Qısa rəhbərlik
HOTPOİNT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN
TƏŞƏKKÜR EDİRİK
Daha dəyərli kömək almaq üçün məhsulunuzu
w w w . w h i r l p o o l . e u / r e g i s t e r səhifəsində
qeydiyyatdan keçirin
İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ
Soyuducunu quraşdırdıqdan sonra onu elektrik şəbəkəsinə
qoşmazdan əvvəl ən azı iki saat gözləyin. Qoşduqdan sonra
soyuducu avtomatik şəkildə işləməyə başlayacaq. Mükəmməl
temperatur göstəriciləri istehsalçı zavodda ilkin nizamlanıbdır.
İDARƏETMƏ PANELI
1
6
7
8
9
AZ
Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik
üzrə təlimat ilə tanış olun.
Soyuducunu elektrik şəbəkəsinə qoşduqdan sonra düzgün qida
saxlanma temperaturunu yığmaq üçün ən azı 4-6 saat gözləyin.
1. Enerjinin olmaması ilə bağlı həyəcan indikatoru
2. Tez soyutma indikatoru
3. Soyuducu və dondurucu temperatur indikatoru
4. Tez dondurma indikatoru
5. Tətik rejimi indikatoru
6. Aktiv/Ehtuyat düyməsi
7. Stop qəza düyməsi
8. Soyuducu temperaturu düyməsi /tez soyutma düyməsi
9. Dondurucu temperatur düyməsi / Tez dondurma düyməsi
10. Dəqiq idarəetmə düyməsi / Tətil rejimi düyməsi
AKTİV/EHTİYAT
Məhsulu Ehtiyat rejiminə qoymaq üçün, Aktiv/ Ehtiyat düyməsini
basıb 3 saniyə basılmış vəziyyətdə saxlayın. Aktiv/Ehtiyat
indikatorundan başqa bütün indikatorlar sönəcək. Məhsulu
yenidən aktiv rejiminə keçirmək üçün bu düyməni təkrar basın.
SOYUDUCU TEMPERATURU
Soyuducu temperaturu tənzimləmək üçün, Soyuducu temperaturu
düyməsini basın. Soyuducu temperatur, Soyuducu və dondurucu
temperatur displeyində göründüyü kimi +2°C və + 8°C arasında
tənzimlənə bilər.
DONDURUCU TEMPERATURU
Dondurucu temperaturu tənzimləmək üçün Dondurucu °C
düyməsini basın. Dondurucu temperaturunu DONDURUCU
TEMPERATURU düyməsi/Tez Soyutma düyməsi bölməsində
göstərilən kimi -16°C və -24°C arasında tənzimlənə bilər.
Tövsiyə olunan göstərici:
• Soyuducu bölməsi: +4°C və ya MED (ORTA)
• Dondurucu bölmə: -18°C və ya -20°C
Qeyd: Görünən quraşdırılan göstəricilər soyuducuda orta
temperatura müvaqdir.
TEZ SOYUTMA
Tez soyutma funksiyasının köməyi ilə soyuducu bölməsində
soyutma gücünü artırmaq mümkündür. Çox böyük həcmdə qida
məhsullarını soyuducu bölməsində yerləşdirdikdən sonra bu
funksiyadan istifadə etmək tövsiyə olunur.Tez soyutma funksiyasını
aktiv etmək üçün SOYUDUCU TEMPERATURU düyməsini/Tez
Soyutma düyməsini basmaq lazımdır. Funksiya aktiv olandan
sonra Tez Soyutma indikatoru yanmağa başlayır. Funksiya 6
saatdan sonra və ya SOYUDUCU TEMPERATURU düyməsini/Tez
Soyutma düyməsini təkrar basdıqdan sonra qeyri-aktivləşir.
TEZ DONDURMA
Dondurucu bölməyə böyük həcmdə qida məhsullarını
yerləşdirdikdə bu funksiyadan istifadə etmək məsləhətdir.
Yeni qida məhsullarını dondurmadan 24 saat öncə DONDURUCU
TEMPERATURU düyməsi / Tez Donma düyməsini basıb Tez
dondma funksiyasını aktivləşdirin.Aktivləşdirən zaman Tez donma
indikator işığı yanmağa başlayır.
