Bu sənədin məzmununu tam surətdə və ya qismən Nokia şirkətinin qabaqcadan alınmış
yazılı razılığı olmadan hər hansı bir formada çap etmək, dəyişdirmək, ötürmək və saxlamaq
qadağandır.
US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright (C)
1997-2005. Tegic Communications, Inc. All rights reserved.
Nokia və Nokia Connecting People Nokia şirkətinin ticarət nişanları və ya qeydiyyata
alınmış ticarət nişanlarıdır. Burada adları çəkilən digər məhsul və şirkət adları onların
sahiblərinin ticarət nişanları və ya adları ola bilər.
Nokia nizamlayıcısı Nokia şirkətinin səs nişanıdır.
This product is licensed under the MPEG-4 Visual Patent Portfolio License (i) for personal
and noncommercial use in connection with information which has been encoded in
compliance with the MPEG-4 Visual Standard by a consumer engaged in a personal
and noncommercial activity and (ii) for use in connection with MPEG-4 video provided
by a licensed video provider. No license is granted or shall be implied for any other use.
Additional information, including that related to promotional, internal, and commercial uses,
may be obtained from MPEG LA, LLC. See <http://www.mpegla.com>.
Nokia şirkətinin məqsədi daim inkişaf etməkdir. Nokia, əvvəlcədən xəbərdarlıq etmədən
bu sənəddə əks olunan hər hansı məhsulda dəyişiklik etmək və onu təkmilləşdirmək
hüquqlarını özündə saxlayır.
Nokia heç bir şərt daxilində, səbəbindən asılı olmayaraq, məlumatın itirilməsi və ya hər
hansı xüsusi, təsadüfi, qərəzli və ya bilavasitə zədələnmələrə görə məsuliyyət daşımır.
Bu sənədin məzmunu “olduğu kimi” qəbul edilməli olmasi şərti ilə təqdim edilir. Qüvvədə
olan qanunvericiliyin tələbləri istisna olmaqla, heç bir başqa nə aşkar zəmanət, nə
də kommersiya dəyərinə malik və müəyyən məqsədə yararlı olmaq kimi qeyri-açkar
zəmanətlərin də daxil olduğu (lakin bununla məhdudlaşmadığı) nəzərdə tutulan zəmanətlər
bu sənədin dürüstlüyü, etibarlılığı və ya məzmununa aid deyil. Nokia qabaqcadan
xəbərdarlıq etmədən istənilən zaman bu sənədin məzmununa yenidən baxmaq və ya onda
dəyişiklik etmək hüququnu özündə saxlayır.
Xüsusi məhsulların əldə olunması imkanı ərazidən asılı olaraq dəyişə bilər. Yaxınlığınızda
yerləşən Nokia dilerinə müraciət etməyiniz xahiş olunur.
9241816/Bölmə 1
Mündəricat
TƏHLÜKƏSİZLİĞİNİZ ÜÇÜN ..............................................................8
Ümumi məlumat................................................................................12
Satış paketlərində olan etiketlər .......................................................................12
Giriş kodları ......................................................................................................12
Bu sadə göstərişləri oxuyun. Onlara riayət etməmək təhlükəli və ya qanuna
zidd ola bilər. Qalan məlumatı əldə etmək üçün “Istifadəçinin təlimat kitabçası”nı
oxuyun.
Simsiz rabitədən istifadə etmək qadağan edildiyi zaman və ya onun
qoşulması dalğa müdaxiləsi və ya təhlükə yarada biləcək olduğu
hallarda telefonu qoşmayın.
YOL HƏRƏKƏTİ ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT ETMƏK
VACİBDİR
Bütün yerli qanunlara əməl edin. Nəqliyyat vasitəsində olarkən onu
idarə etmak üçün hər zaman əlləriniz sərbəst olmalıdır. Nəqliyyat
vasitəsini hərəkət etdirərkən hər şeydən əvvəl təhlükəsizliyinizi nəzərə
almalısınız.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar rabitənin keyfiyyətini pisləşdirən
radiomaneələrin təsirinə nəruz qala bilər.
XƏSTƏXANALARDA SÖNDÜRÜN
Bütün ehtiyat qaydalarına əməl edin. Tibbi avadanlıqların yaxınlığında
telefonu söndürün.
TƏYYARƏDƏ OLARKƏN SÖNDÜRÜN
Bütün ehtiyat qaydalarına əməl edin. Simsiz qurğular təyyarədə
dalğaların pozulmasına səbəb ola bilər.
Yanacaqdoldurma məntəqəsində telefondan istifadə etməyin.
Yanacağın və ya kimyəvi maddələin yaxınlığında istifadə etməyin.
PARTLATMA İŞLƏRİNİN APARILDIĞI YERDƏ SÖNDÜRÜN
Bütün ehtiyat qaydalarına əməl edin. Partlatma işlərinin getdiyi
yerlərdə telefondan istifadə etməyin.
ŞÜURLU ŞƏKİLDƏ İSTİFADƏ EDİN
Məhsulun sənədində göstərildiyi kimi normal vəziyyətdə istifadə edin.
Ehtiyac olmadıqda antennaya toxunmayın.
KEYFİYYƏTLİ XİDMƏT
Bu məhsul yalnız peşəkarlar tərəfindən sazlana və ya təmir edilə bilər.
ƏLAVƏ QURĞULAR VƏ BATAREYALAR
Yalnız yoxlanılmış təkmilləşdirici vasitələrdən və batareyalardan
istifadə edin. Uyğun gəlməyən vasitədən istifadə etməyin.
SU BURAXMAMAQ QABİLİYYƏTİ
Sizin telefon suyadavamlı deyildir. Onu quru yerdə saxlayın.
EHTİYAT NÜSXƏLƏRİ
Ehtiyat nüsxələrini yaratmağı və ya sizin telefonun yaddaşında
saxlanılan bütün vacib məlumatı yazmağı unutmayın.
DİGƏR QURĞULARLA ƏLAQƏLƏR
Hər hansı digər bir qurğuya qoşarkən təhlükəsizlik qaydaları haqqında
hərtərəfli məlumat almaq üçün “İstifadəçinin soqğu kitabçası”nı
oxuyun. Uyğun gəlməyən məhsullardan istifadə etməyin.
Əmin olun ki, telefon qoşulub və işlək vəziyyətdədir. Ərazi kodu da
daxil omaqla telefon nömrəsini daxil edin, Zəng et düyməsini basın.
Zəngi bitirmək üçün Kəs düyməsini basın. Zəngə cavab vermək üçün
Cavab ver düyməsini basın.
FÖVQƏLADƏ HALLARDA ZƏNGLƏR
Əmin olun ki, telefon qoşulub və işlək vəziyyətdədir. Displeydəkiləri
silmək üçün “sil/çıx” düyməsini hər dəfə bir neçə saniyə ərzində
saxlamaqla 2 dəfə basın. Fövqəladə yardım nömrəsini yığıb Zəng
et düyməsini (çoxfunksiyalı düymədən istifadə edin) basın.
Olduğunuz yeri bidirin. İcazə verilməmiş əlaqəni kəsməyin.
■ Şəbəkə Xidmətləri
Telefon yalnız şanıvari rabitə servisləri təminatçısının xidmətlərindən istifadə
etdikdə isləyə bilər. Bu qurğunun bir çox funksiyaları onların şanıvari rabitə
şəbəkəsində dəstəklənib-dəstəklənmədiyindən asılıdır. Bəzi şanıvari rabitə
şəbəkələrində heç də bütün xidmətlər təqdim edilmir, bundan başqa, şəbəkə
xidmətlərinin bəzilərindən istifadə etmək üçün xidmət təminatçı ilə xüsusi
saziş bağlamalısınız. Xidmət təminatçınız sizə bu xidmətlərdən istifadə
etmək qaydaları haqqında əlavə göstərişlər verə və hansı adapterların
tətbiq olunduğunu başa sala bilər. Bəzi şanıvari rabitə şəbəkələrində şəbəkə
xidmətlərindən istifadə edilməsi xüsusunda məhdudiyyətlər ola bilər. Məsələn,
müəyyən dillərdə xidmət göstərilmir və milli əlifbaların bəzi simvolları əks
olunmur.
Xidmət təminatçınız tələb edə bilər ki, telefonunuzun müəyyən funksiyaları
fəallaşdırılmasın. Bu halda onlar sizin telefonunun menyusunda olmayacaqdır.
Daha təfsilatlı məlumat üçün xidmət təminatçınıza müraciət edin.
■ Adapter və əlavə qurğular
Bu qurğunu işə salmamışdan əvvəl hər hansı bir adapterin modelinin nömrəsini
yoxlayın. Bu qurğuya uyğun gələn adapterlər bunlardır: ACP-7, ACP-8, ACP-12,
LCH-9 and LCH-12.
Diqqət: İstehsalçı tərəfindən yalnız bu telefon modeli üçün nəzərdə
tutulmuş batareyalardan, adapterlərdən və əlavə qurğulardan istifadə
edin. Hər hansı başqa vasitələrin isitifadə edilməsi telefona dair
sertifikat və ya zəmanəti qüvvədən sala və eyni zamanda təhlükəli ola
bilər.
İstifadəsinə icazə verilmiş əlavə qurğuları əldə etmək imkanları haqda
məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın.
Hər hansı qurğunun kabelini elektrik şəbəkəsindən ayırarkən kabeldən
deyil, çəngəldən yapışın.
Əgər PIN kodu ardıcıl olaraq səhv daxil etsəniz, SIM kartı təcrid
olunacaqdır. SIM kartını açmaq üçün PUK kodu daxil etməli və yeni
PIN kodu daxil etməlisiniz.
• PIN2 kodu: Bu kod bəzi SIM kartlarla verilir və bəzi xidmətlərə
giriş imkanı, məsələn yükləyici qurğunun sayqacını tələb edir.
PIN2 kodunu ardıcıl olaraq səhv daxil etsəniz, “PIN2 kodu təcrid
olunmuşdur” yazısı displeydə görünəcəkdir və sizdən PUK2 tələb
olunacaqdır.
Təhlükəsizlik parametrləri menyusunda Giriş kodlarının
dəyişdirilməsi təhlükəsizlik kodunu, PIN kodu və PIN2 kodunu
dəyişin (səh. 49“Təhlükəsizlik seçimləri” baxın). Yeni kodları gizli və
sizin telefondan uzaq təhlükəsiz yerdə saxlayın.
• PUK və PUK2 kodu: Bu kodlar SIM kartlarla verilə bilər. Əgər
yoxdursa, yerli xidmət təminatçınıza müraciət edin.
3. İşarələnmiş sıxıcıdan istifadə edərək SIM kart tutacağını qaldırın.
Tutacağı əks tərəfə döndərərək açın (4). SIM kartını ehtiyatla SIM
kart yuvasına salın (5). Əmin olun ki, kartın qızılı konnektoru aşağı
istiqamətlənmişdir və kartın kəsilmiş ucu sağ tərəfdədir. SIM kart
tutacağını qapayın və bağlamaq üçün basın.
4. Batareyanın qızılı konnektorlarını
telefonun müvafiq konnektorlarının üzərinə
yerləşdirin, batareyanın digər ucunu isə
batareya öz yerinə yerləşənə kimi irəli
itələyin (6).
5. Arxa qapağın alt
hissəsini telefonun
alt hissəsinin
üzərinə yerləşdirin
(7), arxa qapağın
üzərindən basıb
yerinə salın (8).
Telefonun qapaqları çıxarımış halda batareyanı doldurmayın.
1. Adapterin kabelini telefonda onun üçün
nəzərdə tutulmuş yuvaya taxın.
2. Adapteri divarda yerləşən dəyişən cərəyan
ştepselinə taxın. Batareyanın yüklənməsini
göstərən indicator xətti hərəkətə gəlir.
• BL-5C batareyasının ACP-7 adapteri ilə yüklənmə müddəti 3 saat
30 dəqiqiqədir.
• Əgər displeydə
Yüklənmir yazısı görünürsə, bir az gözləyin,
adapteri ştepseldən çıxarın, yenidən taxın. Əgər eyni vəziyyət
davam edirsə, dilerə müraciət edin.
3. Batareya tamamilə dolduqda, indicator xətti hərəkət etmir. Adapteri
telefondan və dəyişən cərəyan ştepselindən çıxarın.
■ Normal iş vəziyyəti
Telefonu yalnız normal iş vəziyyətində istifadə edin.
Sizin telefon xarici antenna ilə təmin olunmuşdur.
Qeyd: Radioötürücü qurğularda olduğu kimi, telefon
qoşulmuş vəziyyətdə olarkən ehtiyac olmadıqda antennaya
toxunmayın. Antenna ilə təmas zəngin keyfiyyətinə təsir
edə və şüalandırılan siqnalın gücünün səmərəsiz artmasına səbəb ola bilər.
