WHIRLPOOL W7 911O OX Health Safety & Environmental [az]

AZ
TƏHLÜKƏSZİLİK TƏLİMATLARI
OXUMAQ RİAYƏT ETMƏK VACİBDİR
Cihazı istifadə etməzdən əvvəl, b təhlükəsizlik təlimatları ilə tanış olun. Bu təlimatları gələcəkdə müraciət etmək üçün yaxınlıqda saxlayın.
Bu təlimatlarda cihazın üzərində xəbərdarlıqlar əks edilib. Onlara riayət
etmək mütləqdir. İstehsalçı, təhlükəsizlik təlimatlarına riayət edilməməsi, cihazdan düzgün istifadə olunmaması və ya idarəetmə orqanlarının yanlış ayarlanması ucbatından yaranan cavabdehlikdən imtina edir..
Körpələrin (0-3 yaş) çihaza yanaşması qəti qadağandır. Uşaqlar (3-8 yaş) yalnız böyüklərin nəzarəti altında cihaza yanaşa bilərlər. 8 yaşdan yuxarı uşaqlar, məhdud fiziki, hissi və psixiki qabiliyyətə malik olan və ya bilik və təcrübəsi olmayan şəxslər yalnız nəzarət altında və ya təhlükəsiz istifadəyə dair təlimatlar almış və mövcud təhlükələri dərk etmiş halda bu cihazdan istifadə edə bilər. Uşaqların bu cihazla oynaması qadağandır. Cihazın təmizlənməsi və istifadəçii xidməti uşaqlar tərəfindən yalnız nəzarət altında aparıla bilər.
3 8 arası yaşlı uşaqlara soyuducunu yükləmək və boşaltmaq icazə verilir.

