizin yalnız bir SIM kartınız varsa, kartı daxili SIM kart saxlayıcısına daxil edin.
1 Barmağınızı cihazın aşağı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla
qaldırıb çıxardın (1).
2 Əgər batareya daxildədirsə, onu qaldırın (2).
Cihazın işə salınması 7
3 SIM kart saxlayıcısını açın (3) və SIM kartı daxil edin və ya çıxarın (4 və ya 5).
Kartın kontakt sahəsi üzüaşağı olmalıdır.
4 Batareyanın kontaktlarını batareya yeri ilə bir xətt üzrə düzün və batareyanı daxil
edin (6). Arxa örtüyü dəyişmək üçün yuxarı kilidləri onların oyuqlarına yönəldib (7) örtük yerini tutana qədər onların üzərinə basın (8).
8 Cihazın işə salınması
İkinci SIM kart daxil edin. İkinci SİM kartınız var, lakin başlıca SİM kartdan istifadə etmək istəyirsiniz? Telefonu
söndürmədən ikinci SİM kartı çıxara və ya yerinə taxa bilərsiniz.
1
kimi qeyd edilmiş xarici SIM kart slotunun (1, 2) qapağını açın.
2 SIM kartın kontakt tərəfinin üzü aşağı olduğunu yoxlayın və kartı daxil edin (3).
Kartı yerinə oturana kimi onu içəri salın. Qapağı bağlayın (4).
Cihazın işə salınması 9
İkinci SIM kartın çıxardılması
Yaddaş kartını daxil edin Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir.
1 Arxa örtüyü kənarlaşdırın. 2 Kartın kontakt sahəsi üzüaşağı olmalıdır. Kartı yerinə oturana kimi onu içəri salın. 3 Arxa qapağı yerinə taxın.
10 Cihazın işə salınması
Yaddaş kartını çıxardın
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Telefonu söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.
1 Arxa örtüyü kənarlaşdırın. 2 Kartı çıxana kimi içəri itələyin və kartı çıxardın. 3 Arxa qapağı yerinə taxın.
Batareyanın doldurulması Batareyanız zavodda qismən doldurulmuşdur, lakin telefonunuzu ilk dəfə
yandırmazdan əvvəl onu yenidən dordurmağınız lazım gələ bilər. Telefon aşağı yükləəmə dərəcəsini göstərirsə, aşağıdakını edin:
1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun. 2 Adapteri telefona qoşun. 3 Telefon tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar
rozetkasından ayırın.
Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz telefondan yükləndiyi zaman istifadə edə bilərsiniz.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Cihazın işə salınması 11
Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.
Telefonu yandır və ya söndür Enerji düyməsinə basın və saxlayın
.
Siz xidmət təminatçısından konfiqurasiya parametrlərini almaq üçün dəvət oluna bilərsiniz. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

GSM antenna

Şəkil boz rəngdə işarələnmiş GSM antennanın sahəsini göstərir.
Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsi batareyanın ömrünü azalda bilər.

Qulaqlığı qoşmaq

12 Əsas istifadə
Siqnal yaradan məhsulları qoşmayın, bu cihazınıza zərər verə bilər. Heç bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın. Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.

Qayışı qoşmaq

Qayışları ayrı da satılır.

Əsas istifadə

Dəstək Məhsulunuzdan necə istifadə etməyi öyrənmək istəyirsinizsə və ya telefonun necə
çalışdığı haqda əmin deyilsinizsə, istifadəçi təlimatlarını tamamilə oxuyun.
Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:
Telefonunuzu yenidən başlatmaq. Telefonu söndürün və batareyanı çıxardın.
Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib telefonu yandırın.
Telefonunuzun proqram təminatını yeniləyin
İstehsalçının parametrlərini bərpa edin
Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Daxil olun www.nokia.com/repair. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefondakı məlumatlarınızın nüsxəsini çıxardın.