Telefondan istifadə edərkən antenna ilə təmasdan uzaq olmaq antennanın işini
və batareyanın istifadə müddətini optimallaşdırır.
2. Çoxfunksiyalı düymə
Nokia çoxfunksiyalı düyməsinin
funksiyası yuxarıda əks olunan
mətndən asılıdır. Bu təlimat kitabında
çoxfunksiyalı düymənin istifadə
olunması displeydə əks olunan müvafiq
təlimat mətninin məzmunu ilə əlaqədar
olur, məsələn
3. Qoşma düyməsi
Telefonu qoşur və ya söndürür.
Klaviatura təcrid edilmiş halda olarkən,
qoşma düyməsini basanda, telefonun
displeyi təxminən 15 saniyə ərzində
işıqlanır.
4. Hərəkət düymələri
Adlar, telefon nömrələri, menyular və ya
nizamlamalar boyunca hərəkət etməyə
imkan verir. Zəng zamanı eşitmə
apparatının səs səviyyəsini nizamlayır. Gözləmə rejimində “yuxarı
hərəkət et” düyməsi yığılan yekun nömrələrin siyahısını göstərir,
“aşağı hərəkət et” düyməsi isə “Kontaktlar”da saxlanılan adları və
telefon nömrələrini göstərir.
5. Sil/çıx düyməsi
Displeydən simvolları silir və müxtəlif funksiyalardan çıxır.
6. 0 - 9 nömrələri və simvolları daxil edir.
* və # fərqli funksiyalarda müxtəlif məqsədlər üçün işlənir.
1. Adapterin qoşulma yuvası
2. Qulaqlıqların qoşulma yuvası
3. Mikrofon
■ Displey və gözləmə rejimi
Aşağıda göstərilən indikatorlar telefon istifadəyə hazır olduqda və
istifadəçi tərəfindən klaviaturadan heç bir
simvol daxil edilmədikdə görünür. Ekran
“gözləmə rejimi” adlanır.
1. Telefonun cari istifadə edildiyi mobil
şəbəkənin adını və ya operatorun firma
nişanını əks edir.
2. Sizin yerləşdiyiniz cari məkanda mobil şəbəkənin siqnal gücünü
göstərir.
3. Batareyanın yükləmə səviyyəsini göstərir.
4. Çoxfunksiyalı düymənin cari funksiyalarını göstərir.
■ Üst qapaqların dəyişdirilməsi
Üst qapağı dəyişərkən, hər zaman telefonu söndürüb, onu adapter və ya
başqa qurğudan aralayın. Üst qapağı dəyişərkən electron komponentlərə
toxunmaqdan çəkinin. Telefonu hər zaman üst qatları ilə birləşmiş halda
saxlayın və istifadə edin.
1. Telefonun və batareyanın arxa qapağını çıxarın, 14 səhifədəki “SIM
kartı daxil edin” 1-ci və 2-ci addımlara baxın.
2. Telefonun aşağı hissəsindən başalyaraq
ehtiyatla ön qatı çıxarın(3).
3. Klaviatura lövhəciyini ehtiyatla çıxarın (4).
Yeni klaviatura lövhəciyini ön qata örtüyə
yuxarıdan başlayaraq yerləşdirin (5). Əmin
olun ki, yeni klaviatura lövhəciyi düzgün yerləşdirilmişdir (6).
1. Ərazi kodu da daxil olmaqla telefon nömrəsini yığın.
Beynəlxalq zəngləri etmək üçün: * düyməsini 2 dəfə basaraq
“+” işarəsini əlavə edin, ölkə (və ya regionun) kodunu və ərazi
kodunu(ehtiyac olarsa, ilk 0 rəqəmini silin) daxil edin.
Axırda əlavə olunmuş rəqəmi silmək üçün sil/çıx düyməsini basın.
2. Yığılan nömrə üzrə zəng etmək üçün
Telefonun və ya qulaqlıqların səsini artırmaq üçün “yuxarı hərəkət
et”, azaltmaq üçün isə “aşağı hərəkət et” düyməsini basın.
3. Danışığı bitirmək üçün (və ya zəng etmə cəhdini ləgv etmək üçün)
Bitir əmrini seçin.
Telefon kitabçasından istifadə edərək zəng etmək
Gözləmə rejimində istədiyiniz adı tapmaq üçün “aşağı hərəkət et”
düyməsini basın. Nömrəni yığmaq üçün Zəng et əmrini seçin.
Sirkulyativ (dairəvi) zəng
Sirkulyativ zəng danışığa eyni zamanda 4 fərdin qoşulmasına imkan
verən Şəbəkə xidmətidir.
1. İlk iştirakçıya zəng edin. Telefon nömrəsini ya klaviatura vasitəsilə
yığın, yaxud telefon kitabçasından seçin və Zəng et əmrini seçin.
2. Yeni iştirakçıya zəng etmək üçün, “sil/çıx” düyməsini basın və
Seçimlər bölməsindən Yeni zəng əmrini seçin.
3. Yeni zəngə cavab aldıqda, onu sirkulyativ zənglər siyahısına daxil
edin, bunun üçün Seçimlər > Sirkulyar əmrini seçin.
4. Zəngə yeni iştirakçını daxil etmək üçün 1-dən 3- kimi olan addımları
təkrar edin.
5. Sirkulyativ zəngi bitirmək üçün
Bitir əmrini seçin.
Yenidən zəng etmək
Yekun 10 zəngdən və ya zəng cəhdindən birini təkrar yığmaq üçün
gözləmə rejimində “yuxarı hərəkət et” düyməsini bir dəfə basın, “yuxarı
hərəkət et” və ya “aşağı hərəkət et” düyməsi ilə istədiyiniz nömrəni
tapın və Zəng et əmrini seçin.
Sürətli yığma
Menyu > Kontaktlar > Sürətli yığma addımlarını seçin. Hərəkət
etmə düyməsi vasitəsilə istədiyiniz düyməni seçin (2-dən 9-a kimi)
və Mənsub et əmrini seçin. Zəngə və ya SMS-ə mənsub etmək
istədiyinizi müəyyən edin. Istədiyiniz adı Seçin.
Telefon nömrəsi rəqəmli düyməyə mənsun edildikdən sonra nömrənin
yığılmasını aşağıdakı şəkildə sürətləndirə bilərsiniz:
Sürətli yığılma qoşulmuşsa, müvafiq rəqəmli düyməni basın və
zəng çalınana qədər bu vəsiyyətdə tutun (45 səhifəyə baxın, “Zəng
seçimləri”).
Zəng et əmrini, və ya
■ Zəngə cavab vermək
Gözləmə rejimində olarkən, Cavab ver əmrini seç. Cavab vermədən
zəngin ünvanını dəyişmək və ya ləgv etmək üçün “sil/çıx” düyməsini
basın.
■ Ölkə daxili zənglər
Zəng zamanı “sil/çıx” düyməsini basın və böyük qismi Şəbəkə
Xidmətlərindən olan aşağıdakı funksiyalardan birini seçmək üçün
Seçimlər əmrini seçin: Səsi söndür və ya Səsi qoş, Saxla və ya
Burax, Yeni zəng, Cavab, Ləğv et, Bütün zəngləri bitir, DTMF göndər,
Kontaktlar, Yerdəyişmə, Menyu, və İşığı qoş və ya İşığı söndür.
■ Səsli mesajları dinləmək
Səsli mesaj qutusu Şəbəkə Xidmətidir. Hərtərəfli məlumat almaq və
səsli mesaj qutusunu əldə etmək üçün xidmət təminatçısına müraciət
edin. Səsli mesaj qutusunu açmaq üçün isə gözləmə rejimində
1düyməsini basın və bu vəziyyətdə saxlayın. Səsli mesaj qutusunun
nömrəsini dəyişmək üçün 38 səhifədə “Səsli mesaj qutusu nömrəsi”
baxın.
Səsli mesaj qutusuna gələn zənglərin ünvanını dəyişmək üçün 45
səhifədə Zəng seçimləri” baxın.
■ Klaviaturanı təcrid etmək
Klaviaturanı təcrid etmək düymələrin təsadüfən basılmasının qarşısı
alınır.
Klaviaturanı təcrid etmək və ya açmaq: Gözləmə rejimində Menyu
və dərhal * düyməsini basın.
Siz müəyyən zaman müddətindən sonra telefonun klaviaturasının
təcrid edilməsi funksiyasını avtomatik işə sala bilərsiniz. 48 səhifədə
“Klaviaturanın qorunması seçimləri” baxın. Klaviatura təcrid olunmuş
halda olduqda, displeydə indikator əks olunur.
Qeyd: Klaviaturanın təcrid olunduğuna baxmayaraq, sizin telefonda
fövqəladə hallar üçün zəng funksiyası proqramlaşdırılmışdır ( məsələn
112 və ya başqa rəsmi fövqəladə hallar nömrəsi). Fövqəladə hallar
nömrəsini yığın və Zəng et əmrini seçin. Nömrə yalnız onun yekun
rəqəmini yığdıqdan sonra displeydə görünəcəkdir.
• Mətnin sadələşdirilmiş yığılması rejimini qoşmaq üçün lüğət seçimi
siyahısında dili seçin. Mətnin sadələşdirilmiş yığılması rejimi yalnız
siyahıda göstərilən dillərdə mümkündür.
• Mətnin ənənəvi daxil edilməsi rejiminə qayıtmaq üçün
əmrini seçin.
Məsləhət: Mətni yazarkən mətnin sadələşdirilmiş yığılması
rejimini cəld qoşmaq və söndürmək üçün, # düyməsini 2 dəfə
basın.
■ Mətnin sadələşdirilmiş yığılması rejimindən
istifadə edilməsi
Mətnin sadələşdirilmiş yolla daxil edilməsi mətn yazmağın sadə
üsuludur.
Mətnin sadələşdirilmiş yolla daxil edilməsi funksiyası telefonun
proqram təminatında olan və sizin də əlavələr edə biləcəyiniz lüğət
vasitəsilə mümkündür.
1. Hər düyməni müvafiq hərf üçün bir dəfə basmaqla istədiyiniz sözü
daxil edin. Düymənin hər basılışında söz dəyişir. Məsələn, ingilis
dili seçilmişsə, “Nokia” sözünü 6,6,5,4,2 düymələrini basmaqla yaza
bilərsiniz.
• Kursordan solda yerləşən simvolu silmək üçün “sil/çıx”
düyməsindən istifadə edin. Ekranı təmizləmək üçün, sil/çıx
düyməsini basın və saxlayın.
• Böyük və ya kiçik hərflərə keçmək üçün və ya ənənəvi və
sadələşdirilmiş mətn yığımı arasında keçid etmək üçün, *
düyməsini basın və displeyin yuxarısında əks olunan indikatoru
təkrarən yoxlayın.
• Hərflər və rəqəmlər arasında dəyişiklik etmək üçün # düyməsini
basın və bu vəziyyətdə saxlayın.
• Xüsusi simvollar siyahısına girmək üçün * düyməsini basın və
saxlayın, istədiyiniz simvolu seçin və İstifadə et əmrini verin.
• Rəqəmi daxil etmək üçün istədiyiniz rəqəmi basıb saxlayın.
Bir neçə rəqəmi daxil etmək üçün # düyməsini basılı saxlayıb,
rəqəmləri daxil edin.
2. Əgər displeydə görünən söz istədiyiniz sözdürsə, 0 düyməsini
basıb, ikinci sözün yazılışına başlayın.
• Sözü dəyişmək istəyirsinizsə, istədiyiniz söz ekrana çıxana kimi *
düyməsini təkrarən basın.
• Əgər sözdən sonra “?” işarəsi görünürsə, bu o deməkdir ki,
söz lüğətdə yoxdur. Sözü lüğətə daxil etmək üçün,
əmrini seçin,və sözü daxil edin (mətnin daxil edilməsinin ənənəvi
üsulundan istifadə edilir) və OK əmrini verin.
Hərflə yaz,
Mürəkkəb sözlərin yazılışı
Sözün birinci hissəsini daxil edin, “aşağıya hərəkət et” düyməsini
basaraq sözün ikinci hissəsini daxil edin.
■ Mətnin ənənəvi daxil edilməsi rejimindən
istifadə etmək
İstədiyiniz hərf olan düyməni istədiyiniz hərf ortaya çıxana kimi ardıcıl
olaraq basın.
Mətni redaktə etmək üçün aşağıdakı funksiyalardan istifadə edin:
• Boş yer daxil etmək üçün 0 düyməsini basın.
• Durğu işarələrini və ya xüsusi simvolu əlavə etmək üçün 1
düyməsini təkrarən və ya * düyməsini basaraq, istənilən simvolu
seçib İstifadə et düyməsini basın.