İCAZƏLİ İSTİFADƏ

DİQQƏT : Cihaz xarici keçirici qurğu və ya uzaqdan idarə olunan sistem vasitəsi ilə idarə edilə bilməz.
Bu cihazdan məişətdə və ya aşağıda göstərilən yerlərdə istifadə etmək olar: mağazalarda işçi heyətin mətbəxi, ofislərdə və digər iş yerlərində; fermalarda; müştərilər tərəfindən otellərdə, motellətdə qonaq evlərində; səhər yeməyi və digər yaşayış binalarda.
Bu cihaz peşəkar istifadə üçün deyil. Bu
cihazdan açıq səma altında istifadə etməyin.
Soyuducunun daxilində istifadə olunan lampa məişət cihazları üçün təyin olunmuş, evin içində işıqlanma üçün deyildir (EC Regulation 244/2009).
Soyuducu, məlumat lövhəciyində verilən iqlim sinfinə uyğun olaraq, aşağıda göstərilən ətraf temperatur intervalı olan yerlərdə istismar olunmalıdır. Əgər soyuducu uzun müddət göstərilən temperatur intervalından kənar bir şəraitdə saxlanılıbsa, o, tələb olunan qaydada istismar edilə bilməz.
İqlim sinfinə uyğun temperatur intervalları: SN: Temp 10°C...32°C ;  N: Temp
16°C...32°C
ST: Temp 16°C...38°C ;  T: Temp 16°C...43°C
Bu soyuducuda CFC-lərdən istifadə olunmur. Soyuducu işlədilən soyuducu maddə - R600a (HC).
İzobutan (R600a) ilə işləyən soyuducular: İzobutan ətraf mühitə təsir
göstərməyən lakin tezalışan təbii qazdır. Bu səbəbdən ələlxüsus soyuducu xətti
boşaldıqda soyuducu boruların zədəli olmamasına əmin olun.
XƏBƏRDARLIQ : Soyuducunun soyuducu
borularını zədələməyin.
XƏBƏRDARLIQ : Soyuducuda və ya onun konstruksiyasında olan ventilyasiya dəliklərinin açıq olmasına əmin olun.
XƏBƏRDARLIQ : Donun açılması prosesini sürətləndirmək üçün mexaniki, elektrik və ya kimyəvi vasitələrdən istifadə etməyin.
XƏBƏRDARLIQ : Elektrik cihazlarını,
əgər onlar İstehsalçı tərəfindən aydın şəkildə icazə verilən tipdə olmadıqda, soyuducunun bölmələrinin içərisində istifadə etməyin və ya oralarda yerləşdirməyin.
XƏBƏRDARLIQ : Su təchizat xətti ilə bilavasitə birləşməyən buz çaydanlarıı və/və ya su dispenserləri yalnız içməli su ilə doldurulmalıdır.
XƏBƏRDARLIQ : Avtomatik buz çaydanları və/və ya su dispenserləri 0,17 və 0,81 MPa (1,7 və 8,1 bar) təzyiqli içməli su xətləri ilə birləşməlidir.
Aerozol balonları kimi partlayıcı maddələri saxlamayın, benzin digər alışqan materialları soyuducunun içində və ya yanında yerləşdirməyin.
Bəzi modellıərdə təmin olunan buz qablarının qeyri-toksik tərkibini udmayın. Soyuqdəymələrin qarşısını almaq üçün buz kublarını və ya qarı dondurma bölməsindən çıxardıqdan sonra dərhal yemək qadağandır.
Əlçatan ventilyatorun içində istifadə olunan hava süzgəcli modellərdə soyuducu işləyən zaman süzgəcdən mütləq istifadə olunmalıdır.
Şüşə qabları dondurucu bölməsində saxlamayın, çünki bu qablar orada çatlaya bilər.
Ventilyatorun dəliyini açıq saxlayın. Qida məhsullarını yerləşdirdikdən sonra
bölmələrin qapılarının düz bağlanmasına diqqət yetirin.
Zədələnmiş aralıqlar tezliklə əvəz
olunmalıdır.
Soyuducu bölməsindən yalnız təzə qida məhsulların saxlanması, dondurucu bölməsindən isə dondurulmuş qidaların, ərzaqların və buz kublarının hazırlanması üçün istifadə edin.
Qablaşdırılmamış qida soyuducu və ya dondurucu bölmələrin daxili səthləri ilə birbaşa təmasda olmamalıdır.
Soyuducuların xüsusi bölmələri ola bilər (Təzə qida bölməsi, Sıfır dərəcə qutusu...). Əgər məhsulun xüsusi bukletində başqa cür qeyd olunmayıbsa, onlar ekvivalent iş göstəricilərini təmin edərək xaric edilə bilər.
C-Pentan-dan izolyasiya köpüyündə üfürücü maddə kimi istifadə olunur, o, alışqan qazdır.
Aşağıda soyuducunun xüsusi qidaların saxlanılması üçün müxtəlif qidalar üçün müxtəlif temperatur rejimli bölmələr göstərilib:
- Soyuducu bölmə:
1) Soyuducu bölməsinin qapısının & yuxarı sahəsi - temperatur zonası: Tropik meyvələr, konservalar, içkilər, yumurta, souslar, marinadlar, kərə yağı, mürəbbə
2) Soyuducu bölmənin orta hissəsi - soyuq zona: Pendir, süd, süd məmulatrları, gündəlik qida məmulatı, yoqurt
3) Soyuducu bölmənin alt hissəsi - ən soyuq zona: Ət məmulatları, desert, ət və balıq, kremli pirojnalar, pasta, xama, pesto/salsa, ev yeməyi, şirniyyat üçün krem, puddinq və pendir kremi
4) Soyuducu & bölməsinin alt meyvə­tərəvəz siyirtməsi: Meyvə və tərəvəz (tropik meyvələrdən başqa)
5) Müsbət soyutma bölməsi: Ən soyuq siyirtmədə yalnız balıq və ət üçün
- Dondurucu bölmə: 4 ulduz zona (****) bölməsi ətraf`temperaturuna
malik qida məhsullarının dondurulmasına, temperaturun bütöv bolməyə bərabər surətdə yayılması sayəsində donmuş qida məhsulunun saxlanması üçün yararlıdır. Alınmış donmuş qida məhsulunun son istifadə tarixi qablaşmasının üzərində göstərilib. Bu tarix saxlanılan qida məhsulunun növünü nəzərə alır, bu səbəbdən ona riayət olunmalıdır. Təzə qida məhsulları aşağıdakı müddət ərzində saxlanılmalıdır: Pendirlər, xərçəngəbənzərlər, dondurma, kolbasa/sosis məmulatı, süd, freş içkilər 1-3 ay; steyk və ya doğranmış ətlər (mal əti, quzu əti, donuz əti) 4 ay ; kərə yağı, marqarin, quş (toyuq, hinduşka) əti 6 ay; Meyvələr (sitrus mevələrindən başqa), qizardılmış ət (mal əti, donuz əti, quzu əti), tərəvəzlər 8-12 ay. 2-ulduzlu zonada qida qablarının üzərində son istifadə tarixinə riayət olunmalıdır.
Qidanın çirklənmiş qarşısını almaq üçün aşağıdakıları riayət olunmalıdır:
– Uzun müddət ərzində qapının açıq qalması soyuducunun bölmələrində temperaturun mühüm dərəcədə qalxmasına səbəb olur.
– Qida və drenaj sistemi ilə təmasda olan səthləri müntəzəm olaraq təmizləyin.
Əgər su çəni 48 saat ərzində istifadə edilməmişsə onu təmizləyin; 5 gün istifadə edilməmiş su mənbəyinə birləşmiş su sistemini su ilə yuyub təmizləyin.
– Digər qidalar ilə təmasda olmasın deyə ət və balığı soyuducunun içində müvafiq qablarda saxlayın.
– İki ulduzu qida bölmələrində əvvəlcədən dondurulmuş qida məhsulları, dondurma və ya buz kubları hazırlanır və saxlanılır.
Əgər soyuducu uzun müddət istifadə edilməyəcəksə, onu elektrik şəbəkəsindən ayırın, donunu açın, təmizləyin. qurudun, daxilində kif yaranmasın deyə qapısını açıq saxlayın.