Giriş kodları

Menyu > Parametrlər > Təhlükə/-sizlik > Giriş kodları seçin.
Əsas istifadə 13
PI N və ya PIN2 k odu
(4-8 rəqəm)
Təhlükəsizlik kodu
(5-10 rəqəm)
Qadağa parolu
(4 rəqəm)
Bu SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya müəyyən funksiyalara daxil olmaq üçün tələb olunur.
Əgər kartla təmin olunmayıbsa və ya kodları unutmusunuzsa, xidmət təminatçınızla əlaqə saxlayın.
Telefonunuzu açdığınız zaman PIN kodun yığılmasını tələb edilməsini qura bilərsiniz.
Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz, PUK və ya PUK2 kodu ilə kodun kilidini açmanız tələb olunacaq.
SIM kartınızın təhlükəsizlik modulundakı məlumata daxil olmaq üçün modul PIN kodu tələb olunur. Rəqəmsal imza üçün PIN imzası tələb oluna bilər.
Bu sizin telefonunuzu icazəsiz istifadədən qoruyur.
Telefonunuzun müəyyənləşdirdiyiniz təhlükəsizlik kodunu istəməsini təyin edə bilərsiniz. Standart təhlükəsizlik kodu 12345-dir.
Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın.
Kodunuzu yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə, ona xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər.
Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.
Bu zəng qadağası xidmətləri üçün tələb olunur.
Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Hansı SIM kartdan istifadə etməyi seçin Siz çıxan zənglər və ya mesajlar üçün hansı SIM kartdan istifadə etməyi seçə bilərsiniz.
SIM kartlarınızı adlandırsanız, baxdıqda, məsələn, hansının iş və hansının şəxsi istifadə üçün olduğunu fərqləndirə bilərsiniz.
Menyu > Parametrlər > SIM meneceri seçin.
14 Əsas istifadə
SIM1 və ya SIM2 seçin. Üstün tutulan SIM kart standart olaraq bütün çıxan rabitə,
məsələn, zənglər və mesajlar üçün istifadə olunacaq.
SIM kartın seçilməsinə əvvəlcədən dəvət edilmək üçün, məsələn, zəng etmək və ya mətn mesajı göndərmək üçün Hər dəfə soruş seçin.
SIM kartın adının dəyişdirilməsi
Seçiml. > Adını dəyişdir seçin.
İşarə:İş masasında SIM meneceri açmaq üçün * basıb saxlayın.
Düymələri kilidləmək Telefon cibinizdə və ya çantanızda olarkən təsadüfi zənglərin edilməməsi üçün
düymələri kilidləyin.
Menyu seçin və daha sonra * basın.
Düymələrin kilidini açmaq
Kilidi aç seçin və * basın.
Düymələrin avtomatik kilidlənməsini qurmaq 1 Menyu > ParametrlərCihaz > Avtomatik klaviatura kilidi > Aktivləşdir seçin.
2 Düymələrin avtomatik kilidlənməsi üçün vaxt müddətini təyin edin.
Kontaktları və ya şəkilləri köhnə telefondan nüsxələmək Əvvəlki Nokia telefonuzdan məzmununuzu nüsxələmək və yenitelefonuzu tez istifadə
etməyə başlamaq istəyirsiniz? Kontaktları, təqvim qeydlərini və şəkilləri yeni telefonunuza pulsuz köçürə bilərsiniz.
1 Hər iki telefonda Bluetooth-u aktiv edin.
Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > BluetoothYandır seçin.
Zənglər 15
2 Menyu > Parametrlər > Sinx. və rezerv nüs. seçin. 3 Telefon dəyişdirici > Buraya sur. çıx. seçin. 4 Nüsxələnəcək məzmunu və Bitti seçin. 5 Əvvəlki telefonuzu siyahıdan seçin. 6 Əgər digər telefon keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki telefonda daxil olunmalıdır. Bəzi telefonda keçid kodu sabitdir. Ətraflı məlumat üçün digər telefonun istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
7 Lazım olarsa, qoşulma və nüsxələmə sorğularına icazə verin.
Telefonunuzdan SIM kartsız istifadə etmək Sizin uşaqlarınız telefonunuzla oynamaq istəyir, lakin siz onların təsadüfən zəng
etməsini istəmirsiniz? Telefonunuzun oyunlar və təqvim kimi bəzi xüsusiyyətlərindən SIM kartı daxil etmədən istifadə etmək olar. Menyuda sönük görünən bəzi funksiyalar istifadə edilə bilməz.

Zənglər

Zəng etmək 1 İş masasında telefon nömrəsini daxil edin.
Nömrəni silmək üçün Sil seçin. Beynəlxalq zənglər üçün + simvolus (beynəlxalq giriş kodunu əvəz edir) üçün iki
dəfə * seçin və ölkə kodunu, ərazi kodunu (lazım olduqu halda önündə 0 olmadan)
və telefon nömrəsini daxil edin. 2 Zəng düyməsini basın. 3 Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin. 4 Zəngi bitirmək üçün tamamlama düyməsini basın.
Zəng qəbul etdiyinizsə, istifadədə olan SIM kart göstərilir.
Buraxılmış zənglərə baxmaq Buraxılmış zəngin kimin etdiyini görmək istəyirsiniz?
İş masasında Göstər seçin. Zəngedənin adı kontakt siyahısında saxlanılıbsa, o ekranda göstərilir.
Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.
Kontakta yaxud nömrəyə təkrar zəng Kontaktı və ya nömrəni seçin və zəng düyməsini basın.
16 Kontaktlar
Buraxılmış zənglərə sonradan baxmaq
Menyu > JurnalCavabsız zənglər seçin.
Son yığılmış nömrəyə zəng etmək Zəng etdiyiniz şəxs zənginizə cavab vermir? Zəngi təkrarlamaq asandır.
1 İş masasında zəng düyməsini basın. 2 Nömrəyə keçin və zəng düyməsini basın.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək Zəngə cavab verə biilmədikdə, onları yönləndirə bilərsiniz.
Zəngin yönləndirilməsi şəbəkə xidmətidir.
1 Menyu > Parametrlər > Zəng > Zəng yönəltmə seçin. 2 İstifadə ediləcək SIM kartı seçin. 3 Daxil olan zənglərin nə vaxt yönləndirilməsini seçin:
Bütün səsli zənglər — Daxil olan bütün səs zənglərini yönləndir. Məşğuldursa — Məşğul olduqda səs zənglərini yönləndir. Cavab vermirsə — Yalnız cavab verilmədikdə səs zənglərini yönləndir. Şəb. xaric. olduqda — Telefon söndürüldükdə və ya müəyyən müddət üçün
şəbəkənin əhatə dairəsində olmadıqda səs zənglərini yönləndir. Zəng çatmırsa — Cavab verilmədikdə və ya telefon məşğul olduqda və ya
söndürüldükdə və ya şəbəkənin əhatə dairəsində olmadıqda, səs zənglərini
yönləndir. 4 Aktivləşdir > Səs poçt qutusuna və ya Başqa nömrəyə seçin. 5 Cavab vermirsə və ya Zəng çatmırsa seçilibsə, zəngin hansı vaxtdan sonra
yönləndirilməli olduğunu seçin.