• Kursoru sola və ya sağa hərəkət etdirmək üçün “yuxarı hərəkət et”
və ya “aşağı hərəkərət et” düymələrindən müvafiq olaraq istifadə
edin.
• Kursordan solda yerləşən simvolu silmək üçün “sil/çıx” düyməsindən
istifadə edin. Ekrandakıları silmək üçün isə eyni düyməni basılı
halda saxlayın.
• Yuxarı və aşağı sıralara keçmək üçün # düyməsini basın.
• Rəqəmi yığmaq üçün istədiyiniz düyməni basıb bu vəziyyətdə
saxlayın. Hərflərdən rəqəmlərə və əksinə keçid almaq üçün #
düyməsini basın və saxlayın.
• Əgər daxil etmək istədiyiniz hərf əvvəl daxil etdiyiniz hərflə eyni
düymədədirsə, “yuxarı hərəkət et” və ya “aşağı hərəkərət et”
düymələrindən birini basın (və ya kursorun görünməsini gözləyin) və
yeni hərfi daxil edin.
Menyuların əsas funksiyalarından aşağıdakı kimi istifadə edə bilərsiniz:
Yuxarı və ya aşağı hərəkət edərək
1. Gözləmə rejimində
2. İstədiyiniz əsas menyuya keçmək üçün “yuxarı hərəkət et” və ya
“aşağı hərəkərət et” düymələrindən istifadə edin və həmin menyuya
daxil olmaq üçün Seç əmrini verin. Əsas menyudan çıxmaq üçün
“sil/çıx” düyməsindən istifadə edin.
3. Əgər əsas menyu alt menyulardan ibarət olarsa, aşağı və ya yuxarı
ərəkət edərək istədiyiniz alt menyunu seçin və daxil olmaq üçün
əmrini verin. Alt menyudan çıxmaq üçün sil/çıx düyməsini basın.
Menyu parametrlərinə etdiyiniz dəyişiklikləri yaddaşa yazmaq
istəmirsinizsə, “sil/çıx” düyməsini basın və saxlayın.
Qısa yolla
Menyular, alt menyular və parametr seçimləri nömrələnmişlər. Bu
nömrələr “qısa yol” nömrələri adlanır.
Gözləmə rejimində Menyu seçin və ərzində daxil olmaq istədiyiniz
menyunun “qısa yol” nömrəsini daxil edin. Alt menyulara daxil olmaq
üçün eyni əməliyyatı yerinə yetirin.
Məsələn, əgər Zəngin gözləməsi xidmətini seçmək istəyirsinizsə,
Menyu > 6 (Parametrlər üçün) > 2 (Zəngin parametrləri üçün) > 4
(Zəngin gözləməsi xidməti üçün) > 1 (Faəllaşdırmaq üçün) seçin.
Yadda saxlayın ki,
Mesajlar üçün “qısa yol 01-dir.
■ Mesajlar (Menyu 01)
Mesajları yazmaq
Siz bir neçə adi mətn mesajlarından ibarət olan bir çoxhissəli mesaj
yaza və göndərə bilərsiniz (Şəbəkə Xidmətləri). Hesab hər hansı
çoxhissəli mesaj üçün tələb olunan adi mesajların sayına əsaslana
bilər. İstifadə edilə bilən simvolların sayı/çoxhissəli mesajın cari
hissəsinin nömrəsi displeyin sağ yuxarı küncündə göstərilir, məsələn
120/2. Əgər xüsusi (Vahid kod sistemi ) simvollardan istifadə
edirsinizsə,simvollar, məsələn Kiril əlifbasının işarələri kimi, mesajı
yazmaq üçün adi halda tələb olunandan daha çox yerə ehtiyac ola
bilər. Nəzərə alın ki, mətni sadələşdirilmiş yolla daxil edərkən Vahid
kod sistemi simvollarından istifadə oluna bilər.
Mesajı göndərmək üçün sizin mesajların kommutasiya qurğusunun
nömrəsi telefonunuzun yaddaşına yazılmalıdır.
2. Mesajı daxil edin. Müvafiq simvolun nömrəsi və müvafiq hissənin
nömrəsi displeyin yuxarı sağ küncündə əks olunur.
3. Mesaj tamamlananda
Seçimlər > Göndər parametrlərini seçin,
resipiyentin telefon nömrəsini daxil edin və OK əmrini verin.
Əgər bir neçə adama mesaj göndərmək istəyirsinizsə, Gönderme
seçimləri > Çoxuna göndər seçin, birinci resipiyenti seçin və Göndər
əmrini verin. Bu addımları hər resipiyent üçün təkrar edin.
Mesajı əvvəlcədən müəyyən edilmiş abunəçilər siyahısına
göndərmək üçün, Gönderme seçimləri > Siyahıya göndər əmrini
seçin. Abunəçilər siayhısını redaktə etmək üçün,
34 səhifəyə baxın,
“Abunəçilər siyahısı”.
Digər seçimlər bunlardır: Parametrlər daxil et,Standart kiçik şriftlərdən
və ya İri şriftlərdən istifadə et, Mətni sil, Lüğət, Göstərişlər, Redaktə
rejimindən çıx, Bildiriş göndər (33 səhifəyə baxın, “Mesajla əlaqədar
nizamlamalar”), Mesajı yaddaşa yaz, Sil və Lüğət.
Qeyd: Mesajı SMS Şəbəkə Xidməti vasitəsilə göndərərkən
telefonunuzun displeyində “Mesaj göndərildi” yazısı görünə bilər. Bu
onu bildirir ki, mesaj sizin telefondan sizin telefonda proqramlaşdırılan
mesajların kommutasiyası qurğusunun nömrəsinə göndərilmişdir. Bu o
demək deyil ki, mesaj göndərildiyi ünvana çatdırlımışdır. SMS zidmətləri
haqqında daha ətraflı məlumat almaq üçün xidmət təminatçınıza
müraciət edin.
Mətn mesajı xidməti vasitəsilə başqa insanlarla söhbət apara bilərsiniz.
Hər danışıq mesajı ayrı mətn mesajı kimi göndərilir. Danışıq zamanı
yazılan və göndərilən mesajlar yaddaşa yazılmır.
Danışığa başlamaq üçün Menyu > Mesajlar > Danış və ya qəbul
olunmuş mətn mesajını oxumaq üçün Seçimlər > Danış parametrlərini
seçin.
1. Başqa şəxsin telefon nömrəsini yığın və ya telefon kitabçasından
seçin və OK əmrini verin.
2. Danışmaq üçün ləqəbinizi daxil edin və
3. Mesajınızı daxil edin və
4. Başqa şəxsdən gələn cavab sizin göndərdiyiniz mesajın üzərində
görünür. Mesaja cavab vermək üçün OK əmrini verin və yuxarıda
göstərilən 3-cü addımı yerinə yetirin.
Mesajı yazarkən öz ləqəbinizi dəyişmək üçün Seçimlər > Ləqəb
parametrlərini seçə və ya əvvəlki mesajları nəzərdən keçirmək
üçün > Danışıq tarixçəsi parametrlərindən istifadə edə bilərsiniz.
Seçimlər > Göndər əmrini seçin.
OK düyməsini seçin.
Şəkilli mesajlar
Siz şəkilli mesajlar göndərə və qəbul edə bilərsiniz (Şəbəkə Xidməti).
Şəkilli mesajlar telefonun yaddaşına yazılır. Yadda saxlayın ki, hər
şəkilli mesajda bir neçə mətn mesajı yerləşə bilər. Bu səbəbdən də,
göndərilən şəkilli mesajın birinin dəyəri bir neçə mətn mesajı ilə eyni
ola bilər.
Qeyd: Bu funksiya şəbəkə operatoru və ya xidmət təminatçısı
tərəfindən dəstəkləndikdə istifadə oluna bilər. Yalnız şəkilli mesaj
imkanına malik olan telefonlar şəkilli mesajları qəbul edə və
göstərə bilər.
Şəkilli mesajın qəbul edilməsi
Mesajı dərhal nəzərdən keçirmək üçün Göstər düyməsini basın.
Seçimlər əmrini verin və şəkilli mesaj üçün aşağıdakı seçimlərdən
istifadə edin: Sil, Cavab ver, Danış, Mətni redaktə et, Şəkli yaddaşa
yaz, Ekran qoruyucusu kimi, Nömrəni istifadə et, Xatirə kimi və
Təfsilatlar.
Abunəçilər siyahısı
Əgər müəyyən abunəçilər qrupuna tez-tez mesaj göndərmək
istəyirsinizsə, abunəçilər siyahısını müəyyənləşdirə və mesaj
göndərərkən ondan istifadə edə bilərsiniz. Hər birində 10 abunəçinin
olduğu 6 abunəçi siyahısı müəyyən edə bilərsiniz. Telefon hər
abunəçiə mesajı ayrıca göndərir.
Yeni abunəçilər qrupu siyahısını əlavə etmək üçün
Abunəçilər siyahısı parametrlərini seçin. Seçimlər > Siyahını əlavə
et parametrlərini seçin. Abunəçilər siyahısına istədiyiniz adı qoyub
Seçimlər > Siyahıya bax parametrlərini seçin. Siyahıya abunəçi daxil
Əgər mesaj abunəçilərdən birinə və ya bir neçəsinə
göndərilməmişdirsə, mesajın göndərilmədiyi abunəçilərin nömrələrinin
siyahısı, göndərilən mesajlar və tapılmayan adlar displeydə
görünəcəkdir. Hər bir kateqoriyanı
• Tapılmayan adlar telefon kitabçasından silinmiş abunəçilər
siyahısında olan adlardır. Siz onları siyahıdan
bilərsiniz.
• Yenidən göndər mesajın göndərilmədiyi abunəçilərə mesajın təkrar
göndərilməsi.
• Bax mesajın göndərilmədiyi abunəçilərin siyahısını nəzərdən
keçirmək üçün.
Seç əmri vasitəsilə seçə bilərsiniz.
Sil əmrilə silə
Şablonlar
Mesaj yazmaq üçün istifadə edə biləcəyiniz əvvlcədən müəyyən
olunmuş mesajları (“şablonları”) nəzərdən keçirə və ya redaktə edə
bilərsiniz.
Siz “:-)” kimi təbəssümləri redaktə edib saxlaya və mesajlarda onlardan
istifadə edə bilərsiniz.
Mesajları sil
Menyu > Mesajlar > Mesajları sil parametrlərini seçin.
Bütün qovluqlarda olan oxunmuş mesajların hamısını silmək üçün,
Hamısını oxu > OK parametrlərini seçin. Oxunmuş mesajların hamısı
bütün qovluqlardan silinsin? yazısı göründükdə OK əmrini verin.
Qovluqda yerləşən oxunmuş mesajların hamısını silmək üçün müvafiq
qovluğun üzərinə gəlin və OK əmrini verin. Bütün oxunmuş mesajlar
qovluqdan silinsin? yazısı göründükdə OK əmrini verin.
Mesajla əlaqədar nizamlamalar
Telefonda mesajla əlaqədar 2 növ nizamlama vardır: hər nizamlama
qrupu üçün xarakterik olan nizamlama qrupu (“dəst”) və bütün mətn
mesajları üçün ümumi olan nizamlamalar.
Profil 1 (Menyu 1-11-1)
Profil mətnin və ya şəkilli mesajların göndərilməsi üçün tələb olunan
nizamlamalar toplusudur.
1. Dəstlərin ümumi sayı sizin SIM kartınızın imkanlarından asılıdır.
Hər bir dəst aşağıdakı nizamlamalara malikdir: Mesaj merkezinin
nömrəsi, Kimi göndərilmiş mesaj, Mesajın doğruluğu və Göndərmə
profilinin adını dəyiş
. Mətn və şəkilli mesajları göndərmək üçün
mesaj merkezinin nömrəsinə malik olmalısınız. Bu nömrəni xidmət
təminatçınızdan ala bilərsiiz.
Ümumi menyu (Menyu 1-11-2)
1
Bu, alt menyuda olan nizamlamalar, hansı dəstin seçildiyindən asılı
olmayaraq, göndərdiyiniz bütün mesajlara tətbiq edilir. Mümkün olan
nizamlamalar bunlardır: Çatdırılma xəbəri, Eyni mərkəzdən cavab ver
və Simvol dəstəyi.
Telefonun mətndə Vahid kod sistemi simvollarını necə çatdırdığını
müəyyən etmək üçün Simvol dəstəyi parametrini seçin.
2
Əgər Tam parametrini seçsəniz, və əgər sizin şəbəkə buna imkan
verirsə, telefonunuz uyğun telefona göndərilmiş mətn mesajına daxil
edilmiş ‘á’ və Kiril simvolları kimi bütün Vahid kod sistemi simvollarını
göndərəcəkdir.