QURAŞDIRMA

Cihazın daşınması və quraşdırılması iki və
ya daha çox insanlar tərəfindən aparılmalıdır
- zədə alma riski. Cihazı qablaşdırmadan azad etmək və quraşdırmaq üçün qoruyucu əlcəklərdən istifadə edin - kəsik riski.
Quraşdırma işləri, o cümlədən su xəttinə birləşmə (əgər varsa), elektrik birləşmələri və təmir işləri yalnız ixtisaslı mütəxəssis tərəfindən aparılmalıdır. Cihazın hər hansı bir hissəsinin təmiri və ya əvəz olunması, əgər bu hal istifadəçi təlimatında nəzərdə tutulmayıbsa, yolverilməzdir. Uşaqları quraşdırma yerindən kənarlaşdırın. Cihazı qablaşdırmadan çıxarıb əmin olun ki, o, çatdırılma zamanı zədə almayıb. Problem tapılarsa, diler və ya sizə ən yaxın satışdan sonra servis məntəqəsinə müraciət edin. Quraşdırma işləri bitdikdın sonra qablaşdırma tullantılarını uşaqlardan uzaq saxlayın - boğulma riski. Quraşdırmazdan əvvəl cihazı elektrik şəbəkəsindən ayırın ­elektrik cərəyan zərbəsi riski. Quraşdırma zamanı əmin olun ki, cihaz güc kabelini zədələməyib - yanğın və ya elektrik cərəyan zərbəsi riski. Cihaz yalnız quraşdırma işləri tam bitəndən sonra qoşula bilər.
Qurğunu daşıyarkən döşəmələrin (məsələn, parketin) zədələnməməsinə diqqət yetirin. Soyuducunu onun çəkisinə uyğun, ölçülərinə və təyinatına görə müvafiq yerdə ya kifayət qədər möhkəm altlıqda quraşdırın. Soyuducunun istilik mənbəyinin yanında quraşdırılmamasına, dörd ayağı üstündə dayanaqlı vəziyyətdə durmasına əmin olun. Tələb olduqda soyuducunun ayaqlarını tənzimləyin. Səviyyə cihazının köməyi ilə soyuducunun tam üfüqi vəziyyətdə olub­olmamasını yoxlayın. Cihazı qoşmazdan əvvəl
Loading...
+ 2 hidden pages