Kontaktlar

Ad və telefon nömrəsini saxlayın

Menyu > Kontaktlar seç.
Yenisini əlavə et seçin və telefon nömrəsini daxil edin.
Dəvət edildikdə, kontaktı harada saxlayacağınızı seçin.
Kontaktlar 17
Kontaktın təfsilatlarını əlavə və ya redaktə etmək 1 Adlar və kontaktı seçin.
2 Seçiml. > Detal əlavə et seçin.
İşarə:Kontakta zəng tonunu və ya şəkli əlavə etmək üçün kontaktı və Seçiml. > Detal
əlavə et > Multimedia seçin.
Sürətli yığımdan istifadə Ən çox istifadə etdiyiniz telefon nömrələrini telefonunuzun rəqəm düymələrinə təyin
etdiyiniz zaman dostlarınıza və ailənizə tez zəng edə bilərsiniz.
Siz yalnız telefonunuzda və ya daxili SIM kart saxlayıcısında olan SIM kartda saxlanmış kontaktlar üçün sürətli yığımdan istifadə edə bilərsiniz.
Menyu > Kontaktlar > Daha artıq > Tez zənglər seçin.
Telefon nömrəni rəqəm düyməsinə təyin etmək 1 Rəqəm düyməsinə keçin və Təyin et seçin. 1 səs poçtunun qutusu üçün saxlanılıb.
2 Nömrəni daxil edin yaxud kontaktı axtarın.
Rəqəm düyməsinə təyin olunmuş telefon nömrəsini silmək və ya dəyişmək Rəqəm düyməsinə keçin və Seçiml. > Sil yaxud Dəyiş seçin.
Zəng etmək İş masasında istədiyiniz rəqəm düyməsini basıb saxlayın.
Sürətli yığımı söndürmək
Menyu > ParametrlərZəng > Tez zəng > Söndür seçin.
Əlaqə məlumatınızı göndərmək Bir az əvvəl tanış olduğunuz şəxsə telefon nömrənizi yaxud poçt ünvanınızı göndərmək
istəyirsiniz? Öz əlaqə məlumatınızı kontaktlar siyahınıza əlavə edin və həmin şəxsə vizitkanızı göndərin.
Menyu > KontaktlarAdlar seçin.
1 Daxilində məlumatınız olan kontaktlar siyahısının elementinə keçin. 2 Seçiml. > Daha artıq > Vizit kartı və göndərmə növünü seçin.
Qəbul olunmuş vizitkanı saxlamaq Seçin Göstər > Saxla.
18 Mətn yazılması

Mətn yazılması

Mətn daxiletmə rejimləri arasında keçid Mətn yazarkən, siz ənənəvi bilərsiniz.
, , və hərif sətirlərini göstərir. rəqəm rejiminin aktivləşdirildiyini göstərir.
Sadələşdirilmiş mətn daxiledilmə müvqesini aktiv və ya deaktiv etmək Seçin Seçiml. > Təyinedilmə > Qab. xbərv. yanır yaxud Proqnoz ləğv ed.. Bütün dillər
proqnozlaşdırılmış mətn daxiletmə ilə dəstəklənmir.
İşarə registrları arasında keçid Basın #.
Rəqəm rejiminin kilidini aktivləşdirmək Basıb saxlayın #, və seçin Nömrə rejimi. Məktub rejimə qayıtmaq üçün basıb saxlayın
#.
İşarə:Fərdi rəqəmi cəld daxil etmək üçün müvafiq rəqəm düyməsini basıb saxlayın.
Yazı dilini təyin etmək
Seçiml. > Yazı dili seçin.
İşarə:Rəqəm rejimini aktivləşdirmək, proqnozlu mətn daxiletmə rejimini aktivləşdirmək və qeyri-aktiv etmək və ya yazı dilini seçmək üçün # basıb saxlayın və müvafiq seçimi edin.
Ənənəvi mətn daxiletməsi ilə yazmaq 1 Arzu edilən simvol görünənə kimi rəqəm düyməsini (2-9) davamlı basın. 2 Növbəti simvolu daxil etmək. Eyni düymədə yerləşirsə, kursor görünənə kimi
gözləyin və ya kursoru hərəkət etdirin.
Mümkün simvollar seçilmiş yazı dilindən asılıdır.
Kursorun yerini dəyişmək Sola və ya sağa sürüşdürün.
Ümumi durğu işarələrini daxil etmək Davamlı olaraq 1 düyməsini basın.
və ya proqnozlu mətn daxiletməsindən istifadə edə
Mesajlaşma 19
Xüsusi simvol daxil etmək * basın və arzu edilən simvolu seçin.
Boşluq daxil etmək 0 düyməsini basın.
Proqnozlu mətn daxil edilməsindən istifadə Proqnozlu mətn daxiletməsi ilə yazmaq
Daxilə yerləşdirilmiş lüğət rəqəm düymələrini basdıqda sözlər təklif edir.
1 Hər bir simvol üçün hər düyməni (2-9) bir dəfə basın. 2 Davamlı olaraq * düyməsini basın və siyahıdan arzu olunan sözü seçin. 3 Sözü təsdiq etmək üçün kursoru irəli aparın.
Lüğətə olmayan sözü əlavə etmək Proqnozlu mətn daxiletməsindən istifadə edərək söz daxil etdiyinizdə ? göstərilərsə,
yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Siz onu lüğətə əlavə edə bilərsiniz.
1 Hərfbəh. seçin. 2 Ənənəvi mətn daxiletmədən istifadə edərək sözü yazın. 3 Saxla seçin.
Mürəkkəb söz yazmaq 1 Sözün birinci hissəsini yazın. Sözü təsdiq etmək üçün kursoru irəli aparın. 2 Sözün ikinci hissəsini yazın və yenidən təsdiq edin.