Əgər İxtisar edilmiş parametrini seçsəniz, telefon Vahid kod sistemi
simvollarını müvaviq Qeyri-vahid kod simvollarına dəyişəcəkdir.
Məsələn, ’á’ simvolu ’a’ simvoluna, kiçik yunan simvollarını böyük
simvollara çevirəcəkdir. Əgər müvafiq Qeyri-vahid kod simvolları
yoxdursa, simvollar Vahid kod sistemi simvolları kimi göndərilirlər.
1. Bu menyunun “qısa yol” nömrələri istifadəsi mümkün olan dəstlərin sayından
asılıdır. Burada yalnız bir dəstdən istifadə etmək mümkündür.
2. Bu menyudan istifadə etmək imkanları xidmət təminatçınızdan asılı olaraq
müxtəlif ola bilər.
Bu şəbəkə xidməti vasitəsilə siz şəbəkədən müxtəlif mövzular götürə
bilərsiniz. Daha ətraflı məlumat üçün xidmət təminatçınıza müraciət
edin.
Səsli mesaj qutusu nömrəsi
Siz telefonunuzdakı səsli mesaj qutusunun nömrəsini yaddaşda
saxlaya və ya dəyişə bilərsiniz (Şəbəkə Xidmətləri).
Xidmət əmr redaktoru
Siz xidmət təminatçınıza xidmət tələbini göndərə bilərsiniz. İstədiğiniz
simvolları daxil edin. Hərflər və rəqəmlər arasında dəyişiklik etmək
üçün # düyməsini basın və saxlayın. Tələbi göndərmək üçün
əmrini verin.
Göndər
■ “Kontaktlar” (Menyu 2)
Siz adları və telefon nömrələrini telefonun yaddaşında
(daxili telefon kitabında) və SIM kartının yaddaşında (SIM telefon
kitabında) saxlaya bilərsiniz. Daxili telefon kitabı 50 adı yadda
saxlamaq imkanına malikdir.
Gözləmə rejimində Menyu > Kontaktlar > Axtar parametrlərini seçin.
Axtardığınız adın ilk simvolunu(-larını) daxil edin və Axtar əmrini
verin. İstədiyiniz adı tapmaq üçün “yuxarı və aşağı hərəkət etmə”
düymələrindən istifadə edin.
Əgər ad və ya nömrə SIM kartının yaddaşında saxlanmışsa, o,
displeyin yuxarı sağ küncündə görünür, əgər telefonun daxili
yaddaşında saxlanmışsa, görünür.
SÜRƏTLİ AXTARIŞ
düyməsini basın və adın ilk hərfini daxil edin. Yuxarı və aşağı
hərəkət etmə düymələri ilə istədiyiniz adı axtarın.
Siz aşağıdakı seçimlərdən də istifadə edə bilərsiniz:
• Xidmət nömrələri nömrələrin sizin SIM kartınıza daxil edildiyi halda,
xidmət təminatçınızın xidmət nömrələrinə zəng etmək üçündür.
(Şəbəkə Xidməti).
• Məlumat nömrələri nömrələrin sizin SIM kartınıza daxil edildiyi
halda, xidmət təminatçınızın məlumat nömrələrinə zəng etmək
üçündür. (Şəbəkə Xidməti).
• Kontaktı əlavə et adları və telefon nömrələrini telefon kitabçasına
yazmaq üçündür.
• Sil adları və telefon nömrələrini tək-tək və ya hamısını telefon
kitabçasından silmək üçündür.
• Redaktə etKontaktlar’da adları və nömrələri silmək üçündür.
• Köçür adları və telefon nömrələrini tək-tək və ya hamısını telefonun
yaddaşından SIM kartın yaddaşına və ya əksinə olaraq köçürmək
üçündür.
• Tonu təyin et xüsusi telefon nömrəsindən gələn zəngin
telefonunuzda xüsusi tonal sədalanması üçündür. İstədiyiniz
telefon nömrəsini və ya adı və Təyin et əmrini seçin. Nəzərə alın
ki, bu funksiya , həm şəbəkə, həm də telefon zəng edənin kimliyini
müəyyən edə və bu məlumatı göndərə bildiyi zaman həyata keçirilə
bilir.
• Nömrəsini göndər şəbəkə tərəfindən dəstəkləndikdə şəxsin kontakt
məlumatını göndərnək üçündür.
Kontaktlar üçün seçimlər
Gözləmə rejimində Menyu > Kontaktlar > Seçimlər parametrlərindən
istifadə edin. Sonra:
• İstifadə edilən yaddaş: parametrini seçin adların və ya telefon
nömrələrinin Telefona və ya SIM kartına yazıldığını bilmək üçün.
Unutmayın ki, SIM kartını dəyişəndə SIM kartı yaddaşı avtomatik
olaraq seçilir.
• Kontaktlara bax: adların və nömrələrin telefonun displeyində əks
olunma formasını seçmək üçün ya Ad və nömrə şəklində (eyni
zamanda ad və nömrə), və ya Kontaktlar siyahısı şəklində (eyni
zamanda 3 ad).
• Yaddaş statusu: yaddaşa yazılmış və hər telefon kitabçasına yazıla
biləcək ad və telefon nömrələrinin sayını yoxlamaq.
■ Zəng registri (Menyu 3)
Telefon registri ötürülmüş, qəbul edilmiş zəngləri
və yığılmış nömrələri, onların təxmini davam etmə müddətini və
dəyərini qeyd edir. Siz dəyəri əvvəlcədən ödənilmiş SIM kartının
nizamlamalarına baxa və onları kökləyə bilərsiniz (Şəbəkə Xidmətləri).
Telefon qoşulu olduqda şəbəkənin dəstəyi ilə şəbəkənin əhatə etdiyi
ərazi daxilində ötürülmüş və qəbul olunmuş zəngləri qeydə alır.
Yeni zənglərin siyahısı
Ötürülmüş zənglər, Qəbul olunmuş zənglər və ya Yığılmış nömrələr
menyusunda Seçimlər parametrini seçmişsinizsə, siz zəngin davam
etmə müddətini görə, qeydə alınmış telefon nömrəsini redaktə edə,
ona baxa və ya bu nömrə ilə zəng edə, onu Kontaktlar siyahısına daxil
edə və ya oradan silə bilərsiniz. Siz eyni zamanda mətn mesajı da
göndərə bilərsiniz (Mesaj göndər).
Zəng sayğacları
Qeyd: Sizin xidmət təminatçınızdan gələn zənglər və xidmətlər
hesabı istifadə etdiyiniz şəbəkənin xüsusiyyətlərindən, hesabın
yuvarlaqlaşdırılması, vergilər və başqa səbəblərdən müxtəlif ola bilər.
• Zəngin müddəti: Yığdığınız nömrələrin və sizə gələn zənglərin
təxmini davam etmə müddətini göstərir. Siz
Sayqacları sil parametri
ilə yenidən nizamlaya bilərsiniz.
• Zəng dəyərləri: Yekun zənglərin və ya bütün zənglərin təxmini
dəyərini Dəyəri -də göstər funksiyasından asılı olaraq göstərir.
• Zəngin dəyəri seçimləri: Zəngin dəyərinin limiti siz zəngin dəyərini
yükləmə blokunun arzuolunan dəyərinə qədər və ya valyuta
vahidinə kimi məhdudlaşdıra bilərsiniz (Şəbəkə Xidmətləri).
Dəyəri -də göstər funksiyası ilə siz telefonda göstərilən danışığın
qalıq zamanı konturlarını seçə bilərsiniz (konturların qiymətlərini
yükləmək üçün xidmət təminatçınıza müracıət edin).
• Əvvəlcədən ödənilmiş kredit: Əvvəlcədən ödənilmiş SIM kartından
istifadə edərkən siz SIM kartda yetərincə kredit konturları olduğu
zaman zəng edə bilərsiniz (Şəbəkə Xidmətləri). Seçimlər: Kredit
göstərir və ya gizlədir), Galan kredit (qalıq konturların dəyəri), Yekun
zəngin dəyəri və Yenidən yükləmə statusu.
Qeyd: Əgər yükləmə konturu və ya valyuta vahidi qalmamışsa, yalnız
telefonda proqramlaşdırılmış rəsmi fövqəladə hallar nömrələrinə zəng
etmək mümkündür.
Bu menyuda siz cari seçilmiş profilin nizamlamalarını
dəyişə və istədiyiniz zəng tonlarını yarada bilərsiniz. Səh
43 “Profillər (Menyu 5)” baxın.
• Zəng tonu: Zəngi qəbul edərkən eşitdiyiniz tonu təyin edir.
• Zəngin gücü: Zəng və mesaj haqda xəbərdarlıq tonlarının yüksəklik
səviyyəsini təyin edir.
• Daxil olan zəng xəbərdarlığı: Gələn səsli zənglər haqqında
telefonun sizi necə xəbərdar edəcəyini müəyyənləşdirir. Məsələn,
əgər Söndür seçilmişsə, sizə zəng edildikdə telefon heç bir melodiya
çalmır və siz gələn zəng haqqında gözləmə rejimində xəbər
alırsınız.
• Mesaj haqda xəbərdarlıq zəngi: Siz mətn mesajını qəbul etdikdə
eşidəcəyiniz tonu müəyyən edir.
• Klaviatura tonları: Klaviatura tonları üçün səs yüksəkliyini müəyyən
edir.
• Xəbərdarlıq tonları: Telefonun səs tonlarını təyin edir, məsələn,
batareyanın yükü boşalanda.
• Vibrasiya (titrəmə) ilə xəbərdarlıq: Siz zəng və ya mətn mesajı qəbul
edərkən telefon vubrasiya edir.
• Ritmik arxa işıq xəbərdarlığı: Telefonun arxa xəbərdarlıq işığının
zəngin seçilmiş çalınma və ya mesajın seçilmiş xəbərdarlıq tonunun
ritmində işıqlanmasını təmin edir. Telefon adapterə və ya desktop
dirəyinə qoşulduqda vibrasiya işləmir.
■ Profillər (Menyu 5)
Siz müxtəlif hadisələr və şərait üçün telefon tonlarını
nizamlaya bilərsiniz. Əvvəlcə nizamlama qruplarını və
profilləri öz istəyinizə uyğun olaraq nizamlayın, sonra isə həmin profili
fəallaşdırın və istifadə edin.
Profilin fəallaşırılması və onun nizamlamalarının dəyişdirilməsi
Profillər menyusunda profili və
Seçilmiş profilin nizamlamalarını dəyişdirmək üçün
uyğunlaşdır > Zəng tonu, Zəngin gücü, Daxil olan zəng xəbərdarlığı,
Mesaj xəbərdarlıq zəngi, Klaviatura tonları, Xəbərdarlıq tonları,
Vibrasiya xəbərdarlıq siqnalı, Ritmik arxa işığı xəbərdarlıq siqnalı,
Ekran qoruyucusu, və ya Adını dəyiş funksiyalarını seçin (Ümumi
altında mümkün deyildir). İstədiyiniz seçimi edin və OK əmrini verin.
Siz cari seçilmiş profiling nizamlamalarını
vasitəsilə də kökləyə bilərsini, 42 səhifədə “Tonlar (Menyu 4)” baxın.
Məsləhət: Gözləmə rejimi və ya zəng zamanı profili tez
fəallaşdırmaq üçün: “Telefonu qoş” düyməsini cəld basın,
Saatın gözləmə rejimində zamanı göstərməsi üçün zamanı nizamlayın
və 12 və ya 24 saatlıq formatı seçin. Əgər batareya telefondan
çıxarılmışsa, zamanı yenidən təyin etməyə ehtiyac olacaqdır.
Tarixin təyin olunması
Düzgün tarixin təyin edilməsi Əgər batareya telefondan çıxarılmışsa,
tarixi yenidən dəqiqləşdirməyə etməyə ehtiyac olacaqdır.
Gün və tarixin avtomatik yeniləşdirilməsi
Bu Şəbəkə Xidməti günü və zamanı cari vaxt qurşağına uyğun olaraq
yeniləşdirir. Gün və zamanın avtomatik yeniləşdirilməsi zəngli saat
üçün və ya xatırlatmalar müəyyən etdiyiniz zamanı dəyişmir. Onlar yerli
zamanda qalır. Yeniləşdirmə sizin təyin etdiyiniz bəzi xəbərdarlıqların
sönməsinə səbəb ola bilər.
displeydə görünür.
Seçilmiş funksiyanı qoşun (Fəallaşdır) və ya söndürün (Ləğv et),
Statusu yoxla funksiyasını seçməklə seçiminizin fəallaşdırıldığını
yoxlayın və ya Gecikdirməni təyin et seçimi ilə müəyyən dəyişmələri
gecikdirin (bütün dəyişmə seçimləri üçün eyni dərəcədə tətbiq
edilmir).