24 saatdan sonra dondurulacaq qida məhsullarını dondurucu
bölməsinin orta donma sahəsinə yerləşdirin. Bu funksiya 48
saatdan sonra və ya DONDURUCU TEMPERATURU düyməsi /
Tez Donma düyməsini təkrar bnasdıqdan sonra qeyri-aktivləşir.
DƏQİQ İDARƏETMƏ FUNKSİYASI
Dəqiq idarəetmə funksiyası soyuducudan bütövlüklə asılı
olmayan innovativ hava sistemi sayəsində dondurucu bölməsində
temperatur dəyişikliklərini minimuma endirən qabaqcıl texnologiya
sistemidir.Donma təsiri 60%-dək azalır, qida məhsullarının
ilkin keyyyəti və rəngi təmin olunur.Dəqiqliyin idarə olunması
funksiyasını aktivləşdirmək/qeyri-aktibləşdirmək üçün dəqiqliyin
idarə olunması funksiyası düyməsini sadəcə olaraq basmaq
lazımdır. Funksiyta aşağıdakı temperatur intervalında çalışır:
-22°C ... - 24°C.
Funksiya aktivləşdikdə və dondurucuda cari temperatur -22°C
dərəcə olduğu zaman ,temperatur avtomatik şəkildə -22°C
quraşdırılır ki, işçi diapazona uyğun olsun. Əgər funksiyanın aktiv
olması zamanı istifadəçi dondurucu temperaturunu dəyişərsə,
funksiya avtomatik qeyri-aktivləşir. Tez donma halında “Dəqiqliyin
idarə olunması” funksiyası qeyri-aktiv olur.
TƏTİL REJİMİ
Bu funksiytadan cihazın uzun müddət ərzində enerji səryyətini
azaltmaq məqsədi ilə istifadə etmək olar. Tətil rejimini aktiv
etmək üçün Dəqiqliyin idarə olunması düyməsini basıb 3 saniyə
saxlayın. Funksiya aktiv olan zaman əlaqəli simvol yanir, soyuducu
displeyində 12°C görsənilir. Funksiyanı qeyri-aktiv etmək üçün bu
əməliyyatı təkrarlayın. Soyuducu temperatur göstəcisini dəyişən
zaman funksiya avtomatik şəkildə qeyri-aktivləşir. Funksiya aktiv
olduqda dondurucu bölməsi normal iş rejimində çalışır.
SMART DİSPLEY *
Bu əlavə funksiyanın köməyi ilə enerjiyə qənaət etmək mümkün
olur. Smart Displey aktiv etmək üçün, eyni vaxtda SOYUDUCU
temperaturu və DONDURUCU temperaturu düymələrini basın.
Aktiv olduqda digər düymələr və displeylər səryyəti minimuma
endirmək məqsədi ilə qeyri-aktiv olur. Funksiyanı qeyri-aktiv
etmək üçün bu əməliyyatı təkrarlayın. Unutmayın ki, bu funksiya
cihazı qida mənbəyindən ayırmır, yalnız xarici displeyin istehlak
etdiyti enerji həcmini azaldır. Əgər siz idarəetmə panelinə baxıb
bütün funksiyaları görmək istəsiniz, paneli oyatmaq üçün istənilən
düyməyə toxunun.
* Yalnız müəyyən modellərdə mövcuddur
LED İÇIĞI
Bu məhsulun tərkibində G enerji səmərəlilik sinnə məxsus işıq
mənbəyi var.
Əgər LED işıqlanma sistemi işləmirsə, onu dəyişmək üçün Servis
xidmətinə müraciət edin.
Diqqət: Soyuducu bölməsinin işıqlanması soyuducunun qapısı
açıldıqda qoşulur. Əgər qapı 8 dəqiqədən çox açıq halda qalırsa,
işıq avtomatik şəkildə sönəcəkdir.
TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ
İşarə
MÜLAYİM ZONA
Tropik meyvə, konservləşdirilmiş məhsullar, içkilər,
yumurta, souslar, marinadlar, kərə yağı, mürəbbə
kimi məhsulların saxlanılması üçün təklif görünür
SOYUTMA ZONASI
Pendirin, südün, gündəlik qida məhsullarının,
delikateslərin, yoqurtun saxlanması üçün təyin
edilib
ƏN SOYUQ SAHƏ
Ət və balığın saxlanması üçün təklif olunur
MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ
DONDURUCUNUN SİYİRTMƏLƏRİ
(Hündürlüyü 1,7 m aşağı modellər bir
siyirtməlidirlər)
DONDURMA ZONASININ SİYİRTMƏSİ
(Maks.soyutma zonası)
Təzə/bişmiş qida məhsullarının dondurulması
üçün təyin edilib
SOYUDUCU BÖLMƏ
Soyuducu bölməsinin donunun açılması tam avtomatik şəkildə
aparılır. Soyuducu bölməsinin arxa divarında su damçıları
avtomatik dondan açılma prosesinin aparıldığını göstərir.
Açılmış donmadan yaranan su avtomatik şəkildə drenaj dəliyinə
axıb qabda yığılır və oradan buxarlanır.
Ventilyator
Ventilyator soyuducu bölməsinin içində temperaturun daha
yaxşı paylanmasına, saxlanılan qida məhsulların daha yaxşı
saxlanmasına xidmət göstərir.
Ventilyator soyuducunun içində temperatur və rütubətdən asılı
olaraq qoşulub dayanır. Əgər cihazda ventilyator varsa, o,
antibakterial süzgəc ilə təchiz oluna bilər. Əgər cihazda ventilyator
varsa, o, antibakterial süzgəc ilə təchiz oluna bilər. Süzgəci əldə
etmə üçün vebsaytın müvaq səhifəsinə buyurun və ya müştəri
xidmətinə zəng edin..
DONDURUCU BÖLMƏ
No Frost dondurucuları saxlanma sahələrinin ətrafına soyudulmuş
havanın dövriyyəsini təmin edir, buzun yaranmasının qarşısını alır,
dondan açılma prosesinə olan ehtiyacı yox edir.
Donmuş qida məhsulları divarlara yapışmır, onların yarlıqları
oxunulan vəziyyətlərini saxlayır, bölmələr daha təmiz və səliqəli
qalır.
Dondurucu bölməsinin köməyi ilə donmuş qida məhsulları
saxlanılır, təzə qida məhsulları dondurulur. Müəyyən vaxt
intervalında saxlanıla bilən təzə qida məhsulların həcmi
göstəricilər lövhəciyində göstərilib. Təzə qida məhsullarını
dondurucu bölmədə elə yerləşdirin ki, havanın maneəsiz dövr
etməsi üçün onların ətrafında kifayət qədər yer olsun. Təzə qida
məhsulları donmuş məhsullarla bilavasitə təmasda olmamalıdır.
Freş Boks 0°
Freş Box 0° bölməsi ət və balığın saxlanılması üçün mükəmməl
bölmədir. Soyuducu temperaturu azaltmaqla/yüksəltməklə siz 0°
Freş Zona bölməsinin temperaturunu da tənzimləyirsiz. Unutmayız
ki, 0° Freş Zona bölməsi daima çalışan və qeyri-aktiv olunmayan
mexaniki funksiyadır.
Əgər göstəricilər lövhəciyində "chiller/chill" siyirtməsinə aid
bəyannamə varsa, o, yalnız 28 fevral 2021-ci ilədək qüvvədə olan
EN 62552:2013 standartına tətbiq edilir.
Yükləmə limitləri soyuducuda olan qutular, qapaqlar, siyirtmələr,
rəər və s. təyin olunur. Yüklədikdən sonra bu hissələrin qapalı
olmasına əmin olun. Yuxarıdakı şəkildə dondurucu zonanın
siyirtməsi/bölməsi göstərilir. Dondurma sürətini optimallaşdırmaq
və daha çox yer əldə etmək üçün dondurucu bölmə siyirtməsiz
istifadə oluna bilər, qida məhsulları isə bilavasitə bölmədə
yerləşdirilə bilər. Qida məhsullarının tullanmasının qarşısını almaq
üçün onlayn istifadəçinin təlimat kitabçasına müraciət edib tövsiyə
olunan göstəricilərə və saxlanma şərtlərə istinad edin.
Buz kubları
Buz altlığını 2/3 səviyyəsinədək su ilə doldurub dondurucu
bölməsinin arxa divarinın yanında yerləşdirin. Buzu çıxarmaq üçün
iti və ya iti uclu əşyalardan istifadə etməyin.
* Yalnız müəyyən modellərdə mövcuddur