Mesajlaşma

Mesaj göndərmək Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə əlaqə saxlayın. Siz
şəkillərinizi, videolarınızı və vizitkalarınızı mesajınıza qoşa bilərsiniz.
Menyu > Mesajlar seçin.
1 Mesaj yarat seçin. 2 Mesajınızı yazın. 3 Qoşmanı əlavə etmək üçün Seçiml. > Obyekti yerl-dir seçin. 4 Göndər seçin. 5 Telefon nömrəsini və ya poçt ünvanını adi şəkildə daxil etmək üçün Nöm. ya e-poçt
seçin. Telefon nömrəsini daxil edin yaxud El. poçt seçib poçt ünvanını daxil edin.
20 Mesajlaşma
Qəbuledəni və ya kontakt qrupunu seçmək üçün Kontaktlar və ya Kont. qrupları
seçin. 6 Göndər seçin.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
İşarə:Xüsusi simvolu və ya emosiya işarəsini daxil etmək üçün Seçiml. > Simvolu daxil
et seçin.
Mesajı qoşma ilə göndərmək adi mətn mesajının göndərilməsindən daha baha ola bilər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər.
Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.
Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.
Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.
Qoşmanı saxlamaq Siz multimediadan və poçt mesajlarından qoşmaları telefonunuzda saxlaya bilərsiniz.
Menyu > Mesajlar seçin.
Qoşmanı saxlamaq 1 Mesajı açın.
2 Seçiml. > Məzmunu göstər seçin. 3 İstədiyiniz faylı və Seçiml. > Saxla seçin.
Poçt qoşmasını saxlamaq 1 Poçtu açın.
2 Qoşmanı seçin. 3 Saxla seçin.
Şəkillər və videolar burada saxlanılır Qalereya.
Multimedia mesajı əldə et Daxil şəbəkədə olanda sizin telefon avtomatik olaraq multimedia mesajlarını qəbul edir.
Mesajlaşma 21
İşarə:Ev şəbəkənizin xaricində multimedia mesajlarının göndərilməsi baha ola bilər. Pulu qənaətlə xərcləmək məqsədilə siz telefonunuza multimedia mesajların avtomatik yüklənilməsini dayandıra bilərsiniz. Qiymətlər haqqında əlavə məlumat üçün şəbəkə xidmət təminatçınız ilə əlaqə saxlayın.
Multimedia mesajın yüklənilməsi üçün parametrləri dəyişdir 1 Menyu > Mesajlar > Daha artıq > Mesaj parametrləri > Multimedia msjlar seçin.
2 SIM1 və ya SIM2 seçin. 3 MMS qəbulu və aşağıdakılardan seçin:
Avtomatik — Multimedia mesajlar həməşə avtomatik olaraq yüklənilir. Ev şbk.-də avt. — Daxil şəbəkədə olanda multimedia mesajlar avtomatik olaraq
yüklənilir. Bu opsiya standart olaraq aktivləşdirilib. Əllə — Mesajlaşma mərkəzinizdən aldığınız multimedia mesajları haqqında
bildirişləri əldə edirsinis və multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə də bilərsiniz.
Söndür — Multimedia mesajın yüklənilməsi söndürülüb. Multimedia mesajlar haqqında bildirişləri əldə etməyin.
Bunu seçsəniz MMS qəbulu > Əllə, multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə bilərsiniz.
Multimedia mesajı qeyri-avtomatik qaydada yüklə 1 Menyu > Mesajlar > Gələnlər seçin.
2 Multimedia mesajı açın və Gətir seçin. Multimedia mesajı teefonuza yüklənib.
Səs mesajlarına dinləmək Cavab verə bilmədiyiniz zaman siz zəngləri səs poçtu qutunuza yönəldə və mesajlara
sonradan dinləyə bilərsiniz.
Sizə səsli poçt qutusu abunəliyi lazım gələ bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.
Siz səsli poçt qutusundan yalnız daxili SIM kart saxlayıcısında olan SIM kart ilə istifadə edə bilərsiniz.
1 Menyu > Mesajlar > Daha artıq > Səsli mesajlarSəsli poçtun nömrəsi seçin. 2 Səs poçtu qutunuzun nömrəsini daxil edib OK seçin. 3 İş masasında səsli poçt qutunuza zəng etmək üçün 1 basıb saxlayın. Xəbərdar
olunanda arzu edilən SİM kartı seçin.
Audio mesajı göndərmək Mətn mesajını yazmağa vaxtınız yoxdur? Əvəzində audio mesajı yazıb göndərin.
22 Bağlantı
Menyu > Mesajlar seçin.
1 Daha artıq > Digər mesajlar > Audio mesaj seçin. 2 Mesajı yazmaq üçün
3 Çəkilişi dayandırmaq üçün 4 Göndər və kontaktı seçin.
seçin.
seçin.