• Nömrənin avtomatik yenidən yığılması: Telefonun uğursuz zəngdən
sonra nömrə ilə yenidən əlaqə üçün 10 dəfə cəhd etməsi rejiminin
təyin olunması üçündür.
• Sürətli yığma: Sürətli yığma qoşulu olduqda, siz 2-dən 9-a kimi
müvafiq sürətli yığma düyməsini basılı vəziyyətdə saxlayaraq,
həmin düyməyə mənsub edilmiş ad və telefon nömrəsi ilə əlaqə
yarada bilərsiniz.
• Zəngin gözlənilməsi xidməti: Bu Şəbəkə Xidməti fəallaşdırıldıqda,
siz başqa abunəçilə danışarkən şəbəkədən telefonunuza yeni
zəngin gəlməsi haqqında məlumat daxil olur. Gözləyən zəngə
cavab vermək üçün Cavab ver funksiyasını seçin. Birinci zəng isə
bu halda xəttə gözləmiş olur. Cari davam edən zəngi kəsmək üçün
Bitir funksiyasını seçin.
• Mənim nömrəmi göndər: Sizin telefon nömrənizin zəng etdiyiniz
abunəçinin telefonunun ekranında əks olunması (Qoş) və ya
gizlədilməsi (Söndür) üçündür (Şəbəkə Xidməti). Əvvəlcədən təyin
et parametrini seçdikdə, sizin xidmət təminatçınızla razılaşdırılmış
nizamlamadan istifadə olunur.
• Edilən zənglər üçün xətt: Bu Şəbəkə Xidməti vasitəsilə siz zəng
etmək üçün 1-ci və ya 2-ci telefon xətlərini seçə bilər və ya əgər
sizin SIM kartınız tərəfindən dəstəklənirsə, xətt seçiminin qarşısını
ala bilərsiniz.
Seçdiyiniz xətdən asılı olmayaraq gələn zənglərə cavab vermək
mümkün olacaq. Buna baxmayaraq, 2-ci xətti seçsəniz, bu Şəbəkə
Xidməti ilə razılaşdırmadan zəng edə bilməyəcəksiniz. 2-ci xətt
seçilərsə, gözləmə rejimində displeydə “2” rəqəmi əks olunur.
Telefon seçimləri
Dil: Displeydə əks olunan mətnlər üçün dil seçimi
Əhatə dairəsinin göstərilməsi: Telefonun Kiçik Əhatə Dairəsi Şəbəkəsi
(Micro Cellular Network (MCN)) texnologiyasına (Şəbəkə Xədməti)
əsaslanan əhatə dairəsi şəbəkəsində istifadə edildiyini aşkarlamaq
funksiyasına təyin etmək üçün. Daha ətraflı məlumat üçün xidmət
təminatçınıza müraciət edin.
Salamlama: Siz telefon qoşulduqda displeydə qısa müddət ərzində əks
olunan mətni yaza bilərsiniz.
Şəbəkə seçimi: Telefonunuz yerləşdiyiniz məkanının əhatə dairəsi
şəbəkəsinə avtomatik olaraq uyğunlaşır və ya siz şəbəkəni özünüz
seçirsiniz. Seçdiyiniz şəbəkə yerli şəbəkənizlə irimiqyaslı radioəlaqəyə
(rouminq) malik olmalıdır.
SIM xidməti fəaliyyətinin təsdiq olunması: SIM kartının xidmətlərindən
istifadə edərkən telefonun təsdiq olunma mesajlarını göstərmək və
ya gizlətmək funksiyasının təyin olunması üçündür (56 səhifədə “SIM
xidmətləri (Menyu 11)
” baxın).
Gücləndirmə seçimləri
Gücləndirmə seçimləri menyusu o zaman göstərilir ki, telefona
qulaqlıqlar kimi gücləndiricilərə əvvəl və ya hal hazırda qoşulmuşdur.
Menyu > Seçimlər > Gücləndirmə seçimləri > Qulaqlıq və ya Sərbəst
əllər parametrlərini seçin.
• Gücləndirici qoşulduqda telefonun istifadə etdiyi profili müəyyən
etmək üçün Əvvəlcədən təyin edilmiş profil parametrini seçin.
• Telefonun zəng gəldikdən 5 saniyə sonra ona cavab verməyi üçün
Avtomatik cavab parametrini seçin. Əgər Zəng gəlir xəbərdarlıq
siqnalı, Bir dəfə zəng çal və ya Söndür parametrinə təyin edilmişsə,
avtomatik cavab funksiyasından istifadə edilməyəcəkdir.
• İşıqları daimi olaraq qoşmaq üçün
Düymə basıldıqdan sonra işıqların 15 saniyə müddətində yanması
üçün Avtomatik parametrini seçin. İşıqlar parametrindən Sərbəst
əllər parametri seçildikdə istifadə etmək olar.
İşıqlar Qoş parametrlərini seçin.
Klaviaturanın qorunması seçimləri
Telefon gözləmə rejimində olarkən və telefonun heç bir funksiyasından
istifadə edilmədikdə, Klaviaturanın avtomatik bloklanması, parametri
ilə telefonunuzun klaviaturasının avtomatik olaraq bloklanması rejimini
seçə bilərsiniz. Bu məqsədlə siz eyni zamanda təhlükəsizlik kodundan
da istifadə edə bilərsiniz: Klaviaturanın qorunması kodu.
• Menyu > Seçimlər > Klaviaturanın qorunması seçimləri
funksiyalarını seçin. Klaviaturanın avtomatik qorunması funksiyasını
fəallaşdırmaq üçün, Qoş əmrini seçin və telefonunuz Gecikmə
müddətini təyin et mətnini ekrana çıxarır:. Vaxtı təyin edin və OK
əmrini verin. Təyin edəcəyiniz vaxt 10 saniyədən 60 dəqiqəyə kimi
ola bilər. Klaviaturanın avtomatik qorunması rejimini söndürmək
üçün, Söndür parametrini seçin.
• Menyu > Seçimlər > Klaviaturanın qorunması seçimləri >
Klaviaturanın təhlükəsizlik kodu seçin. Klaviaturanın qorunması
funksiyasını fəallaşdırmaq üçün, təhlükəsizlik kodunu daxil edin və
OK əmrini verin. 12 səhifəyə baxin, “Giriş kodları”. Siz telefona Qoş
əmrini verdikdən sonra hər dəfə Aç funksiyasını seçərkən telefon
təhlükəsizlik kodunu tələb edəcəkdir. Klaviaturanın qorunması
funksiyasını ləğv etmək üçün, Söndür əmrini verin.
Ətraflı məlumat üçün
24 səhifədə “Klaviaturanı təcrid etmək” baxın.
Təhlükəsizlik seçimləri
Qeyd: Zəngləri məhdudlaşdıran təhlükəsizlik təyinatları
istifadə edilirsə (zəngə qoyulan qadağa, qapalı istifadəçi qrupu
və nömrənin düzgün yığılması), bəzi şəbəkələrdə müəyyən
fövqəladə hallar nömrələrinə zənglər mümkün olur (Məsələn,
112 və ya fövqəladə hallar üçün nəzərdə tutulmuş digər rəsmi
nömrələr).
• PIN kod tələbi: Telefonunuzu qoşulduqda SIM kartın PIN kodunu
tələb etmək funksiyasına nizamlaya bilərsiniz. SIM kartların bəziləri
bu funksiyanın söndürülməsinə imkan vermir.
• Zəngə qoyulan qadağa: Bu Şəbəkə Xidməti ilə sizin telefondan
edilən və sizin telefona gələn zəngləri məhdudlaşdıra bilərsiniz.
Məhdudiyyət parametrlərindən birini seçin və parametri
qoşun (Fəallaşdır) və ya söndürün (Ləğv et) və ya xidmətin
aktivləşdirildiyini yoxlayın (Statusu yoxla).
• Nömrənin düzgün yığılması: Edilən zəngləri seçilmiş telefon
nömrələrilə məhdudlaşdıra bilərsiniz (Şəbəkə Xidmətləri).
• Qapalı istifadəçi qrupu: Bu Şəbəkə Xidməti vasitəsilə sizin zəng edə
biləcəyiniz və sizə zəng edə biləcək insanlar qrupunu müəyyən edə
bilərsiniz.
• Təhlükəsizlik səviyyəsi: Yeni SIM kartı telefona qoşularkən,
Telefon’un, və ya daxili telefon kitabçasını seçərkən isə Yaddaş’ın
təhlükəsizlik kodunun tələb edilməsi funksiyasını təyin edir.
Nəzərə alın ki, siz təhlükəsizlik səviyyəsini dəyişdikdə, buraxılmış,
qəbul olunmuş və yığılmış nömrələr də daxil olmaqla bütün əvvəlki
zənglər siyahıdan silinir.
• Giriş kodlarının dəyişdirilməsi: Siz təhlükəsizlik kodunu, PIN kodunu,
PIN2 kodunu və ya zəngə qoyulan qadağa şifrəsini dəyişdirə
bilərsiniz. Bu kodlar yalnız 0-dan 9-a kimi rəqəmlərdən ibarət ola
bilər.
Fövqəladə hallar üçün nəzərdə tutulmuş nömrələrin təsadüfən
yığılmaması üçün, 112 kimi fövqəladə hallar nömrələrinə bənzər giriş
kodlarından istifadə etməyin.
Zavod seçimlərinin bərpa olunması
Menyunun bəzi seçimlərini ilkin vəziyyətə qaytarılması üçündür.
Menyu, Seçimlər > Zavod seçimlərinin bərpa olunmasıfunksiyalarını
seçin. Təhlükəsizlik kodunu daxil edin və
kitabçasına yazılmış adlar və nömrələr silinmir.
Saatın xəbərdarlıq zəngini bir dəfə və ya dəfələrlə,
məsələn, hər iş günündə zəng çalması funksiyasına
təyin edə bilərsiniz.
Menyu > Zəngli saat parametrlərini seçin. Saatın zənginin çalınması
üçün zaman göstəricisini daxil edin. Saat zəngi çalındıqda sil/çıx
düyməsi ilə onun səslənməsini dayandıra bilərsiniz. Əgər Mürgülə
əmrini versəniz, zəngin səslənməsi 6 dəqiqədən sonra yenidən təkrar
olunacaqdır.
Əgər saatın zəngi telefonun söndürüldüyü zamana təsadüf edirsə, telefon özüözünə qoşulur və zəngi çalmağa başlayır. Sil/çıx düyməsini basdıqda telefonu
zənglərin qəbul edilməsi üçün qoşmaq istəyib-istəmədiyiniz soruşulur. Telefonu
söndürmək üçün sil/çıx düyməsini basın və ya zəngləri göndərmək və qəbul
etmək üçün Bəli əmrini verin.
Qeyd: Naqilsiz telefonun istifadə edilməsinə icazə verilmədikdə və ya
təhlükəli və zərərli olduqda Bəli əmrini verməyin.
■ Xatırlatmalar (Menyu 8)
Qeyd: Bu funksiyadan istifadə etmək üçün
telefonunuz qoşulmuş olmalıdır. Naqilsiz telefonun
istifadə edilməsinə icazə verilmədikdə və ya təhlükəli və zərərli olduqda
telefonu qoşmayın.
Bu yaddaş köməkçisi vasitəsilə siz xəbərdarlıq siqnallarına malik olan
qısa mətnləri yaddaşa yaza bilərsiniz. Xəbərdarlıq zəngi müvafiq gün
və vaxt gəldikdə işə düşür.
Siz aşağıdakı seçimlərdən istifadə edə bilərsiniz: Yeni xatırlatmalar
əlavə etmək, nəzərdən keçirmək, redaktə etmək və ya mövcud
xatırlatmaları tək-tək və ya tam silmək üçün, Yenisini əlavə et,
Hamısına bax, Sil, Redaktə et və ya Göndər seçimlərindən istifadə edə
bilərsiniz.
Xatırlatmaların vaxtı gəldikdə, siz siqnalı sil/çıx düyməsini basmaqla
kəsə bilərsiniz Əgər Mürgülə əmrini versəniz, telefon 10 dəqiqiədən
sonra yenidən zəng çalmağa başlayacaqdır.
■ Oyun (Menyu 9)
Telefon bəzi oyunlarla təmin olunmuşdur. Hər bir oyuna
köməkçi mətn əlavə edilmişdir.
Qeyd: Bu funksiyadan istifadə etmək üçün sizin telefon qoşulmuş
vəziyyətdə olmalıdır. Naqilsiz telefonun istifadə edilməsinə icazə
verilmədikdə və ya təhlükəli və zərərli olduqda telefonu qoşmayın.
Ümumi oyun nizamlamalarının köklənməsi
Seçin Seçimlər. Siz oyun üçün səs, işıq və vibrasiyanı (Titrəmələri)
nizamlaya bilərsiniz. Unutmayın ki, Xəbərdarlıq tonları söndürüldükdə,
Oyun səsləri qoşulsa belə, heç bir səs gəlməyəcəkdir, eləcə də
Vibrasiya xəbərdarlığı söndürüldükdə Titrəmələr qoşulu olsa da
• 0-9 düymələri rəqəmləri daxil edir. # düyməsi kəsr-vergül işarəsini
əlavə edir. Yekun rəqəmi pozmaq üçün sil/çıx düyməsindən istifadə
edin. Işarəni dəyişmək üçün
istifadə edin.
• “+” üçün * işarəsini bir dəfə, “-” üçün iki dəfə, “*” üçün 3 və “/” üçün 4
dəfə basın.
• Nəticələri əldə etmək üçün
hesablama aparmaq üçün düyməsini basılı saxlayaraq, displeyi
silin.
Valyuta məzənnəsini yaddaşda saxlamaq üçün Seçimlər > Valyuta
məzənnəsi > Xarici valyuta yerli məzənnədə və ya Yerli valyuta xarici
məzənnədə seçin, dəyəri daxil edin (kəsr işarəsi üçün # düyməsini
basın) və OK əmrini verin.
Dəyişiklik etmək üçün: dəyişdirilməli olan valyutanın miqdarıdı daxil
edin, Seçimlər > Yerli məzənnədə və ya Xarici məzənnədə seçimlərini
edin.
Saniyəölçən
Saniyəölçən müxtəliv zaman hesablamalarında, məsələn, müxtəlif
idman növlərində istifadə edilə bilər.
seçimlərini edin.
Hesablamaya başlamaq üçün
üçün Saxla əmrini verin. Zamanın qeydə alımasi dayandıqda, siz
Başla, Yenidən nizamla və ya Çıx əmrləri üçün Seçimlər’dən istifadə
edə bilərsiniz. Əgər Başla əmrini vermişsinizsə, vaxtın ölçülməsi əvvəl
saxlanılmış zaman göstəricisindən davam edir.
zaman ölçülməsi gedişini saxlayır və zaman göstəricisini 0-a çevirir.
Zaman ölçülməsinin fonda davam etməsini nizamlamaq üçün, sil/çıx
düyməsini iki dəfə basılmış halda saxlayın. Zaman irəlilədikcə gözləmə
rejimində işıqlanır.
Saniyəölçən batareyanın yükünü sərf etdiyindən telefonun işləmə müddəti azala
bilər. Telefonunuz digər əməliyyatları yerinə yetirərkən saniyəölçənin arxa fonda
görünməməsinə diqqət edin.
Geriyə sayma sayğacı
Müəyyən olunmuş zaman keçəndən sonra zəngin çalınmasını
nizamlaya bilərsiniz.
Menyu > Əlavələr > Geriyə sayma seçimlərini edin. Zəng vaxtını daxil
edin və OK seçimini edin. Xəbərdarlıq üçün mətn də daxil edə, zamanı
dəyişə və zaman sayğacının hərəkətini saxlaya bilərsiniz.
Sayğac işləyərkən gözləmə rejimində əks olunur.
Zəngin çalınma vaxtı gəldikdə telefon zəng çalır və müfaviq mətn
işıqlanır. Zəngi dayandırmaq üçün hər hansı bir düyməni basın.
Bəstəkar
Siz istəyinizə uyğun zəng tonları yarada bilərsiniz.
Dəyişdirmək istədiyiniz tonu seçin və notları daxil edin.
Məsələn, f notu üçün 4 düyməsini basın.
8 notu və ya aranı qısaldır (-), 9 isə uzadır (+). 0 boşluq əlavə edir. *
oktavanı müəyyən edir. # notu kəskinləşdirir (
edilmir). Yuxarı və aşağı hərəkət düymələri kursoru sola və ya sağa
hərəkət etdirir. Kursordan solda yerləşən notu və ya boşluğu silmək
üçün sil/çıx düyməsindən istifadə edin.
Musiqi yazılışı tamamlandıqda Seçimlər > Səsləndir, Yaddaşa yaz,
Temp, Ekranı təmizlə və ya Çıx seçimini edin
.
Ekran qoruyucu
Müəyyən zaman müddətindən sonra telefonun displeyində əks
olunacaq şəkli seçə bilərsiniz: İnterval. Menyu > Əlavələr > Ekran
qoruyucusu seçimlərini edin. Şəkli seçin və ekran qoryucusunun işə
düşəcəyi intervalı qeyd edin. Unutmayın ki, ekran qoruyucusu gözləmə
rejimində displeydə əks olunan bütün grafik təsvirləri və mətnləri əvəz
edir.
İşıq
20 səhifədə “İşıq” baxın.
■ SIM xidmətləri (Menyu 11)
Bu menyu sizin SIM kartınız əlavə xidmət təminatına
malik olan o zaman istifadə oluna bilər. Bu menyunun adı
və məzmunu mümkün ola bilən xidmətlərdən asılı olur.
Qeyd: SIM xidmətlərindən istifadə etmə imkanları, onların dərəcələri
və onlar haqqında məlumat üçün SIM kart istehsalçısına müraciət edin,
məsələn, şəbəkə operatoru, xidmət təminatçısı və başqa istehsalçı.
Qeyd: Bu funksiyadan istifadə etmək üçün sizin telefon qoşulmuş
vəziyyətdə olmalıdır. Naqilsiz telefonun istifadə edilməsinə icazə
verilmədikdə və ya təhlükəli və zərərli olduqda telefonu qoşmayın.
Bu menyuda siz mobil telefonlar üçün xüsusi olaraq tərtib
olunmuş və WAP şəbəkə təminatçıları tərəfindən texniki
xidmətin göstərildiyi şəbəkə oyunları kimi WAP (Naqilsiz İstifadə
Protokolu) xidmətlərindən istifadə edə bilərsiniz.
Bu menyuya daxil olmaq üçün:Menyu (gözləmə rejimində) >
Xidmətlər seçimini edin.
Qeyd: Bu funksiyadan istifadə etmək üçün sizin telefon qoşulmuş
vəziyyətdə olmalıdır. Naqilsiz telefonun istifadə edilməsinə icazə
verilmədikdə və ya təhlükəli və zərərli olduqda telefonu qoşmayın.
Unutmayın ki, WAP səhifələri Naqilsiz Rabitə Dilindən (WML) istifadə
edir. Hiper-Mətn Qeydiyyat Dilindən istifadə edən veb səhifələr
telefonunuzda əks oluna bilməz.
WAP xidmətlərindən istifadə etmək imkanlarını, qiymətləri və tarifləri
xidmətindən istifadə etmək istədiyiniz şəbəkə operatorundan və/və
ya WAP xidmətləri təminatçılarından öyrənin. Xidmət təminatçıları
eyni zamanda onların xidmətlərindən istifadə edilməsi haqqında sizi
məlumatlandıracaqlar.
WAP xidmətindən istifadə etmək üçün əsas addımlar
1. İstifadə etmək istədiyiniz WAP xidməti üçün əlaqələndirici Seçimlərı
əldə edin və onları qoruyun. Baxın səh. 58.
Əlaqə Seçimlərını mətn şəklində şəbəkə operatoru və ya istifadə
etmək istədiyiniz WAP xidmətini təqdim edən xidmət təminatçısından
əldə edə bilərsiniz. Şəbəkə operatoru və ya xidmət təminatçısına
müraciət edin, yaxud www.nokia.com/ clubnokia-da Nokia Klubuna baş
çəkin.
Siz Seçimlərı eyni zamanda əllə də daxil edə bilərsiniz.
Mətn mesajı kimi qəbul olunmuş Seçimlərı saxlayın
Rabitə Seçimlərını mətn mesajı kimi qəbul etdikdə, Xidmət Seçimlərı
qəbul edildi mətni displeydə əks olunur.
• Qəbul olunan Seçimlərı yaddaşda saxlamaq üçün,
Yaddaşa yaz seçimlərini edin.
• Seçimlərı yaddaşa göndərməmişdən əvvəl nəzərdən keçirmək
üçün, Seçimlər > Göstər seçimlərini edin. Seçimlərı yaddaşa
yazmaq üçün Yaddaşa yaz seçimlər siyahısına qayıtmaq üçün isə
Geri seçimini edin.
Əlaqə Seçimlərını daxil edin
Müvafiq WAP Seçimlərı üçün şəbəkə operatoru və ya xidmət
təminatçısı ilə əlaqə yaradın. Seçimlərı onların veb saytlarından əldə
etmək mümkün ola bilər.
1. Xidmətlər > Seçimlər > Əlaqə Seçimlərı seçimini edin.
2. Redaktə etmək istədiyiniz əlaqə Seçimlər dəstini seçin.
3. Seçimlər > Redaktə et addımlarını yerinə yetirin.
4. Növbəti nizamlamanı tək-tək dəyişin.
yerinə yetirin.
• Ana səhifə: istifadə etmək istədiyiniz WAP xidmətinin ana səhifə
ünvanını daxil edin (nöqtə qoymaq üçün 1 düyməsini basın) və
OKəmrini verin.
• Seans rejimi: Daimi və ya Müvəqqəti seçimini et.
• Rabitə təhlükəsizliyi: Qoş və ya Söndür seçimini et.
Rabitə təhlükəsizliyi qoşulubsa, telefon WAP xidməti vasitəsilə
əlaqənin təhlükəsizliyini təmin etməyə çalışır. Əgər təhlükəsiz
rabitə mümkün deyildirsə,əlaqə yaranmayacaqdır. Istənilən
halda, hətta qeyri-təhlükəsiz əlaqə yaratmaq istəyirsinizsə,
təhlükəsizlik əlaqəsini Söndür.
Unutmayın ki, ünvanların önünə http:// hissəciyini əlavə etmək
vacib deyildir, belə ki, bu hissəcik avtomatik olaraq əlavə
ediləcəkdir. Əgər siz http://-dən fərqli protokoldan istifadə
edirsinizsə, müfafiq hissəciyi əlavə edin.
WAP xidmətinin səhifələrinin nəzərdən keçirilməsi
Siz WAP xidmətinə artıq qoşulmuşsunuzsa, onun səhifələrini nəzərdən
keçirə bilərsiniz.
Telefonun düymələrinin funksiyası müxtəlif WAP xidmətlərinə görə
fərqlənə bilər. Displeydə olan mətn göstərişlərinə əməl edin. Daha
ətraflı məlumat üçün, WAP xidmət təminatçınıza müraciət edin.
Düymələrdən istifadə etmək üçün ümumi göstərişlər.
• WAP səhifələrinə keçmək üçün yuxarı və aşağı hərəkət etmə
düymələrindən istifadə edin və istənilən hissəni seçin. Bu hissə,
məsələn altından xətt şəkilmiş mətn ola bilər (“link”-“vasitəçi”).
• Ayrılmış hissəni çoxfunksiyalı düymə ilə seçin.
• Əvvəl baxdığınız WAP səhifəsinə qayıtmaq üçün sil/çıx düyməsini
basın.
• Xüsusi simvolları daxil etmək üçün 0-9 kimi hərf və rəqəmləri və
xüsusi işarələri əlavə etmək üçün * düyməsini basın.
• Aşağıdakı seşimlər üçün
heç də bütün seçimlərdən faydalanmaq mümkün olmaya da bilər.
Bu xidmət digər seşimləri də təklif edə bilər.
Ana səhifə: WAP xidmətinin ana səhifəsinə qayıdırsınız.
Yenidən yüklə: WAP səhifəsini yeniləyir.
Linki aç: Linki və ya WAP səhifəsinin hər hansı digər ayrılmış
hissəsini seçir.
Şəklə bax: bütövlükdə əks olunmayan hərəkətsiz və ya hərəkətli
(animasyon) şəklə baxa bilərsiniz. Yuxarı və ya aşağı hərəkət et
düyməsini (2 və ya 8) basaraq şəkli aşağı və yuxarı hərəkət etdirin.
4-cü və 6-cı düymə ilə şəkli sola və ya sağa hərəkət etdirin.
Növbəti şəklə bax, Əvvəlki şəklə bax və ya Şəkli yaddaşa yaz üçün
Seçimlər’dən istifadə edin.
Şəkli yaddaşa yaz seçimi ilə siz şəkilləri yaddaşa yazaraq onları
şəkilli mesajlarda və ekran qoruyucularında istifadə edə, animasyon
şəkilləri isə ekran qoruyucuları kimi istifadə edə bilərsiniz. IƏgər
şəkil mesaj kimi göndərilmək üçün çon böyükdürsə, şəkilin üzərində
göstərilən çərçivəni şəklin yaddaşa yazmaq istədiyiniz hissəsinə
gətirin və Seçin.