Bağlantı

Bluetooth Bluetooth bağlantısı haqqında
Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth seçin.
Telefonlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi digər uyğun cihazlarla simsiz şəkildə qoşula bilərsiniz.
Siz bu bağlantıdan telefonunuzdan elementləri göndərmək, uyğun kompüterdən faylları köçürmək və uyğun printerlə faylları çap etmək üçün istifadə edə bilərsiniz.
Bluetooth simsiz texnologiyası olan cihazları radio dalğalardan istifadə edərək rabitə yaratdığından, birbaşa görünüş sahəsində olmağa ehtiyac yoxdur. Buna baxmayaq, onlar bir-birindən 10 (33 fut) məsafədə olmalıdır, lakin bağlantıya divar və ya digər elektron cihazların mane olması mümkündür.
Telefonunuz kilidləndikdə yalnız Təsdiqsiz avto-qoşulma olaraq təyin edilmiş cütləşmiş cihaza qoşulmaq mümkündür.
Simsiz qulaqlıqla qoşulma Zəng zamanı kompüterinizdəki işinizi davam etmək istəyirsiniz? Simsiz qulaqlıqdan
istifadə edin. Siz telefonunuzu hətta əlinizdə saxlaya bilmədiyiniz halda belə zəngə cavab verə bilərsiniz.
Bağlantı 23
1 Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > BluetoothBluetooth > Yandır
seçin. 2 Qulaqlığı işə salın. 3 Telefonunuzu və qulaqlığı cütləşdirmək üçün Audio aksessuarlara qoş seçin. 4 Qulaqlığı seçin. 5 Keçid kodunu daxil etməyə lazım ola bilər. Ətraflı məlumat üçün qulaqlığın
istifadəçi təlimatına baxın.
Bluetooth-dan istifadə edərək şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək Şəkilləri, videoları, vizitkaları və yaratdığınız digər məzmunu kompüterinizə və ya
dostunuzun uyğun telefonuna və ya cihazına göndərmək üçün Bluetooth-dan istifadə edin.
1 Göndərmək istədiyiniz elementi seçin. 2 Seçiml. > Göndər > Bluetooth ilə seçin. 3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq
üçün Yeni axtarış seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir. 4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
Mövcud seçimlər fərqlənə bilər.
Cütləşmiş cihaza avtomatik qoşulma Siz telefonunuzu mütəmadi olaraq avtomobil qarnituru, qulaqlıq yaxud kompüteriniz
kimi digər Bluetooth cihazına qoşursunuz? Siz telefonunuzu avtomatik qoşulma üçün qura bilərsiniz.
Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > BluetoothCütlənmiş qurğular seçin.
1 Avtomatik qoşulma üçün telefonu seçin. 2 Seçiml. > Parametrlər > Təsdiqsiz avto-qoşulma > Bəli seçin.
Telefonunuzu qoruyun Bluetooth-dan istifadə etdiyiniz zaman telefonunuzun kimin görməsini qurmaq
istəyirsiniz? Siz telefonunuzun kim tərəfindən tapılmasını və ona qoşulmanı nəzarətdə saxlaya bilərsiniz.
Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth seç.
24 Saat
Telefonunuzun aşkarlanmasının qarşısını almaq
Cihazımın görsənməsi > Gizlidir seç.
Telefonunuzun gizli olduğu zaman digərləri onu aşkarlaya bilməz. Lakin cütləşmiş cihazlar telefonunuza hələ də qoşula bilər.
Bluetooth-u deaktiv etmək
Bluetooth > Söndür seç.
Naməlum cihazla cütləşməyin və onun bağlantı sorğularını qəbul etməyin. Bununla siz telefonunuzu zərərli məzmundan qoruyursunuz.
USB məlumat kabeli Şəkli telefonunuz və kompüter arasında köçürmək
Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu telefonunuz və uyğun kompüter arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.
1 Telefonunuzu kompüterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin. 2 Aşağıdakı rejimlərdən seçin:
Nokia Ovi Suite — Nokia Ovi Suite kompüterinizdə quraşdırılıb. Mlmt saxlama — Nokia Ovi Suite kompüterinizdə quraşdırılmayıb. Telefon
kompüterinizdə portativ cihaz kimi görünür. Telefonunuzu başqa cihazlara, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.
3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kontaktlarınızı, musiqi fayllarınızı və ya şəkilləri köçürmək üçün Nokia Ovi Suite­dən istifadə edin.
Siz Nokia Ovi Suite-dan yalnız daxili SIM kart saxlayıcısında olan SIM kart ilə istifadə edə bilərsiniz.