Görünüşün seçimləri: siz mətn sətrlərini əhatəyə ala və WAP
3. Mətnin yeni sətrə keçirilməsi üçün Qoş və ya Söndür və Şəkillərə
baxmaq üçün Bəli və ya Xeyr seçimini edin.
Əgər Mətnin yeni sətrə keşirilməsi funksiyası Qoşulmuşdursa mətn
eyni bir sətrdə əks oluna bilmədikdə növbəti sətrə keçirilir.
Əgər Şəkilləri göstər funksiyası Söndürülmüşsə, WAP səhifəsində
olan şəkillərin heş biri göstərilmir. Bu, çoxlu şəkilləri olan WAP
səhifələrinə baxışı sürətləndirə bilər.
Nişanları yaddaşa yaz və rektatə et
1. Əgər heç bir WAP rabitəsindən istifadə olunmursa
• (gözləmə rejimində)
WAP əlaqəsi istifadə olunursa
Seçimlər > Nişanlar seçimini edin.
•
2. Kursoru istədiyiniz nişanın üzərinə gətirin və
parametrindən istifadə edin. Əgər yeni nişandan istifadə etmək
istəyirsinizsə, istədiyiniz nişanı seçə bilərsiniz.
3. Keç, Redaktə et, Sil, Nişanı göndər və ya Nişanı əlavə et yaxud
Nişanı yaddaşa yaz (yalnız WAP əlaqəsi zamanı mümkündür)
Unutmayın ki, sizin telefon “Nokia”ya qoşula bilməyən saytların
öncədən quraşdırılmış nişanlarına malik ola bilər. Nokia bu saytların
təhlüsəizliyini təsdiq etmir. Əgər onlara daxil olmaq istəyirsinizsə,
digər saytlarda olduğu kimi, təhlüskəsizlik və ya məzmunu ilə əlaqədar
olaraq bəzi ehtiyat qaydalarını nəzərə almalısınız.
Nişanı əlavə et cari
Nişanı
Xidmətlərin gəldiyi qutu
Telefon sizin xidmət təminatçınızdan xidmət mesajlarını (“reklam
mesajları”) qəbul edə bilər. Bu mesajlarda, məsələn, yeni təklif edilən
WAP xidmətinin başlıqlar siyahısı və ünvanları əks oluna bilər.
Telefonu xidmət mesajlarının qəbul edilməsinə nizamlamaq
üçün
Menyu (gözləmə rejimində) > Xidmətlər, Seçimlər, Xidmətlərin gəldiyi
qutunun Seçimləri, Servis mesajları və ya Qoş seçimini edin.
Qəbul edilmiş xidmət mesajına baxın
1. Əgər WAP əlaqəsindən istifadə edilmirsə
Sizə xidmət mesajı daxil olarkən, 1 xidmət mesajı daxil oldu yazısı
Mesajı bir müddət sonra nəzərdən keçirmək üçün isə Çıx əmrini
verin. Mesajı nəzərdən keçirmək istəyərkən, Menyu (gözləmə
rejimində) > Xidmətlər > Xidmətlərin gəldiyi qutu seçimini edin.
WAP əlaqəsindən istifadə edərkən
Seçimlər > Xidmətlərin gəldiyi qutu seçimini edin.
2. İstədiyiniz mesajı seçin
Seçimlər’daxil olun və Bərpa et, Təfsilatı və
ya Sil seçimini edin.
• Xidmət mesajının mətninin məzmununda əks olunan
informasiyanı yükləmək üçün Bərpa et seçimini edin.
Keş yaddaşı sil
Qeyd: Əldə etdiyiniz məlumat və ya xidmətlər sizin telefonun keş
yaddaşına yazılır. Keş-bufer yaddaşı olub, verilənləri müvəqqəti olaraq
saxlamaq funksiyasına malikdir. Əgər şifrə tələb edən gizli məlumatı
əldə etməyə cəhd etmiş və ya artıq əldə etmişsinizsə, (məsələn, sizin
bank hesabınız), hər istifadədən sonra telefonun keş yaddaşını silin.
Keş yaddaşını silmək üçün:
• Əgər WAP əlaqədən istifadə edilmirsə:
yaddaşı sil seçimini edin.
• Əgər WAP əlaqəsindən stifadə edilirsə:
seçimindən istifadə edin.
Bank xidməti kimi WAP xidmətlərindən istifadə etmək üçün, sizin
səlahiyyət sertifikatəna ehtiyacınız vardır. Əgər
seçimi Qoşulmuşsa sertifikatdan istifadə edərək siz telefonunuz və
WAP keçidi və ya WAP serveri arasında yaxşılaşdırılmış təhlükəizlik
əlqələrini təmin edə biləriniz.
Əgər WAP xidməti təhlükəsizlik sertifikarların istifadə edilməsini
dəstəkləyirsə, siz sertifikatı WAP səhifəsindən yükləyə bilərsiniz.
Yükləmədən sonra, siz sertifikatı nəzərdən keçirə və onu yaddaşa yaza
və ya silə bilərsiniz. Əgər sertifikatı yaddaşa yazırsınızsa, o, telefonun
sertifikatlar siyahısına daxil edilir.
Yalnız siz əmin olmalısınız ki, telefonun setrifikatı vasitəsilə düzgünlüyü
yoxlanılan WAP keçidi və ya WAP serveri təqdim edildikləri əlamətlərə
uyğundurlar.
Əgər siz telefonun displeyində WAP keçidi və ya WAP serverinin
uyğunluğunun təsdiq edilməməsi haqqında xəbərdarlıq görürsünüzsə,
WAP keçidi və ya WAP serveri həqiqi deyildir, və yaxud telefonunuzun
sertifikatı yanlışdır.
Sertfikatlar siyahısını nəzərdən keçirmək üçün:
Xidmətlər > Seçimlər > Səlahiyyət sertifikatları seçimini edin.
Təhlükəsizlik ikonu
Əgər WAP əlaqəsi zamanı bu ikon
və WAP keçidi və yaxud WAP serveri arasında
seçimində olan IP ünvanı seçimi tərəfindən müəyyən edilən verilənlər
mübadiləsi şifrələnmiş və təhlükəsizdir.
Buna baxmayaraq, ikon, keçid və məzmun serveri (tələb olunan
mənbənin saxlanıldığı yer) arasında verilənlər mebadiləsinin etibarlı
olduğu anlamına gəlmir. Keçid və məzmun serveri arasında verilənlər
mübadiləsinin təhlükəsizliyi xidmət təminatçısından asılıdır.
Sizin telefon təkrar yüklənə bilən batareya ilə təmin olunmuşdur. Yeni
batareyanın tam gücdə işləməsi onun yükünun yalnız iki və ya üç dəfə
boşalması və yenidən yüklənməsindən sonra mümkün olur. Batareya dəfələrlə
yüklənə və yükünü boşalda bilər, lakin nəticədə yararsızhala düşəcəkdir.
Danışıq müddəti və gözləmə müddəti normalda olduğundan nəzərə çarpacaq
dərəcədə azdırsa, yeni batareya alın. Yalnız Nokia üçün təsdiq edilmiş
batareyalardan istifadə edin və batareyanı yalnız bu telefon üçün nəzərdə
tutulan adaptorla yükləyin.
İstifadə edilmədikdə adaptoru və telefonu cərəyan yuvasından ayırın.
Batareyanı adaptora qoşulmuş vəziyyədə qoymayın. Həddindən artıq yükləmə
də batareyanın yararlılıq müddətini qısalda bilər. Əgər istifadə edilməmiş şəkildə
buraxılmışsa, tamam yüklənmiş batareya müəyyən müddət sonra yükünü
itirəcəkdir. Kəskin temperature dəyişiklikləri batareyanın yükləməsinə təsir edə
bilər.
Batareyanı yalnız nəzərdə tutulduğu məqsədlər üçün istifadə edin. Zədələnmiş
adaptor və ya batareyadan sitifadə etməyin.
Batareyanı qısaqanmaya məruq qoymayın. Təsadüfi qısaqanma o zaman
ortaya çıxa bilər ki, qəpik, sancaq və ya qələm kimi metal əşyalar batareyanın
müsbət (+) və mənfi (-) qütbləri ilə bilavaitə təmasda olsun. (Onlar batareyanın
üzərində metal zolaqlar şəkilndədir.) Bu o zaman mümkün ola bilər ki, məsələn
siz ehtiyat batareyanı cibinizdə və ya pul kisənizdə gəzdirirsiniz. Qütblərin
qısaqanması batareyanı və ya təmasda olan əşyaları zədələyə bilər.
Batareyanın yayda və qışda örtülü maşın kimi isti və ya soyuq yerlərdə
saxlanması, batareyanın işini və yararlılıq müddətini qısaldır. Batareyanı hər
zaman 15°C və 25°C (59°F və 77°F) şəraitində saxlayın. Tam yüklənmiş
olmasına baxmayaraq, soyuq və ya isti batareya ilə telefon bir müddət
işələməyə bilər. Donma dərəcəsindən aşağı temperaturlarda batareyanın
fəaliyyəti çox zəif olur.
Batareyaları oda atmayın! Batareyaları atarkən yerli göstərişlərə əməl edin.
Mümkün olduqda təkrar emal mərkəzinə verin. Məişət tullantısı kimi atmayın.
Sizin telefon üstün tərtibata malik və bacarıqla istehsal edilmiş məhsul olaraq
ehtiyatla davranmağı tələb edir. Aşağıdakı məsləhətlər sizə zəmanət dərəcəsini
qorumağa yardım edəcəkdir.
• Telefonu və onun bütün ethiyat hissələrini və əlavə qurğularını kiçik yaşlı
uşaqlardan uzaq tutun.
• Telefonu quru saxlayın. Çöküntülər, nəmlik və istənilən maye və ya
maddələrin tərkibində elektron kanalları korroziyaya uğrada biləcək
minerallara malik ola bilərlər.
• Telefonu tozlu, çirkli yerlərdə saxlamayın. Onun hərəkət edici hissələri və
electron komponentləri zədələnə bilərlər.
• Telefonu isti yerlərdə saxlamayın. Yüksək temperature telefonun istifadəyə
yayarlılıq müddətini azalda, batareyaları zədələyə, müvafiq plastik hissələri
deformasiyaya uğrada və ya əridə bilər.
• Telefonu soyuq yerlərdə saxlamayın. Telefon normal temperaturuna
qayıtdıqda, onun daxilində nəmlik yarana və electron plataları zədələyə bilər.
• Telefonu bu sorğuda təqdim olunan qaydalardan fərqli şəkildə açmağa cəhd
etməyin.
• Telefonu yerə salmayın, vurmayın və ya əsdirməyin. Qaba davranış daxili
plataları və dəqiq mexanikanı sındıra bilər.
• Telefonu təmizləmək üçün sərt kimyəvi maddələrdən, təmizləyici
həlledicilərdən və ya güclü təsirə malik təmizləyici tozlardan istifadə etməyin.
• Telefonu rəngləməyin. Boya hərəkə edən hissələrin hərəkətinə mane ola və
müəyyən əməliyyatla mane ola bilər.
• Linzaları (kamera,yaxınlaşma sensoru və işıq sensoru linzaları kimi)
təmizləmək üçün yumşaq,təmiz və quru parşalardan istifadə edin.
• Yalnız qurğuya əlavə edilmiş və ya istifadəsinə icazə verilən əvəzləyici
antenalardan istifadə edin. Müvafiq olmayan antenalar, modifikasiyalar və ya
əlavə qurğulardan istifadə edərkən, telefonu zədələyə bilər və radio qurğuları
idarə edən Seçimlərı poza bilərsiniz.
Göstərilən məsləhətlərin hamısına eyni dərəcədə əməl edin, batareya,
adaptor və ya hər hansı digər əlavə qurğu. əgər bunlardan hər hansı biri
lazım olan qaydada işləmirsə, keyfiyyətli xidmət göstərən ən yaxın məntəqəyə
müraciət edin. Oranın işçi heyəti sizə yardım edəcək və ehtiyac olarsa, xidmət
göstərəcəkdir.
Nəqliyyat vasitəsinin idarə edərkən telefonu əldə tutmayın. Telefonu hər zaman
dayağında yerləşdirin. Telefonu oturacaqda və ya nəqliyyat vasitəsinin ani
çırpılması və ya hərəkətinin saxlaması zamanı, onun sına və itə biləcəyi yerlərə
qoymayın.
Unutmayın, ilk öncə vacib olan yol hərəkəti təhlükəsizliyidir!
■ Fəaliyyət şəraiti
Hər hansı bir ərazidə qüvvədə olan xüsusi göstərişlərə əməl etməyi unutmayın.
Qadağan olunmuş məkanlarda, dalğalara müdaxilə edə biləcək və zərər yetirə
biləcəyi hallarda ondan istifadə etməyin. Telefondan yalnəz normal fəaliyyət
şəraitində isifadə edin. Radio tezliyinin təsirinə məruz qalma göstərişlərinə
riayət etmək üçün Nokia tərəfindən bu telefonun istifadəsi üçün müəyyən
edilmiş gücləndiricilərdən istifadə edin. Telefon qoşulmuş halda daşınarkən
xarici görünüşündə pozuntular əmələ gəlirsə, müvafiq tutucu və ya daşıyıcı
qabdan istifadə edin.
Telefonun hissələri maqnitləşdirilmişdir. Telefon metal əşyaları özünə tərəf
çəkə bilər. Qulaq aparıtı daşıyan şəxslər telefonu aparatın olduğu qulağa
tutmamalıdırlar. Telefonu həmişə qabında daşıyın, çünki metal əşyalar eşitmə
qurğusu tərəfindən cəzb oluna bilərlər. Telefonun yanına kredit kartlarını və ya
maqnit effektinə malik digər vasitələri qoymayın, çünki onlarda daşınan məlumat
silinə bilər.
Naqilsiz telefonlar da daxil olmaqla, radio ötürücü hər hansı avadanlığın
işinə müvafiq dərəcədə qorunmayan tibbi vasitələrin fəaliyyəti müdaxilə edə
bilər. Tibbi avadanlığın xarici radiotezlik enerjisindən müdafiə olunmalarını
öyrənmək və ya digər sullara cavab almaq üçün həkimə və ya tibbi qurğunun
istehsalçısına müraciət edin. Tibbi mərkəzlərdə, müvafiq tələblərin olduğu
halda, telefonu söndürün. Xəstəxanalar və ya müalicə mərkəzləri radiotezliyin
enerjisinə həssas olan avadanlıqdan istifadə edə bilərlər.
Kardiostimulyator
Kardiostimulyator istehsalçıları tövsiyə edirlər ki, ritm nəzarətçisi ilə potensial
müdaxilənin qarşısının alınması üçün naqilsiz telefon və kardiostimulyatorun
arasında 6 düym (15,3 sm) minimal məsafə olmalıdır. Bu göstəricilər Naqilsiz
Texnologiyalar Araşdırılması tərəfindən aparılan müstəqil araşdırmalara
əsaslanır. Kardiostimulyatorla yaşayan şəxslər aşağıdakılara riayət etməlidirlər:
• telefon qoşulmuş olduqda onu kardiostimulyatordan 6 düym (15,3 sm) daha
aralıda saxlayın;
• telefonu yaxanızdan asılmış qabda daşımayın; və
• müaxilə potensialını azaltmaq üçün aparatı kardiostimulyatora əks olan
qulağınıza tutun.
Əgər müdaxilə haqqında hər hansı şübhələriniz varsa, dərhal telefonunuzu
söndürün.
Eşitmə aparatları
Bəzi naqilsiz rəqəmsal vasitələr bəzieşitmə aparatlarına təsir edə bilərlər. Əgər
belə bir təsir varsa, xidmət təminatçınıza müraciət edin.
Potensial partlama təhlükəsi olan mühitdə olarkən telefonu söndürün və
bütün işarələrə və göstərişlərə əməl edin. Potensial partlama təhlükəsi olan
ərazilərdə sizdən normal olaraq telefonun söndürülməsini tələb ediləcəkdir.
Belə sahələrdə qığılcımlar bədən zədələrinə və tələfata səbəb olan partlamaya
və ya yanğına gətirib çıxara bilər. Yanacaq doldurma məntəqələrində, xidmət
stansiyalarının qaz nasoslarının yaxınlığında telefonu söndürün. Yanacaq
depoları, yanacaq çənləri və yanacaq çatdırma sahələrində, kimyəvi zavodlar
və ya partlama işlərinin aprıldığı sahələrdə radio avadanlıqlarından istifadə dair
məhdudiyyətlərə əməl edin. Potensial partlama atmosferinə malik olan ərazilər
bir çox hallarda işarələ ilə bildirilirlər, lakin həmişə deyil. Bu ərazilərə gəmilərin
bortu, kimyəvi daşınma və ya qoruma vasutələri, maye qaz yanacağından
(propan və ya butan) istifadə edən nəqliyyat vasitələri və havasının tərkibində
hisəciklər, toz və ya metal tozlar kimi kimyəvi maddələrin və ya elementləri olan
ərazilər daxildir.
■ Nəqliyyat vasitələri
Radio tezlik siqnalları mühərrikli nəqiyyat vasitələrinin düzgün şəkildə
yerləşdirilməyən və ya qorunmayan elektron sistemlərinə, məsələn, yanacağın
electron tökülməsi sistemi, kilidlənmə əlehinə elektron əyləc sistemi, sürətin
electron idarə edilməsi sistemləri və hava yastıqçalarına təsir edə bilər. Daha
ətraflı məlumat üçün nəqliyyat vasitəsinin və ya əlavə edilən digər qurğunun
istehsalçısı və ya onun nümayəndəsinə müraciət edin.
Yalnız peşəkar işçilər tərəfindən telefona texniki xidmət göstərilməli və ya onu
nəqliyyat vasitəsinə quraşdırmalıdir. Yanlış quraşdırılma və ya xidmət təhlükəli
ola bilər və telefona tətbiq edilə bilən hər hansı zəmanəti poza bilər. Nəqliyyat
vasitənizdə olan bütün naqilsiz qurğuların düzgün quraşdırıldığını və fəaliyyət
göstərdiyini dəfələrlə yoxlayın. Telefon, onun hissələri və ya gücləndiriciləri
ilə eyni məkanda alovlanan mayeləri, qazları və ya partlayıvı maddələri
saxlamayın. Unutmayın ki, hava yastıqçaları ilə təchiz edilmiş nəqliyyat
vasitələrində bu yastıqçalar qüvvətlə dolurlar. Əşyaları, quraşdırılmış və ya
portative naqilsiz avadanlıqları bu yastıqçaların üzərinə və ya onların açıldığı
ssahələrə qoymayın. Nəqliyyat vasitəsinin daxilindəki naqilsiz qurğu düzgün
şəkildə üuraşdırılmayıbsa, hava yastıqçaların açılması zamanı ciddi xəsarət
yetirilə bilər.
Təyyarədə olarkən telefondan istifadə etmək olmaz. Təyyarə bortuna daxil
olmadan öncə telefonunuzu söndürün. Təyyarədə naqilsiz telequrğuların istfadə
edilməsi təyyarənin fəaliyyəti üçün təhlükəlidir; bu, naqilsiz telefon şəbəkəsini
pozur və qanunazidd ola bilər.
■ Fövqəladə hallarda zənglər
Vacib qeydlər:
Naqilsiz telefonlar,eləcədə təqdim olunan bu qurğu, radio siqnalları,
naqilsiz şəbəkələr, yerüstü rabitə xətti şəbəkələri və istifadəçiyə
proqramlaşdırılmış funksiyalar əsasında işləyir. Bu səbəbdən də hər
bir şəraitdə rabitəyə zəmanət verilmir. Fövqəladə tibbi hallar kimi əsaslı
ünsiyyət üçün yalnız naqilsiz qurğulara heç zaman güvənməli deyilsiniz.
Fövqəladə hallar üçün zəngin edilməsi:
1. Əgər telefon qoşulmamışdırsa, onu qoşun. Siqnalın müfaviq gücdə olmasını
yoxlayın.
Bəzi şəbəkələr tərəfindən telefona düzgün SIM kartının qoşulmasını tələb
olunur.
2. Telefonla zəng etməyə hazırlaşarkən displeyi təmizləmək üçün Bitir
seçimindən tələb olunan miqdarda istifadə edin.
3. Yerləşdiyiniz məkanın fövqəladə hallar üçün nəzərdə tutulan rəsmi nömrəsini
daxil edin. Məkandan asılı olaraq bu nömrə müxtəlif ola bilər.
4. Zəng et seçimini edin.
Əgər bəzi funksiyalar işlək vəziyyətdədirsə, fövqəladə hallar üçün nəzərdə
tutulan zəngi etmək üçün onları söndürməlisiniz. Əgər telefon avtonom və ya
uçuş rejimindədirsə, zəng etmədən əvvəl telefonu fəallaşdırmaq üçün profile
dəyişməlisiniz. Daha ətraflı məlumat üçün bu sorğu kitabına baxın və ya xidmət
təminatçınıza müraciət edin.
Fövqəladə hallar üçün zəng edərkən vacib olan məlumatı mümkün olduğu
qədər dəqiq verir. Sizin naqilsiz telefonunuz hadisənin baş verdiyi yerdə yeganə
rabitə vasitəsi ola bilər. Sizə izin verilmədikcə danışığı bitirməyin.
■ Sertifikata dair məlumat (SAR)
BU QURĞU RADİO DALĞALARA HƏSSASLIĞA DAİR BEYNƏLXALQ
GÖSTƏRİŞLƏRƏ CAVAB VERİR
Sizin mobil telefonunuz da həm radio ötürücü, həm də qəbuledicidir. O, elə
şəkildə tərtib olunmuş və istehsal edilmişdir ki, beynəlxalq göstərişlər (ICNIRP)
tərəfindən tövsiyə olunan radio tezliyə (RF) həssaslıq limitlərini keçməsin. Bu
limitlər çoxtərəfli göstərişlərin vacib hissəsi olub, RF-nin ümumi əhaliyə zərər
verməyəcək həddini təşkil edir. Göstərişlər elmi axtarışların dəyərləndirilməsi
nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən işlənib hazırlanmışdır.
Göstərişlər, yaşından və sağlamlıq dırıcısından asılı olmayaraq hər kəsin
təhlükəsizliyini təmin etmək üçün tərtib olunmuş vacib təhlükəsizlik hüdudlarını
özündə əks etdirir.
Mobil qurğular üçün həssaslıq standartı Xüsusi Qavrama Dərəcəsi və ya SAR
kimi məlum olan ölçü vahidindən istifadə edir. Beynəlxalq göstərişlərdə nəzərdə
tutulan SAR limiti 2.0 V/kq-dir*. SAR testdən keçirilməsi üçün, telefon ötürücü
kimi standart əməliyyat şərtlərində özünün təsdiq olunmuş ən yüksək güc
səviyyəsində və yoxlanılan bütün tezliklərdə sınaqdan keçirilmişdir. Baxmayaraq
ki, SAR ən yüksək güc səviyyəsində sınaqdan keçirilmişdir, telefonun fəaliyyət
göstərərkən istifadə etdiyi SAR maksimum göstəricidən çox aşağı ola bilər.
Telefon elə tərtib olunmuşdur ki, o, yalnız şəbəkəyə daxil olmaq məqsədilə tələb
olunan gücdən istifadə etmək üçün artırılmış güc səviyyələrində işləyir. Əsas
stansiyaya nə qədər yaxın olsanız, telefonun ayırdığı enerji də bir o qədər az
olacaqdır.
Bu telefon üçün istifadəyə başlayan zaman maksimal SAR dəyəri qulaq yanında
0.67 V/kq-dır.
Normal vəziyyətdə qulağa yaxınlaşdırılaraq və ya bədəndən ən azı 1,5 sm
aralıda istifadə edilən zaman bu qurğu RF həssaslıq göstəricilərinə cavab verir.
Daşınarkən qab, kəmər və ya tutacaqdan istifadə edilirsə, adıçəkilən vasitələrdə
metal olmamalı və telefon bədəndən ən azı 1,5 sm aralıda yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları ötürmək üçün, telefon keyfiyyətli şəbəkə
rabitəsi tələb edir. Bəzi hallarda, faylların və ya mesajların ötürülməsi bucür
əlaqənin yaranmasına qədər geikdirilə bilər. Ötürmənin tamamlanmasına qədər
yuxarıda qeyd olunan məsafələrə rəayət edildiyiə əmin olun.
* İnsanlar tərəfindən mobil qurğular üçün istifadə edilən SAR limiti 2.0 vat/
kiloqram (V/kq) dəri örtüyünün 10 qram çəkisindən artıq hesablanmışdır.
İnsanları əlavə müdafiə ilə təmin etmək və müxtəlif ölçü vahidlərində
hesablamalar aparmaq üçün, bu göstərişlər vacib təhlükəsizlik hüdudlarınına
cavab verir. SAR qiymətləri milli hesabat tələbləri və şəbəkə diapazonundan
asılı olaraq müxtəlif ola bilər. Başqa regionlarda SAR haqqında məlumat almaq
üçün www.nokia.com ünvanında məhsul haqqında olan məlumata baxın.