Saat

Vaxtı və tarixi dəyişmək

Menyu > ParametrlərVaxt və tarix seçin.
Səyahətdə saat qurşağını dəyişmək 1Seçin Vaxt və tarix parametrləri > Vaxt zonası:.
2 Yerinizin saat qurşağını seçmək üçün sola və ya sağa diyirləyin. 3 Saxla seçin.
şəkillər və videolar 25
Vaxt və tarix saat qurşağına uyğun olaraq qurulur. Bu, telefonunuzun ekranında qəbul olunan mətn və multimedia mesajlarının göndərilmə vaxtının düzgün göstərilməsini təmin edir.
Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrinviç, London (BK)-dən qərbə.
Zəngli saat Zəngli saatı istədiyiniz vaxta qura bilərsiniz.
Zəngli saatı qurmaq 1 Menyu > Proqramlar > Zəngli saat seçin.
2 Zəngli saatı aktivləşdirmək üçün sola yaxud sağa diyirləyin. 3 Zəngli saatın vaxtını daxil etmək üçün yuxarı sürüşdürün. 4 Həftənin seçilmiş günlərində zəngi təkrarlamaq üçün Təkrarlanma günləri, daxil
olun və həftənin arzuedilən günlərini qeyd edin. 5 Zəngli saat səsini seçmək üçün Siqnal tonu daxil olun və sola və ya sağa çevirin.
Əgər siz radionu zəngli saat kimi seçsəniz, telefona qulaqlığı qoşun. 6 Mürgüləmə fasiləsinin müddətini qurmaq üçün Mürgüləmə fasiləsi daxil olun və
arzu edilən vaxtı seçin. 7 Saxla seçin.
Zəngli saatı dayandırmaq
Dayan seçin. Əgər zəngli saat bir dəqiqə ərzində səslənərsə və ya Mürgülə seçilərsə,
bu halda zəngli saat müvəqqəti dayanaraq mürgüləmə rejiminə keçir və sonra yenidən işə düşür.

şəkillər və videolar

Şəkil çekmək 1 Menyu > Şəkillər > Fotoaparat seçin. 2 Miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı diyirləyin. 3 Çək seçin.
Şəkillər Menyu > Şəkillər > Şəkillərim daxilində saxlanılır.
Kameranı bağlamaq Bitirmə düyməsini basın.
26 şəkillər və videolar
Video çəkilişi Telefonuzla şəkil çəkməkdən başqa siz həmçinin xüsusi anlarınızı video kimi çəkə
bilərsiniz.
Menyu > Şəkillər > Video kamera seçin.
1 Şəkil rejimindən video rejiminə keçmək üçün lazım olarsa Seçiml. > Video kamera
seçin.
2 Çəkilişə başlamaq üçün Yaz seçin.
Miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı diyirləyin.
3 Yazılışı dayandırmaq üçün Dayan seçin.
Videolar burada saxlanılır Menyu > Şəkillər > Videolarım.
Kameranı bağlamaq Bitirmə düyməsini basın.
Şəkli yaxud videonu göndərmək Şəkillərinizi və videolarınızı dostlarınız və ailənizlə paylaşmaq istəyirsiniz? Multimedia
mesajı və ya Bluetooth-dan istifadə edərək şəkil göndərmək.
Seçin Menyu > Şəkillər.
Şəkil göndərmək 1 Daxilində şəkil olan qovluğu seçin.
2 Göndərəcəyiniz şəkli seçin.
Bir neçə şəkil göndərmək üçün Seçiml. > Qeyd et seçin və arzu edilən şəkilləri qeyd edin.
3 Seçiml. > Göndər və ya İşarəl. göndər və istədiyiniz göndərilmə üslubunu seçin.
Video göndərmək 1 Daxilində video olan qovluğu seçin.
2 Seçiml. > Qeyd et seçin və videonu nişanlayın. Siz göndəriləcək bir neçə videonu
nişanlaya bilərsiniz.
3 Seçiml. > İşarəl. göndər və istədiyiniz göndərilmə üslubunu seçin.
Faylları qaydaya salmaq Siz faylları və qovluqları köçürə, nüsxələyə, silə və ya telefon yaddaşında və ya yaddaş
kartında yeni qovluqlar yarada bilərsiniz. Əgər siz fayllarınızı öz qovluqlarında qaydaya salsanız, siz onları gələcəkdə asanlıqla tapa biləcəksiniz.
Menyu > Proqramlar > Qalereya seç.
Musiqi və audio 27
Yeni qovluğu yaratmaq Daxilində altqovluğu yaratmaq istədiyiniz qovluqda Seçiml. > Qovluq əlavə et seçin.
Faylı nüsxələmək və ya qovluğa köçürmək Fayla keçin, Seçiml. > Sur. çıx. yaxud Köçür seçin və hədəf qovluğu seçin.
İşarə:Siz Qalereya vasitəsilə həmçinin musiqi və videoları səslədə və göstərə yaxud şəkillərə baxa bilərsiniz.

Musiqi və audio

Media pleyer Mahnını səsləndirmək
Telefonunun yaddaşında və ya yaddaş kartında saxlanılan musiqini səsləndirin.
Menyu > Musiqi > MusiqimBütün mahnılar seçin.
1 Mahnını seçin. 2 Çal seçin. 3 İfa etməyə fasilə vermək və ya başlamaq üçün keçid düyməsini basın.
Cari mahnının əvvəlinə keçmək Sola diyirləyin.
Əvvəlki mahnıya keçmək Sola iki dəfə diyirləyin.
Növbəti mahnıya keçin Sağa diyirləyin.
İrəliyə və ya geriyə sürətli keçid Keçid düyməsini sola ya sağa basaraq saxlayın.
Musiqi pleyerinin səsini söndürmək ya aktiv etmək # basın.
Musiqi pleyerini bağlamaq Bitirmə düyməsini basın.
Musiqi pleyerini arxa planda səsləndirmək üçün qurmaq
Seçiml. > Arxa fonda çal seçin.
28 Musiqi və audio
Musiqi pleyeri arxa planda səsləndiyi zaman bağlamaq Tamamlama düyməsini basıb saxlayın.
Videonu göstərmək Telefonun yaddaşında və ya yaddaş kartında saxlanılan videonu göstərin.
Menyu > Musiqi > MusiqimVideolar seçin.
1 Videonu seçin. 2 Çal seçin. 3 İfa etməyə fasilə vermək və ya başlamaq üçün keçid düyməsini basın.
İrəliyə və ya geriyə sürətli keçid Keçid düyməsini sola ya sağa basaraq saxlayın.
Media pleyerini bağlamaq Bitirmə düyməsini basın.
FM radio FM radiosu haqqında
Menyu > Musiqi > Radio seçin.
Siz telefonunuzda FM radio stansiyalarını dinləyə bilərsiniz - sadəcə qulaqlığı qoşub stansiyanı seçin!
Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.
Bluetooth qulaqlığı vasitəsilə radioya qulaq asmaq mümkün deyil.
Musiqi və audio 29
Radioya dinləmək Müvafiq qulaqlığı telefonunuza qoşun. Qulaqlıq antena kimi işləyir.
Menyu > Musiqi > Radio seçin.
Səs səviyyəsini dəyişmək Yuxarı ya aşağı diyirləyin.
Radionu bağlamaq Tamamlama düyməsini basıb saxlayın.
Radionu arxa planda səsləndirmək
Seçiml. > Arxa fonda çal seçin.
Radionu arxa planda səsləndiyi zaman bağlamaq Tamamlama düyməsini basıb saxlayın.
Radio stansiyalarını tapmaq və saxlamaq Sevimli radio stansiyalarını axtarın və saxlayın ki, onlara sonradan asanlıqla dinləyə
biləsiniz.
Seçin Menyu > Musiqi > Radio.
Növbəti mövcud stansiyanı axtarmaq Keçid düyməsini sola və ya sağa basaraq saxlayın.
Stansiyanı saxlamaq Seçin Seçiml. > Stansiyanı saxla.
Radio stansiyalarını avtomatik axtarmaq
Seçiml. > Büt. stans. axtar seçin. Ən yaxşı nəticələr üçün küçədə yaxud pəncərəyə
yaxın olduğunuz zaman axtarın.
Saxlanılmış stansiyaya keçid Sola və ya sağa sürüşdürün.
Stansiya adını dəyişmək 1Seçin Seçiml. > Stansiyalar.
2 Stansiyanı və Seçiml. > Adını dəyişdir seçin.
Daha yaxşı qəbula malik tezliyə avtomatik keçin 1 Seçiml. > Parametrlər > RDS > Aktivdir seçin.
30 İnternet
2 Seçiml. > Parametrlər > Avto-tezlik > Aktivdir seçin.
İşarə:Stansiyaya birbaşa saxlanılmış stansiyaların siyahısından daxil olmaq üçün stansiyanın nömrəsinə uyğun olan rəqəm düyməsinə basın.

İnternet

Veb-brauzer haqqında Seçin Menyu > İnternet.
Siz telefonunuzun veb-brauzerindən İnternetdə veb-səhifələrə baxa bilərsiniz.
Vebə baxmaq üçün siz İnternetə qoşulu olmalısınız.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfiqurasiya parametrlərini siz şəbəkə xidməti təminatçınızdan konfiqurasiya mesajı kimi ala bilərsiniz.

İnternetdə naviqasiya

Menyu > İnternet seçin.
Veb-sayta keçmək
Ünvana get seçin və ünvanı daxil edin.

Brauzerin tarixçəsini silmək

Menyu > İnternet seç.
Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.
Keşi və ya kukiləri silmək Veb-sayta baxdığınız zaman Seçiml. > Alətlər > Keşi sil və ya Kukiləri sil seçin.
Kukilərin saxlanılmasını qarşısını almaq
Seçiml. > Parametrlər > Təhlükəsizlik > Kukilər > Rədd et seçin.
Telefonun idarə edilməsi 31

Telefonun idarə edilməsi

Telefonunuzun proqram təminatını yeniləyin Telefonunuzun göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni qabaqcıl
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Telefonunuzdan maksimal faydalanmaq üçün proqram təminatını mütəmadi olaraq yeniləyin. Siz telefonunuzu həmçinin yeniləmələri avtomatik yoxlanılması üçün qura bilərsiniz.
Xəbərdarlıq: Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə yeniləyə bilərsiniz.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.
Menyu > Parametrlər seçin.
1 Cihaz > Cihaz yeniləmələri seçin.
32 Telefonun idarə edilməsi
2 Hazırki proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu
yoxlamaq üçün Cari kompyüter proqramı detalları seçin.
3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün Cihaz proqramını yüklə seçin.
Ekranda göstərilən təlimatlara əməl edin.
4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, Proqram yeniləmələri qur
seçin.
Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada problem varsa, şəbəkə xidməti təminatçınıza müraciət edin.
Proqram təminatının yeniləmələrini avtomatik yoxlamaq Seçin Avtomatik PT yenil. yoxlanması və proqram təminatının yenilənməsini nə qədər
tez yoxlanılacağını təyin edin.
Şəbəkə xidməti təminatçınız telefonunuzun proqram təminatı üçün yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Kompüterlə telefonunuzun proqram təminatını yeniləyin Telefonun proqram təminatıını yeniləmək üçün Nokia Ovi Suite PC proqramından
istifadə edə bilərsiniz. Telefonunuzu komüterə qoşmaq üçün sizə uyğun kompüter, yüksək sürətli İnternet əlaqəsi və uyğun USB məlumat kabeli lazımdır.
Daha ətraflı məlumat almaq və Nokia Ovi Suite proqramını yükləmək üçün www.nokia.com/software ünvanına daxil olun.
İlkin parametrlərin bərpası Telefonunuz düzgün işləmirsə, siz bəzi parametrləri ilkin dəyərlərini yenidən qura
bilərsiniz.
1 Bütün zənglərin və bağlantıların bitirilməsi. 2 Menyu > ParametrlərZvod parmt. bərpa et > Yalnız par. bər. et seçin. 3 Təhlükəsizlik kodunu daxil edin.
Bu, telefonda saxlanan sənədlərə və ya fayllara təsir etmir.
İlkin parametrləri bərpa etdikdən sonra telefonunuz sönür və sonra yenidən yanır. Bu normaldan bir qədər çox davam edə bilər.
Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın. Hər hansı vacib faylları itirməyəcəyinizdən əmin olmaq istəyirsiniz? Telefonunuzun
yaddaşının nüsxəsini uyğun yaddaş kartında çıxara bilərsiniz.
Ətraf mühiti qoruyun 33
Menyu > Parametrlər > Sinx. və rezerv nüs. seç.
Rezerv nüsxə yarat seç.
Nüsxəni bərpa etmək
Rzrv nüs-dən bərpa et seç.

Ətraf mühiti qoruyun

Enerjiyə qənaət Əgər aşağıdakılara etsəniz, batareyanızı tez-tez doldurmağa ehtiyac olmayacaq:
İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn Bluetooth əlaqəsini
bağlayın.
Düymə səsləri kimi lazımsız səsləri söndürün.

Tullantıların təkrar istifadəsi

Bu telefon istehlak müddətinin sonuna çatdıqda onun bütün materialları, materiallar və enerji kimi yenidən bərpa oluna bilər. Düzgün utilizasiya və yenidən istifadəni təmin etmək üçün Nokia tərəfdaşları ilə We:recycle adlı proqram çərçivəsində əməkdaşlıq edir. 1Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya Nokia Əlaqə Mərkəzinə zəng edin.
Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə keçin.
34 Məhsul və təhlükəsizlik üzrə məlumat

Məhsul və təhlükəsizlik üzrə məlumat

Şəbəkə xidmətləri və qiymətlər Cihazınızın EGSM 900 və 1800 MHz şəbəkələri istifadəsi təsdiq edilmişdir.
Cihazdan istifadə üçün xidmət provayderinə abunə olmalısınız.
Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafiki qiymətlərinə təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmağınız lazım ola bilər.
Cihazınızı qoruyun Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər zədələnə bilər.
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısalda, batareyanı zədələyə və plastik hissələri əyə və ya əridə bilər.
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bunun nəticəsində elektron sxemlər zədələnə bilər.
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili sxem platasını və mexanika elementlərini qıra bilər.
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycling ünvanlarından əldə edə bilərsiniz. .
Rəqəmli hüquqların idarəsi haqqında Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Məhsul və təhlükəsizlik üzrə məlumat 35
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.
Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHİ ilə qorunan tərkibdən istifadəni davam edə bilməniz üçün tərkiblə bərpa ediləsi lisenziyaları köçürməsin. Siz həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyaları bərpa etməli ola bilərsiniz.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihaza daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.
Batareyalar və adapterlər Batareya və adapter barədə məlumat
Cihazınızın BL-5C təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Nokia adapterinin modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştepselin növündən asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Adapteri və ya aksessuarı ayırarkən,
şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması olarsa, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapderi yalnız qapalı məkanda istifadə edin.
36 Məhsul və təhlükəsizlik üzrə məlumat
Əlavə təhlükəsizlik məlumatı Təcili yardım zənginin edilməsi 1 Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2 Müvafiq siqnal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Uçuş profilinin aktiv olmadığından əmin olun.
3 Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın. 4 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir. 5 Zəng düyməsini basın. 6 Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.
Mühüm: Cihazınız internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.
Kiçik uşaqlar Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
Tibbi cihazlar Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici radio tezlik enerjisindən müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə

Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat 37
İş mühiti Bu cihaz radio tezliyinə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5
santimetrdən (5/8 düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Avtomobillər Radio siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Potensial partlayıcı mühit Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Yanacaq stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat vasitənizin matorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Sertifikat barədə məlumat (SAR) Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi zamanı İCNİRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi 0.63 W/kg təşkil edir.
Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumat bölməsində www.nokia.com saytında verilə bilər.
38 Müəllif hüquqları və digər bildirişlər

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-704 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ İnternet saytında əldə etmək olar.
© 2011 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People və Navi Nokia Corporation əmtəə nişanları və ya qeydiyyata alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.
Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.
Java is a trademark of Sun Microsystems, Inc.
Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticari xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC­dən əldə edilə bilər. http://www.mpegla.com saytına baxın.
Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir. Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.
/Məsələ 1.1 AZ
Müəllif hüquqları və digər bildirişlər 39
Loading...